Oxatan.com | Web 2.0 və Internet

Oct/09

12

Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq

Bu dəfə yayı çəkib, oxu atırıq sosial platformalar tərəfə. Bildiyimiz kimi MilliNet`imizin ən papulyar modası mıx.az tipli saytlardır. Deyəsən artıq getdikcə onunda rəqibi yaranır. İndi yeni modamız Sosial Şəbəkələrdir.  Son bir ildə o qədər çox açılmağa başladılarki. Hətta açıldıqları kimi çoxdan əl yelləyib, vida edənlərda var aralarında.  Əslində bu tip mövzuları əsasən yazmırdıq. Bu dəfə fərqli yanaşma tərzinə səbəb proyektin müəllifidir. Nəzərə alsaq ki, sosial şəbəkə kifayət qədər böyük proyektdir və indiyənə qədər sosial şəbəkələr əsasən maddi cəhətdən kasad büdcə ilə işə başlayırdılar. Buna görə də onlardan adam fövqaladə nəsə gözləmir.  Amma bu dəfə yaxşı başlanğıc üçün imkanlar var idi…

Əvvəla onu deyimki mənim bildiyim qədəri ilə Azərbaycan internet sferasında hal-hazırda açıq 13 dənə sosial şəbəkə var. Bunlardan 9`u Social Engine üzərində qurulubdu: Dream.az , Sirr.az , Yerli.az , Edunet.az , Azerilive.com , Dostling.com , Party-time.az , Yalli.az , Mylife.az

Qalanları isə fərqlidir – Camaat.az , Pirog.az , Nuxa.az , Birge.az . Əmma bu saytlardan heç biri öz auditoriyasını kifayət qədər yığa bilmir. Adları sadalanan saytlardan biri – Yalli isə Yumroo`nun proyektidir. Ancaq Yumroodakı geniş maddi imkanlara baxmayaraq Yalli demək olarki mənasız məşğuliyyətdən irəli gedən bir sayt deyil. Script üzərində qurulmuş saytda yeni heç nə ilə qarşılaşdım demək olmaz. Nəsə bu sayt haqqında sözü uzatmayım. Yazının əsas səbəbi başqadı. Gündə biri çıxan bu sosial şəbəkələr istifadəçiyə lazımdırmı? Yeni bir şəbəkəyə ehtiyac varmı? Nə etmək lazımdırki uğurlu alınsın?

Əvvəla gəlin baxaq görək yeni şəbəkəyə ehtiyac varmı?

Mənim fikrim budurki bir – birinə bənzər bu şəbəkələr heçdə lazım deyil. Buna ehtiyac yoxdur. Artıq Facebook da Azərbaycanca oldu. Mənə elə gəlirki Facebook məhz elə bizim də şəbəkəmizdi. Burada kifayət qədər Azərbaycanlı var, kifayət qədər şəbəkə yaratmağa bəs edəcək insan tapa bilərəm ( hətta yazını yazan vaxt browser`dəki Twitter əlavəsindən xəbər aldımki Vkontakte.ru da Azərbaycan dilinə tərcümə edilibdi ) . Amma mən yeni açılan Yallıda, Sirrdə və ya Yerlidə özümün heç bir dostumu tapa bilməyəcəm. Üstəlik bunlar mənə Facebookdan daha fərqli nəsə vəd etmirlər. Amma Odnoklassniki və ya Facebook bizə istənilən bu tip şəbəkədən daha artığını vəd edir. Üstəlik daim yeniliklər edirlər və istifadəni olduqca rahat vəziyyətə gətirirlər. Bu yeni açılan saytların isə yaman pis xasiyyəti əmələ gəlməyə başlayıbdı. Götürüb Facebookdakı qruplara saytların reklamını edirlər. Facebookdan xidmət səviyyəsinə görə bu qədər geridə qalan saytlar öz istifadəçisini də buradan yığmaya çalışmağı lap bişmiş toyuqda da təbəssüm yaradır.

Bəs nə etmək lazımdırki uğurlu alınsın?

