Oxatan.com | Web 2.0 və Internet

Oct/09

16

Ilk10-dan yeni xəbər var – Bakıya köçdü.

ilk10Uzun müddətdir Azərbaycan internetində fəaliyyət göstərən saytlardan biri olan ilk10.az`dan yeni xəbərimiz var.
Düzü bu səhər ilk10-dan ilk olaraq pis xəbər almışdım. Twitterdən gələn xəbərə görə sayta index atılmışdı. Sonra bu xəbəri Qwertydə də gördüm.  Amma əsas xəbər bu deyil.  Əsas xəbər:

Artıq ilk10 Bakıya köçdü.

Yəqinki hər kəs müşahidə etmiş olar, son vaxtlatda ilk10`un serverində tez-tez problemlər yaranırdı. Sayt çox ağır işləyirdi.  Bəzən gün ərzində tamamilə fəaliyyətsiz qalırdı.  Bu ilk10-a üzv saytlarda da mənfi əksini tapırdı. Sayğacla açılmırdı, səhifə görnüşünü itirirdi. Amma belə görsənirki bu problemlər tamamilə arxada qalacaq.  Çünki ilk10 indi Azərbaycanda yerləşən serverlər üzərindən fəaliyyətini davam etdirəcək.  Saytın yaradıcılarından Emin Hüseynovun verdiyi xəbərə görə, Delta Telecom tərəfindən verilən serverlər kifayət qədər yüksək göstəricilərə malikdir.  Kiçik informasiya olaraq Dual Xeon serverin 4Gb ram  ilə olduğunu deyə bilərik. Mən yazını yazan vaxt ilk10-a bir daha girdim, sayt artıq aktivdir və sürət  çox aydın nəzərə çarpır. İlk10-u heç belə sürətli görməmişdim. Ümid edirəmki bundan sonra artıq əvvəl olduğu kimi yenilikləri daimiləşdirərlər.

Bu arada hack barədə də soruşdum. Bu wordpress ucbatından baş veribdi. Yəqinki xatırlayarsınız, bi müddət əvvəl köhnə versiyalarda olan bir xəta haqqında xəbər verilmişdi və blogların yenilənməsi tövsiyyə olunmuşdu.

RSS Feed

1 Comment for Ilk10-dan yeni xəbər var – Bakıya köçdü.

eshiii | October 31, 2009 at 10:18

Ilk once ilk10u tebrik..
o ki qaldi delta telekoma suretine soz ola bilmez, keyfiyyetine 0 !…

gunun 9 saati profilaktik ishler geden supportu olmayan yerdense , amerikanin ATDIMSeni datacenteri bundan yaxcidi :) ))))

Leave a comment!

Additional comments powered by BackType

« Az idi arıq-uruq, biri də gəldi dabanı cırıq

Bu gün AİF`in növbəti toplantısı keçirildi »

Axtar tap!

Theme Design by devolux.org