Yəqin çox internet istifadəçisinə məlumdurki Azərbaycanda internet reklamçılığı demək olarki mövcud deyil. Heç bir online ads sistemimiz yoxdur. Bəzi ölkələrdə hətta bu tip sistemlər bir neçə dənədir. Amma bizim internet bazarında heç biri də yoxdur. (Yumroo`nunkini heç hesaba qatmıram. O formalnı bir şeydir) . Bu tip adds`lərin olması inkişafa böyük kömək edir. Heç bir marketing və s. əlaqələri olmayan saytlarda bu tip sistemlər vasitəsilə həm reklam tapa bilir, həmdə reklam verənlər belə saytlarla rahat əlaqələr qura bilirlər. Bu sistem bizim bazarda çatışmır, nə vaxtda olacağı sual altındadır.
Digər tərəfdən onu deyə bilərəmki Azərbaycanda ümumi nisbətinə görə mobil saytlar veb saytlardan daha çox gəlir əldə edirlər. Buna səbəblər müxtəlifdir, telefonların çox yayılması, nəticədə yüksək istifadəçi, bundan əlavə sms satışı, mobile ads və s. Artıq Mobil bazarda yerli fiqurda olacaq. Bu yeni reklam sistemi olan Moxito.az -dır. Əslində bu tip yeni saytlar haqqında özüm yazırdım. Ancaq bu dəfə məlumatı sistemin yaradıcısı Rəşad Əliyev`in özündən aldım.
R. Əliyev – Sistemin əsas xoda salmaqda məqsəd Azərbaycanda mobil reklamda olan tələbatı ödəməkdir. Həmçinin mobil saytlar üçün də şərait yaratmaqdır ki təkcə sms satışından yox, həmçinin mobil reklamdan qazansınlar və öz saytlarını da reklam eləsinlər. Bundan başqa şirkətlər də yeni mobil reklam xidmətindən faydalansınlar. Həmçinin sistemin digərlərindən üstünlüyü də var. Belə ki, reklam etmək üçün, reklamçının saytı olmasa da olar, orada özü səhifə yarada bilər. Həmçinin də click to call servisi var ki, bu yalnız mobil reklam-da mümkündür
Ş. Muradov – Bəs reklam networkünə qoşulan saytların hansısa kriteriyalara cavab verməyi vacibdir? Hansı qaydalar var ?
R. Ə. – Mobil sayt olmalıdır. Wml ve ya mobile xhtml formatında olmalıdır.
Ş. M.- Kontentinə görə məhdudiyyət var ?
R. Ə. – Azərbaycan qanunvericiliyinə zidd reklam olmamalıdır. Olarsa tez bir zamanda reklamın aradan qaldırılmasına çalışacağıq.
Ş. M. – Reklamlar klikə görə yoxsa göstərimə görə olacaq?
R. Ə. – Hal-hazırda yalnız click`ə görə hesablanır.
Ş. M. – Bəs moxito sözü nədən yaranıb, mənası nədir?
R. Ə. – Mobil Xidmetler Toplusu
Ş. M. – Maraqlı adı var
R. Ə. – Aha, həm də 1-2 hərfi dəyişsən içki növüdür
Ş. M. – Yəniki sistemdən içki qədər zövq almaq mümkündür
?
R. Ə. – İncəlikləri çoxdur
. Təbii ki inkişaf da olacaq.
Ş. M. – inşa Allah.
P.S. sistemdəki yeniliklər, və maraqlı məqamları irəlidə daha ətraflı öyrənə biləcəksiniz.








Reşadın heqiqeten gözel layiheleri var.Amma subyektiv fikrimdi bu proyekt’de bizde tutarlı olmuyacaq.
Zibil kimi çox olan bloqlarımıza reğmen http://www.blogy.az.
Eyniylede wap saytlar.