Bunun kiçik bir neçə ehtimal yazacam. Deməli əgər bütün imkanlarla nəsə etməyə başlanılırsa özünəməxsus bir tərz seçmək lazımdır. Yoxsa “Bu milli Facebook`dur” , “Bu FaceBook`un yerli alternatividir” kimi gülünc reklam sloganları ilə istifadəçinin baş – beynini yersiz aparmaq gərək deyil. Belə olduqda ancaq tanış-biliş ziyarətçiləriniz olacaq. Onlar da yığışıb bir yerdə hal-əhval tutub çıxacaqlar. Buradan isə sosial şəbəkənin imkanları olmayacaq. Heç ondan sosial şəbəkədə olmayacaq. Onda nəsə bir tərz (saytı digərlərinən fərqləndirən nəsə ) seçək. Belə bir tərz seçək ki, nəsə istifadəçinin girməyinə səbəb olsun. Bunun üçün sadəcə araşdırma etmək lazımdır (indi aznetdə məşhur bir dle tipli saytlardır, bir xəbər saytları bir də chat-tanışlıqlar). Həmin araşdırma nəticəsində də yeni proyektə bir tərz vermək olar. Bundan başqa digər məsləhətli bir tərəf isə əgər alternativi çox olan bir sayt açmaq qərarındayamsa buna sıfırdan başlamaq bir az mənasız olardı. Twitter kimi möhtəşəm bir ideyam yoxdursa onda sıfırdan başlamaq o qədərdə mənalı görsənmir. Bunun üçün araşdırma nəticəsində seçdiyim tərzdən başqa istifadəçi bazasına ehtiyyacda olur. İstifadəçiləri isə yüksək reytinqli bir saytı almaqla əldə etmək olar. Məsələn Box.az, Disput.az kimi çox istifadəçiyə malik saytlar var. Hətta yeri gəlsə mix.az `ın belə istifadəçisi kifayət qədərdi – 100 mindən artıq.

P.S. elə yazını yazanda ağlıma gəldi. Məsələn disput.az `ı sosial şəbəkəyə çevirmək olar. Həm özünəməxsus tərzi – mövzu anlayışı var:  xəbər yaymaq. Xəbər verməyi sevən istifadəçiləri var. Həmdə elə userləri kifayət qədər çoxdur.

Bir sözlə onu qeyd eləmək istəyirəmki əgər sizin sosial şəbəkəniz nəyi iləsə fərqlənmirsə onda lazım deyil. Bizə maraqlı nəsə təqdim edin, yada heç təqdim etməyin. Onsuzda balaca məkanımızda kifayət qədər şəbəkə var.

RSS Feed

11 Comments for Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq

nicatnecef | October 12, 2009 at 19:15

Bu saytlar hamsı bizim üçün bir həvəsdi gəlib gedir.Sadəcə skriptin necə işlədiyini yoxluyuruq.Sənin analizlərin çox marağlıdır OXATAN.
Bir dəfədə lazımi saytların icmalını hazırla Azərbaycan bloq sfersında ən azından sənin izlədiyin saytlar.

Təşəkkürlər!

Sosial şəbəkələrimizin timsalında bütün Aznet haqqında « blezx’s blog | October 13, 2009 at 00:48

[...] Oxatan bu dəfə oxunu sosial şəbəkələrə atıbdı. Oxudum yaxşı yıxıb sürüyüb və məsləhətlər də yazıb. Məsləhətlərə əlavəmi, elə öz bloğumda  yazmaq istədim. [...]

Elliot | October 13, 2009 at 13:09

Chox sagholun meqaleye gore. Choxdandir muxtelif forumlarda, twitterde, facebookda paylashdighim, etrafinda mubahise etdiyim movzudur. Menim de demeye sozum choxdur bu movzuda, duzdur muellif choxunu deyib, amma yene de bir iki qeyd edim.
1. Social Engine uzerinde qurulan milli saytlar, eger ozune konkret istiqamet sechmeyibse, iflasa mehkumdur. Tanidiqlarimdan yalniz edunet.az ozune konkret meqsed ve istiqamet sechib, ona gore de onun shansi daha choxdur populyar olmagha. Men Yalli.az-in hech neye lazim olmadighini, iflasa ughrayacaghini yumroo sahibine(divanlarindaki yumroo portal niki) deyende, mubahise etdi ki guya vkontakte klon deyil, bes niye ughur qazandi? Amma dushunmur ki vkontakte klon olsa da o Rusiyada facebooku qabaqlaya bilib zamana gore. Ustegel vkontakte Joomla-da ozune portal achib sonradan Social Enginehazir sayti add etmeyib ozune. Onlar PHP-de 0-dan proqramlashdiriblar, bu ise chox shey demekdir. En esasi da budur. Indi facebook-un Azerbaycanda at oynatdighi bir zamanda gelib facebookun funksionlallighinin hech 100-de 1-ni ozunde eks etdirmeyen, ferqli hech ne teklif etmeyen layihe ile chixish etmek ne fayda verecek? hech bir. ozleri biler, sayt onlarin, xercledikleri pul onlarin. :)
2. Social engine skipti ne qeder murekkeb ve boyuk layihe olsa da, sayti 0-dan yighmaq mence daha elverishlidir. Chunki sayti 0-dan yighdiqda hem ona mudaxile asan olur, hem de telebat olduqca modul elave edirsen. Daha Social Engine-de proje qurub hazir modullari add-remove etmekle yox. Shexsen men her hansi social network saytinin achildighini eshiden kimi maraqla dail oluram ve goren kimi ki Social Engine-dir, chixiram bir daha girmirem ora. Axi niye de girmeliyem? Bu suallarin cavabini gerek o projelerin muellifleri dushunsun. istifadechi bizim sayti niye sechmelidir? Niye facebooku qoyub buraya gelmelidir? Bu suallara cavab tapsa, social network de ughur qazanar.

