Bu dəfə yayı çəkib, oxu atırıq sosial platformalar tərəfə. Bildiyimiz kimi MilliNet`imizin ən papulyar modası mıx.az tipli saytlardır. Deyəsən artıq getdikcə onunda rəqibi yaranır. İndi yeni modamız Sosial Şəbəkələrdir. Son bir ildə o qədər çox açılmağa başladılarki. Hətta açıldıqları kimi çoxdan əl yelləyib, vida edənlərda var aralarında. Əslində bu tip mövzuları əsasən yazmırdıq. Bu dəfə fərqli yanaşma tərzinə səbəb proyektin müəllifidir. Nəzərə alsaq ki, sosial şəbəkə kifayət qədər böyük proyektdir və indiyənə qədər sosial şəbəkələr əsasən maddi cəhətdən kasad büdcə ilə işə başlayırdılar. Buna görə də onlardan adam fövqaladə nəsə gözləmir. Amma bu dəfə yaxşı başlanğıc üçün imkanlar var idi…
Əvvəla onu deyimki mənim bildiyim qədəri ilə Azərbaycan internet sferasında hal-hazırda açıq 13 dənə sosial şəbəkə var. Bunlardan 9`u Social Engine üzərində qurulubdu: Dream.az , Sirr.az , Yerli.az , Edunet.az , Azerilive.com , Dostling.com , Party-time.az , Yalli.az , Mylife.az
Qalanları isə fərqlidir – Camaat.az , Pirog.az , Nuxa.az , Birge.az . Əmma bu saytlardan heç biri öz auditoriyasını kifayət qədər yığa bilmir. Adları sadalanan saytlardan biri – Yalli isə Yumroo`nun proyektidir. Ancaq Yumroodakı geniş maddi imkanlara baxmayaraq Yalli demək olarki mənasız məşğuliyyətdən irəli gedən bir sayt deyil. Script üzərində qurulmuş saytda yeni heç nə ilə qarşılaşdım demək olmaz. Nəsə bu sayt haqqında sözü uzatmayım. Yazının əsas səbəbi başqadı. Gündə biri çıxan bu sosial şəbəkələr istifadəçiyə lazımdırmı? Yeni bir şəbəkəyə ehtiyac varmı? Nə etmək lazımdırki uğurlu alınsın?
Əvvəla gəlin baxaq görək yeni şəbəkəyə ehtiyac varmı?
Mənim fikrim budurki bir – birinə bənzər bu şəbəkələr heçdə lazım deyil. Buna ehtiyac yoxdur. Artıq Facebook da Azərbaycanca oldu. Mənə elə gəlirki Facebook məhz elə bizim də şəbəkəmizdi. Burada kifayət qədər Azərbaycanlı var, kifayət qədər şəbəkə yaratmağa bəs edəcək insan tapa bilərəm ( hətta yazını yazan vaxt browser`dəki Twitter əlavəsindən xəbər aldımki Vkontakte.ru da Azərbaycan dilinə tərcümə edilibdi ) . Amma mən yeni açılan Yallıda, Sirrdə və ya Yerlidə özümün heç bir dostumu tapa bilməyəcəm. Üstəlik bunlar mənə Facebookdan daha fərqli nəsə vəd etmirlər. Amma Odnoklassniki və ya Facebook bizə istənilən bu tip şəbəkədən daha artığını vəd edir. Üstəlik daim yeniliklər edirlər və istifadəni olduqca rahat vəziyyətə gətirirlər. Bu yeni açılan saytların isə yaman pis xasiyyəti əmələ gəlməyə başlayıbdı. Götürüb Facebookdakı qruplara saytların reklamını edirlər. Facebookdan xidmət səviyyəsinə görə bu qədər geridə qalan saytlar öz istifadəçisini də buradan yığmaya çalışmağı lap bişmiş toyuqda da təbəssüm yaradır.
Bəs nə etmək lazımdırki uğurlu alınsın?
Bunun kiçik bir neçə ehtimal yazacam. Deməli əgər bütün imkanlarla nəsə etməyə başlanılırsa özünəməxsus bir tərz seçmək lazımdır. Yoxsa “Bu milli Facebook`dur” , “Bu FaceBook`un yerli alternatividir” kimi gülünc reklam sloganları ilə istifadəçinin baş – beynini yersiz aparmaq gərək deyil. Belə olduqda ancaq tanış-biliş ziyarətçiləriniz olacaq. Onlar da yığışıb bir yerdə hal-əhval tutub çıxacaqlar. Buradan isə sosial şəbəkənin imkanları olmayacaq. Heç ondan sosial şəbəkədə olmayacaq. Onda nəsə bir tərz (saytı digərlərinən fərqləndirən nəsə ) seçək. Belə bir tərz seçək ki, nəsə istifadəçinin girməyinə səbəb olsun. Bunun üçün sadəcə araşdırma etmək lazımdır (indi aznetdə məşhur bir dle tipli saytlardır, bir xəbər saytları bir də chat-tanışlıqlar). Həmin araşdırma nəticəsində də yeni proyektə bir tərz vermək olar. Bundan başqa digər məsləhətli bir tərəf isə əgər alternativi çox olan bir sayt açmaq qərarındayamsa buna sıfırdan başlamaq bir az mənasız olardı. Twitter kimi möhtəşəm bir ideyam yoxdursa onda sıfırdan başlamaq o qədərdə mənalı görsənmir. Bunun üçün araşdırma nəticəsində seçdiyim tərzdən başqa istifadəçi bazasına ehtiyyacda olur. İstifadəçiləri isə yüksək reytinqli bir saytı almaqla əldə etmək olar. Məsələn Box.az, Disput.az kimi çox istifadəçiyə malik saytlar var. Hətta yeri gəlsə mix.az `ın belə istifadəçisi kifayət qədərdi – 100 mindən artıq.
P.S. elə yazını yazanda ağlıma gəldi. Məsələn disput.az `ı sosial şəbəkəyə çevirmək olar. Həm özünəməxsus tərzi – mövzu anlayışı var: xəbər yaymaq. Xəbər verməyi sevən istifadəçiləri var. Həmdə elə userləri kifayət qədər çoxdur.
Bir sözlə onu qeyd eləmək istəyirəmki əgər sizin sosial şəbəkəniz nəyi iləsə fərqlənmirsə onda lazım deyil. Bizə maraqlı nəsə təqdim edin, yada heç təqdim etməyin. Onsuzda balaca məkanımızda kifayət qədər şəbəkə var.







Bu saytlar hamsı bizim üçün bir həvəsdi gəlib gedir.Sadəcə skriptin necə işlədiyini yoxluyuruq.Sənin analizlərin çox marağlıdır OXATAN.
Bir dəfədə lazımi saytların icmalını hazırla Azərbaycan bloq sfersında ən azından sənin izlədiyin saytlar.
Təşəkkürlər!