Deyirlər pul əl çirkidir. Həm əl pulu çirkləndirir, həmdə pul əli. Amma əl çirki olmayan pullarda var. Bu da elektron pullardır. Azərbaycan internetində təəssüfki bu elektron pullar yayılmayıbdı. Daha doğrusu Azərbaycanın öz elektron pul vahidi çox yayılmayıb desəm yanılmaram. Çünki mən webmoney ilə hər ay filən qədər pul xərcləyirəm. Milli elektron ödəmə vasitəsi isə Goldanpay`dir. Ancaq 1 ilə yaxındır açılan bu ödəmə sistemi haqqında özüm çox söz deyə bilmərəm. Səbəb isə o qədər də məlumat ala bildiyim bir qaynaq yoxdur. Amma təsadüfən Facebookda bir şəkillə Fərid İsmayılzadə ilə bu ödəmə sistemi haqqında müzakirəmiz oldu. Goldenpay logosu olan bir şəklin istifadəçilərdən birinin profile`ında olmağı məni təəccübləndirmişdi və fikrimi bildirmişdim. Sonradan söhbət şəklə comment`dən çevrildi başqa səpgiyə. Həmin dialoqu bölüşmək istəyirəm:
(Ətraflı oxuyun…)
Archive for October 2009
27
İnternet səyyahı və əməliyyat sistemlərinin statistikası
0 Şərh | Yazdı: Shaig Muradov, kateqoriya: Cızmaqara, İnternet
Aparılan bir araşdırmaya görə internet səyyahlarının son zamanlardakı statistik rəqəmləri açıqlanıbdı.
Baxanda aydın görünürki Firefox əməlli-başlı bazarda özünə yer eləyibdi – 34%-dən daha çox olubdu. Bunu çox normal qəbul edirəm. Elə mənimdə ən sevimli browserimdir. İnsanların bu qədər çox istifadəsinə çox səbəb olansa onun addonslarıdır təbii ki. İnternetdən istifadəni daha da rahatlaşdırır. Statistikada digər diqqət çəkən məqam isə Chrome`un bazar payı faizidir. Artıq Chrome istifadəsi 5%-dir. Üstəlik artan qrafika ilədə davam edir. Gümanki gələcəkdə daha da artacaq. Fikirləşəndəki Chrome OS istifadəyə veriləcək və Google Wave`in istifadəsi yayğınlaşacaq onda Chrome istifadəsi çoxalacaq.
(Ətraflı oxuyun…)
Bu dəfə oxumuzun ünvanı Alexa olacaq. Fikrimcə ziyarətçilərimizin böyük əksəriyyətinin bu reytinq haqda kifayət qədər xəbəri var. Alexa reytinqinin güvənilməz olduğunu dəfələrlə müzakirələr zamanı qeyd etmişəm. Onu deyim ki, Alexa`nın ölkələr üzrə reytinq siyahısı var. Buradan da hansı ölkədən ən çox hansı saytları ziyarət ediblər görmək olur. Əsasən ilk 100 saytı verirlər. Bəzi statistik məlumatlarda isə həmin siyahı əsas götürülür. Ancaq bu siyahının Azərbaycan üçün doğruluq payı demək olarki y0x dərəcəsəindədir. Çünki siyahıya düşən saytların reytinqi, həmin saytların istifadəçilərinin internet səyyahında qurulmuş olan Alexa toolbarına uyğun olaraq hesablanır. Yəni əgər siz hansısa sayta daxil olursunuzsa və sizin Alexa toolbarınız yoxdursa o sizi ziyarətçi kimi qeydə almayacaq. Bu tip statistika ola bilsinki ABŞ, Rusiya, Çin kimi çox əhalisi çox olan ölkələrin statistikasına mənbə kimi göstərilə bilsin. Çünki əhali həddindən çoxdur və faiz nisəbit ilə ümumi öz təsirini göstərir. Ancaq yenədə düzgün məlumatlar demək olmaz.