Shaig Muradov | October 13, 2009 at 20:33

@nicatnecef
Əslində şəxsi olaraq izlədiyim saytlar barədə arada yazıram. Ancaq onları indiki kimi qruplaşdırdığım olmamışdı. Birdəki MilliNetimizdə mənim izləyib – izləmədiyim də normal saytlar var. Sadəcə kifayət qədər papulyar deyillər.

@Elliot
Düzü belə bir zad ortaya çıxardan proyekt rəhbərindən bundan artıq nəsə cavab gözləməkdə olmazdı.
Vkontakte ilə yallini təbiiki bir-birilə müqayisə etmək olmaz. Birinci zaman baxımından Vkontakte Facebook`un rus dilli versiyası olmayan vaxtdan başlamışdı işə. Ona görədə ingilis dilini bilməyən ruslar öz resurlarından rahatca istifadə edirdilər. Amma Azərbaycanda indi belə bir problem yoxdu. İstəyən Facebooka üzv olub, rus dillilərdə əvvəlki vaxtlarda ya elə Vkontakteyə ya da Odnoklassnikə üzv olublar. Yeni bir şəbəkəyə aclıq yoxdur bizdə.
Edunetle bağlı fikirlərlə isə tamamilə razıyam. Scriptdən istifadə etmələridə o qədər adamı qıcıqlandırmır. Çünki onlar nə demirlərki biz Azərbaycanın sosial şəbəkəsiyik, nədə Facebookun Azərbaycan versiyası olduğunu iddia etmir. Hətta gələcəkdə scriptdə müəyyən dəyişikliklər edərək çox yaxşı mövqelənə bilərlər.

Elliot | October 14, 2009 at 09:07

Shaig bey, tam raziyam fikirlerinizle.
Bizimle razilashmayan “klon rehberleri” bir neche aydan sonra ozleri de bizim haqli oldughumuzu gorecekler. Ad chekmek yaxshi chixmaz, amma deqiq melumatim var ki, siz adini chekdiyiniz millinet soc.net-lerinden 2-3-u artiq sehv yolda olduqlarini anlayiblar. Bele ki user saylari artmir ki artmir. :)
Gozel olardi ki, bizde de orijinal layihelerle chixish eden insanlar ortaya chixsin. Digg, Twitter, Facebook, Wordpress – bunlar her biri mohteshem layihelerdir, onlar qeder de olmasa hech olmasa oz qabaritimize uyghun gozel layihelerle chixish edenlerin sayi artaydi. Bunun uchun sadece olaraq aghil ishletmek ve layiheni reallashdirmazdan once onun perspektivini yaxshica analiz etmek lazim.

