Oxatan.com | Web 2.0 və Internet

Oct/09

11

MilliNet – Milli internet mükafatı

Oxatanda offline olduğumuz uzun müddət ərzində bir çox yeni saytlar fəaliyyətə başladı. Barcamp silsiləsindən növbəti böyük tədbir həyata keçirildi. Yeniliklər arasında xoş sözə layiq olanlarda, tənqid oxlarına tuş gələnlərdə az olmadı. Ancaq onlar haqqında müxtəlif fikirlər söylənildiyi üçün yenidən onların üstünə qayıtmaq istəmirəm.  Əvəzində müxtəlif araşdırmaları yazmaq daha məqsədəuyğundur deyə düşünürəm.  İndi isə mənim üçün ən aktual məsələlərdən biri Milli Net – internet mükafatıdır.  Bu yazı yayımlana qədər olan statistika:

  • Cəmi saytlar: 189
  • Qəbul edilən saytlar: 129
  • Təsdiq gözləyən saytlar: 8
  • Qəbul edilməyən saytlar: 52

Mükafat haqqında onu deyə bilərəmki şəffaflıq maksimum dərəcədədir. Yekunlardan sonrada bunu aydın görmək olacaq.  Bunu elə ilk başdanda da müşahidə etmək olur. Çünki müsabiqədə imtina edilən saytlara bunun səbəbləri əvvəlcədən aydın yazılır və həmin səbəblər aradan qaldırıldıqdan sonra o müsabiqədə iştirak edə bilər. Ən əsas müsbət xüsusiyyət isə Azərbaycan dili versiyası olmayan saytların iştirak edə bilməməsidir. Müsabiqənin gedişi zamanı yeni və maraqlı olacaq məlumatları Oxatan üzərindən sizə çatdırmağa çalışacam. Düşünürəmki Barcamp`dan sonra bununlada Azərbaycan internetində yeni bir ənənənin başlanğıcı olacaq.

RSS Feed

Hələ şərh yoxdur.

Leave a comment!

Additional comments powered by BackType

« Salam Blogosfera

Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq »

Axtar tap!

Theme Design by devolux.org