
Mən bloggerliyə başlayandan bəri hələki bu Netty haqqında bir xoş söz yaza bilməmişəm. Bilmirəm 2010-da bu tendensiya dəyişəcək ya yox. Amma onu bilirəm ki, may ayına qədər internetdə və bloglarda müəyyən qədər canlanma olacaq. Netty`ni alacağıq əlimizə, dolayacağıq qolumuza, haqqında o ki var yazacağıq. Gah ağına, gah da qarasına.
Yaxşısı ilə pisi ilə Netty ən qocaman internet mükafatıdır. Hər zaman Rus dilli olması qabarıq görsənirdi. Bu il qaydaları oxuyanda Azərbaycan dilinə üstünlük verəcəkləri haqqında bəndlər qarşıma çıxdı. Ən azından bu müsbət cəhətdir amma görək bu praktikada özünü necə doğruldacaqdı. Bunu zamanla görəcəyik. (Ətraflı oxuyun…)
Bu nöqtə az domaini mənim heç barışmadığım domainlərdəndir. Düzdür həmin domainlərdə işlədiyim də olubdu, ancaq alıcısı heç vaxt mən olmamışam. Həmişə bu domaindən gen gəzirəm. Elə bu dəfəki oxumu da nöqtə az domaininə uzaqdan atacam. Yəni içəridə nə olur, nə olmur bilmirəm. Sadəcə bu yazdıqlarım mənimçün maraqlı haldır. Deməli hamımız bilirik ki, bu domainləri internetdən çox asan yolla qeydiyyatdan keçirtmək mümkündür. (Ətraflı oxuyun…)
Bu gün day.az`da bir xəbər oxudum. Xəbərdə Microsofta aid olan MSN.com saytında yerləşdirilmiş hava haqqında məlumatlar bölməsində yalnış yazılmış Azərbaycan bölgəsi ilə əlaqədar danışılırdı. Deməli xəbərdən də keçib oxuyacağınız kimi etiraz edirlərki, niyə səhv adlandırılıbdı. Əvvəla onu deyim ki, burada elə bütün adlar səhv-sühv yazılıbdı. İki cüt-bir tək bölgənin adı yazılıbdı. Biri heç olmayan bölgə, Digərlərinin şrifti də nə bizim istifadə etdiyimiz, nə də ingilis şriftidir, Bakının regionlarını ayırıblar və s. Yəniki başdan ayağa səhifə problemlidir. Tək bir adla baş yormasaq yaxşıdır. Üstəlik Microsoft`un Azərbaycan ofisi var, fikrimcə onlara müraciət eləmək daha yaxşı olar. Birdə mənə əsas maraqlı gələn məqam başqadır, elə bu postu da ona görə yazdım. (Ətraflı oxuyun…)
15
Texnologiya və Siyasət
2 Şərh | Yazdı: Shaig Muradov, kateqoriya: Cızmaqara, Texnologiya, İnternet
Heç vaxt siyasi məsələlər barədə yazmamışdım Oxatanda. Həmişə yeni çıxan texnologiyalar , yeni yaranan internet saytlar və hazırki texnologiyalar haqqında fikirləri, qeydləri və tənqidləri yazırdım. Bir gün belə başlıqda bir yazı yazacağım isə ağlıma da gəlməzdi. Belə bir başlığa səbəb isə tarixdəki ilkləri göstərən Google və Çin arasında yaşanan krizislə bağlıdır. Xülasəli bir şəkildə məsələ ilə bağlı bir-iki qeyd etməyi düşünürəm. əvvəla məsələdən xəbərdar olmayanlar yerli və xarici saytlardan öyrənə bilərlər – azadlıq, webrazzi, mashable#1 #2 …
(Ətraflı oxuyun…)
Hə, hə!.. səhv yazmamışam başlığı. Bu hansısa əyləncə saytı və ya hansısa social portal deyil. Bu dəfəki oxum gedib dəydi Vergilər Nazirliyinin chatına.
Əvvəla onu deyim ki, bu iradım saytın özünə qəti adiyyatı yoxdu. Çünki indiyə qədər dövlət saytlarının içində ən yaxşı işləyəni, ən gözəl tərtibata malik olanı məhz Vergilər Nazirlyinin saytıdır. Dəfələrlə də bunu təsdiq ediblər. İnternet mükafatlarının qalibi olublar. Xüsusən də online hesabat vermələrə görə minnətdarlıq düşür onlara. İnsanları canlı üsniyyətdən xilas ediblər. Bu da bir çox mənfi halların qarşısını alır. Amma bu gün gördüm ki, (Ətraflı oxuyun…)
Bu yaxınlarda internetdə belə bir aksiya ilə rastlaşdım (Marmax). Əvvəl bu haqda Mak.az`da oxumuşdum. Sonra isə Lent.az da gördüm reklamını. Deməli linklərdən də oxuya biləcəyiniz kimi reklam kompaniyası bundan ibarətdirki, 250 manat qarşılığında 170.000 göstərim əldə edirsən və bu göstərim haqqı 5 sayt arasında paylaşır. Kompaniya isə yanvar ayı müddətincə keçərlidir. Ümumiyyətlə reklamları göstərim başına vermək, reklamverənlər üçün çox sərfəlidir. Beləcə aylıq reklamlardan canın qutarır və daha sərfəli reklam kompaniyası aparmaq mümkün olur. Əslində çox sərfəli və gözəl təklifdir. Amma qıraqdan bu qədər ideal görünsə də, çatışmamazlıqları da var.