Ulvi Aslanov | October 15, 2009 at 06:32

Sistem yeniliyi və vaxt balanslığı münasibəti ilə təbrik edirəm. Vaxtı balanslaşdırıb yazı yazmaq və analiz eləmək, analiz eləyib bunu paylaşmaq asand deyil, ona görə də bunun üçün də təbrikə layiq olduğunuzu düşünürəm. Hələlik bunları özümdə bacarmadığım üçün neçə vaxtdır bu mövzu üzərindəki analizlərimi elə ilk olaraq burda yazım istədim.
Bu saytların arasında bir neçə dənə ilk dəfə adını gördüyüm saytlar var idi. Bunlar nə vaxt peyda olublar!? Əsasən verilən suallar ətrafında fikirlərimi davam etdirəcəm amma bundan əvvəl bu sosial şəbəkələrdən bəziləri haqda düşündüklərimi qısaca bildirim.
Edunet.az – Tələbələr arasında bir konsept üzərində qurulmuş məqsədi və vizyonu bilinən bir şəbəkədir. Ora daxil olub da nə kimi bilgilər alacağıvı bilirsən. Tələbələr arasında bilgi paylaşımını əllərində saxlaya bilmələri üçün inkişaf etməlidilər amma ki vaxt azlığından mı, təmbəllikdən mi deyim sayt öz temposunda hələ ki, davam edir. Heç bir yenilik yoxdur. Və bu da bir müddət sonra istifadəçilərin ordan soyumasına gətirib çıxaracaq.
Digər social engine istifadə edənlər haqqında deyəcək heç nə yoxdur. Bir birindən fərqlənməyən bir neçə fərqli domain. Oturub ciddi şəkildə istifadəçilərini analiz eləsəm hələ düşünürəm ki, yəqin eyni adamlar olacaq.
Camaat.az – Bu səhifə ilə ilk dəfə tanış olanda çox xoşuma gəlmişdi. Wap 2.0 üzərinə qurulmuş yaxşı bir sistemə oxşayırdı. Oturub bütün servislərini incələmişdim (söhbət 2009yanvar ayından gedir) Elə bu müddət ərzində sistemin bir neçə bugları üzə çıxdı. Bunu bilənlər və ya tapanlar sistemde at çapmağa başladılar. O vaxtı idarəçilərinə bu barədə məlumat vermişdim. Sonra bir neçə dəfə də daxil oldum, həmin əksikliklər hələ də var idi. Amma indi necədi bilmirəm. Üzərində işlənilsə wap üzərində tək bir sosial şəbəkə ola bilərdi (və ya ola bilər!?)
Birge.az – Bu saytla da bir neçə gün əvvəl tanış oldum və indi görürəm ki, yaxınlarda bir ili keçirələcək.
haşiyə: mən son iki ildə Azərbaycanda cəmi 20 gün olmuşam və webdəki yenilikləri ancaq internet üzərindən təqib edirəm. Demək olar ki, hər gün incələdiyim səhifələr arasında bu səhifələrin adlarına rast gəlməmişəm. Bunlar necə inkişaf edirlər bəs? Bəlkə dildən dilə yayılır və ya outdoor reklamlarından. Yaxşı onda ikinci bir sual daha yaranır. Xaricdə olan birisi belə səhifələrdən necə xəbərdar ola bilər? Demək olar ki, günlük baxmadığım Azərbaycan sayğac səhifələri, digər xəbər səhifələri yoxdu. Adlarını yeni eşitdiyim saytları qınamıram. Bəlkə də mənim arada qaçırtdığım nüanslar olub. Bunu da nəzərə alaq ki, yay tətili vaxtı internetə girişim çox az idi.
Bu saytı yeni gördüyümə baxmayaraq xoşuma gəlmişdi. Xoşuma gələn səbəblərdən odur ki, sistem fərqli bir üslubda yazılıb. Digərlərinə görə fərqli funksiyaları var. Səhifədən hələ qeydiyyatdan keçməmişəm. Bunun səbəblərindən birisi səhifədə profil açıqlığı var. Daha çox mənə facebook tərzi sosial şəbəkə yox “sevgi qurmağa” kömək edən səhifələrdən birisi kimi gəldi amma funkasiyalarına baxdıqda hiss edirsən idarəçilərin eləmək istədikləri daha böyük şeylərdi. Kiçik bir məsləhətim səhifəni sevgi tərzində yox daha çox dost tərzində olunması və əsas səhifədəki profil şəkillərinin qaldırılması.Birge üçün ora gələn birisinin ordakı bir qız şəklindən xoşu gəlib qeydiyyatdan keçməsi yox həqiqətən də istəyərək və sonradan sevərək səhifəni istifadə etməsidir.
Mövzudaki suallara gəldikdə isə:
Bəs nə etmək lazımdırki uğurlu alınsın?
Təmbəl olmamaq lazımdır. Bir işə başlayıb bunu sonlandırmaq yox davam elətdirmək lazımdır. Məsələn sizə Türkiyədən bir misal olaraq bunu verə bilərəm. Vaxtı ilə bizim universitetin tələbələri üçün açılmış hoccam.com səhifəsi vardı. Özəl olaraq yığılmışdı. Universitetin tələbələrindən bir neçə nəfər birləşib yazmışdılar sistəmi və hər dəfə də inkişaf elətdirirdilər. Bununla yanaşı reklamlardan da çox xeyli qazanırdılar çünki müraciət olunan istifadəçilər dəqiqdi. 2008ci ildə bunu bir şirkət alaraq bütün universitetlərin tələbələri üçün açıq elan etdi. Amma ancaq universitet tələbələri qeydiyyatdan keçə bilərlər. Adını da dəyişdirib hocam.com elədilər. Bunu oxuyanlar əgər Türkiyə universitetlərindən birində oxumurlarsa təbii ki, səhifəyə üzv ola bilməyəcəklər. 2008dən bəri səhifədə o qədər yenilik olub ki, bütün tələbələri özlərinə rahatlıqla bağlaya bilirlər. Bunun yanında vaxtı ilə forum olub da sonradan sosial şəbəkə növünə keçən turkstudent.com səhifəsini də misal göstərmək olar. Ortakantin.com vaxtı ilə bir tələbənin qurduğu səhifə idi bu yaxınlarda böyük bir şirkət tərəfindən alındı və s.
Bu misalları verməkdə məqsədim odur ki, Azərbaycanda ehtiyacın olub olmamasından qorxaraq bir layihəni həyata keçirtmək yox, bunun üçün ayıra bilinəcək vaxt və üstündə ediləcək yaradıcı, yenilikçi düşüncələrdi.