Düzdür bu sözləri elə həmişə deyirəm. Bu dəfə isə bir az daha ətraflı araşdırma ilə təqdim etmək istəyirəm. Alexa ilə Google Analytics statistikalarını qarşılaşdıracam:
(Ətraflı oxuyun…)
19
Mobil bazarımızda inqilab – Mobile Advertising
2 Şərh | Yazdı: Shaig Muradov, kateqoriya: Start-up, İnternet
Yəqin çox internet istifadəçisinə məlumdurki Azərbaycanda internet reklamçılığı demək olarki mövcud deyil. Heç bir online ads sistemimiz yoxdur. Bəzi ölkələrdə hətta bu tip sistemlər bir neçə dənədir. Amma bizim internet bazarında heç biri də yoxdur. (Yumroo`nunkini heç hesaba qatmıram. O formalnı bir şeydir) . Bu tip adds`lərin olması inkişafa böyük kömək edir. Heç bir marketing və s. əlaqələri olmayan saytlarda bu tip sistemlər vasitəsilə həm reklam tapa bilir, həmdə reklam verənlər belə saytlarla rahat əlaqələr qura bilirlər. Bu sistem bizim bazarda çatışmır, nə vaxtda olacağı sual altındadır.
Digər tərəfdən onu deyə bilərəmki Azərbaycanda ümumi nisbətinə görə mobil saytlar veb saytlardan daha çox gəlir əldə edirlər. Buna səbəblər müxtəlifdir, telefonların çox yayılması, nəticədə yüksək istifadəçi, bundan əlavə sms satışı, mobile ads və s. Artıq Mobil bazarda yerli fiqurda olacaq. Bu yeni reklam sistemi olan Moxito.az -dır. Əslində bu tip yeni saytlar haqqında özüm yazırdım. Ancaq bu dəfə məlumatı sistemin yaradıcısı Rəşad Əliyev`in özündən aldım.
(Ətraflı oxuyun…)
Bu gün AİF`in toplantısında idik. Əsas müzakirə mövzumuz Milli Net idi. Müsabiqənin jürilərinə səsvermə prossesi ilə bağlı məlumat verildi. Sistemin mərhələləri izzah olundu. Bu barədə millinet.az`da ətraflı məlumat veriləcək. Mən sadəcə təqdimatı yerləşdirirəm:
Uzun müddətdir Azərbaycan internetində fəaliyyət göstərən saytlardan biri olan ilk10.az`dan yeni xəbərimiz var.
Düzü bu səhər ilk10-dan ilk olaraq pis xəbər almışdım. Twitterdən gələn xəbərə görə sayta index atılmışdı. Sonra bu xəbəri Qwertydə də gördüm. Amma əsas xəbər bu deyil. Əsas xəbər:
Artıq ilk10 Bakıya köçdü.
Yəqinki hər kəs müşahidə etmiş olar, son vaxtlatda ilk10`un serverində tez-tez problemlər yaranırdı. Sayt çox ağır işləyirdi. Bəzən gün ərzində tamamilə fəaliyyətsiz qalırdı. Bu ilk10-a üzv saytlarda da mənfi əksini tapırdı. Sayğacla açılmırdı, səhifə görnüşünü itirirdi. Amma belə görsənirki bu problemlər tamamilə arxada qalacaq. Çünki ilk10 indi Azərbaycanda yerləşən serverlər üzərindən fəaliyyətini davam etdirəcək. Saytın yaradıcılarından Emin Hüseynovun verdiyi xəbərə görə, Delta Telecom tərəfindən verilən serverlər kifayət qədər yüksək göstəricilərə malikdir. Kiçik informasiya olaraq Dual Xeon serverin 4Gb ram ilə olduğunu deyə bilərik. Mən yazını yazan vaxt ilk10-a bir daha girdim, sayt artıq aktivdir və sürət çox aydın nəzərə çarpır. İlk10-u heç belə sürətli görməmişdim. Ümid edirəmki bundan sonra artıq əvvəl olduğu kimi yenilikləri daimiləşdirərlər.
Bu arada hack barədə də soruşdum. Bu wordpress ucbatından baş veribdi. Yəqinki xatırlayarsınız, bi müddət əvvəl köhnə versiyalarda olan bir xəta haqqında xəbər verilmişdi və blogların yenilənməsi tövsiyyə olunmuşdu.