Bütün səhifələrə uğurlar arzulayıram.

P.S: bu yazını gecə saat 4dən başlayaraq yazmışam. aradakı səhvlərim olduğunda düzəltməyə çalışdım amma yenə də fikir qırıqlığı və ya hər hansı bir səhv varsa anlayışla qarşılamağınızı istərdim.

Shaig Muradov | October 15, 2009 at 11:40

@Ulvi
Əlavə qeydlərinlə razıyam. Birge filan kimi bəziləridə sosial şəbəkəni tanışlıq yönümlü edib üzvləri oradan qazanmağı fikirləşirlər. Amma bu qısa vadəli bir şeydir. Doyumluğu tez olacaq.
Türkiyədən çəkilən misallardan hocam.com`dan xəbərim yox idi. Amma ümumiyyətlə Türkiyə bazarı haqqında ancaq müsbət fikirlər söyləmək olar. Orada kifayət qədər oturuşubdu internet sektoru.
Digər tərəfdən buna ehtiyac olub olmamağı deyəndə onu məhz onu qeyd eləmək istəyirəmki, təkrarçılığa ehtiyac yoxdur. Sonda yazdığın kimi əgər yenilikçi düşüncə ilə nəsə edilirsə buna ehtiyacı adamın özü yaradır. Twitter’ə də ehtiyac yox idi. Amma o özü buna ehtiyac yaratdı. Bəs indi ikinci bir Twitter`ə ehtiyac varmı desək əlbəttə yoxdur. Onun kimi Azərbaycan bazarında özlərini Facebooka və ya Odnoklassnikə bənzətyməyən istəyən şəbəkələrə ehtiyac yoxdur. Nə qədərki onların ayrıcalığı olmayacaq buna ehtiyac da yoxdur. Bir tək Edunetin şansı var fərqlənmək üçün. Oda baxır necə istifadə edəcək bundan.

kefkom | October 19, 2009 at 10:58

Yaxşı analizlər var.Həm Şaiq yoldaşa,həm də şərh yazanlara təşəkkür.Xeyli şey öyrənmək olur

Yumru, MİF, nağıl… - Oxatan.com | December 6, 2009 at 13:50

[...] yatmadığımız üçün bilirik ki, eyni scriptlə belə bir çox sayt var. Bunlar haqqında yazmışdımda.  Yenədə layihənin developeri danışmırdı. Yoxsa adam suallarını verərdi, müzakirə [...]

2009`un İnternet üzrə yekunları - Oxatan.com | December 30, 2009 at 23:54

[...] hələki özünü doğruldan yoxdur. Bir neçə vaxt əvvəl bu sosial şəbəkələr haqqında da yazmışdım. Digər tərəfdən blogçuluq da bu il kifayət qədər inkişaf etdi və bir çox yeni bloglar [...]

hossein | September 18, 2010 at 13:51

gunash.net da iranli Azeri dila danishanlar ochon yaranib !

Leave a comment!

Additional comments powered by BackType

« MilliNet – Milli internet mükafatı

Ilk10-dan yeni xəbər var – Bakıya köçdü. »

Axtar tap!

Theme Design by devolux.org