Bu dəfə oxumuzun ünvanı Alexa olacaq. Fikrimcə ziyarətçilərimizin böyük əksəriyyətinin bu reytinq haqda kifayət qədər xəbəri var. Alexa reytinqinin güvənilməz olduğunu dəfələrlə müzakirələr zamanı qeyd etmişəm. Onu deyim ki, Alexa`nın ölkələr üzrə reytinq siyahısı var. Buradan da hansı ölkədən ən çox hansı saytları ziyarət ediblər görmək olur. Əsasən ilk 100 saytı verirlər. Bəzi statistik məlumatlarda isə həmin siyahı əsas götürülür. Ancaq bu siyahının Azərbaycan üçün doğruluq payı demək olarki y0x dərəcəsəindədir. Çünki siyahıya düşən saytların reytinqi, həmin saytların istifadəçilərinin internet səyyahında qurulmuş olan Alexa toolbarına uyğun olaraq hesablanır. Yəni əgər siz hansısa sayta daxil olursunuzsa və sizin Alexa toolbarınız yoxdursa o sizi ziyarətçi kimi qeydə almayacaq. Bu tip statistika ola bilsinki ABŞ, Rusiya, Çin kimi çox əhalisi çox olan ölkələrin statistikasına mənbə kimi göstərilə bilsin. Çünki əhali həddindən çoxdur və faiz nisəbit ilə ümumi öz təsirini göstərir. Ancaq yenədə düzgün məlumatlar demək olmaz.
Düzdür bu sözləri elə həmişə deyirəm. Bu dəfə isə bir az daha ətraflı araşdırma ilə təqdim etmək istəyirəm. Alexa ilə Google Analytics statistikalarını qarşılaşdıracam:
Bunun üçün Google Analytics hesabın nəzarət etdiyim və Alexadakı mövqeləri, Analytics göstəriciləri arasında əks uçurum olan iki saytın statistikalarını qarşılaşdırmaq istəyirəm. Saytlardan biri Milli Net – internet mükafatının saytıdır. Mən yazını yazanda saytın Alexadakı mövqeyi Azərbaycan üzrə 27-ci, dünya üzrə isə 46,008-cıdır. Digər sayt isə Xazar.com olacaq. İndi saytın Alexadakı mövqeyi Azərbaycan üzrə 90, dünya üzrə isə 68,545-dir.
Yuxarıdakı şəkildə də çəkib qısa izahını vermişəm. Buradan belə görsənirki Milli Netə girişlər Xazardan azı 2 dəfə çoxdur. Bu səthi informasiyadır. İndi isə hər iki saytda olan Google analytics göstəricilərinə baxaq. (Əvvəlcədən qeyd edimki Xazar`da göstərəcəyim statistikalar ancaq əsas səhifə üçündür. Çünki digər bölmələrdə hərəsində fərqli analytics hesablarını istifadə etmişik.)
Şəkildəki statistikalardanda görsəndiyi kimi Millinetdə maksimum olaraq 400-ə qədərdir, Xazarda isə bu 1000-ə qədərdir. (hələ bu təkcə əsas səhifənin föstəriciləridir)
Buradan görsənirki Google`un göstəricilərinə görə vəziyyət Alexadan tamamilə fərqlənir. Birincidə MilliNet iki qat öndə idisə , ikincidə Xazar iki qat irəlidədir. Bu isə fikrimcə çox təbiidir. Çünki MilliNet konkret auditoriyaya hədəflənibdirki, bunlarda sırf internet sahəsi ilə peşə kimi məşğul olanlardır. Onlarında əksəriyyətində Alexa toolbarı böyük ehtimalla quraşdırılmış olacaqdır. Bu da o deməkdirki ziyarətçiləri Alexa sayır və belə nəticələnir. Ola bilsin bəziləri fikirşləşsink indi bu göstəricilər ümumidir. Alexa isə sırf hansı ölkədən çox girilirsə onu ölçür və ölkənin göstəricilərinə görə sıralayır. Onda baxaq görək bu saytlarda ölkələr üzrə ziyarət faizi nə qədərdir.
Növbəti statistik məlumatlardan görsənirki MilliNetə Azərbaycandan daxil olanlar 89,39%-dir. Bunu da bayaqki göstəricilərdə maksimum ziyarətçi sayı (400) üstündən hesablasaq, buda 357, 56 edir. Yəni maksimum 357-58 ziyarətçi. Digər saytda isə 90,81% -dən hesablayaq (max: 1000). Bu da 908.1 edir. Əslində ümumi statistik rəqəmlərə baxanda heç hesablamadanda hansında Azərbaycandan daha yüksək ziyarətçiyə malik olduğunu demək çətin deyil. Sadəcə rəqəmləri göstərmək üçün etdim.
Buradanda o nəticəyə gəlirik ki, Alexa reytinqini əsas götürərək heç bir doğru dəyərləndirmə etmək olmaz. Bundan əsasən bəzi marketoloqlar filan istifadə edirlər. Saytların reytinqi görmək və guya düzgün qərarlar qəbul etmək üçün. Həm reklam qiymətləri həm saytın reytinq göstəricilərini ölçmək üçün. Ancaq Alexa qətiyyətn etibarlı mənbə deyil. Ən əlverişli sayğac kimi mən Google Analyticsi görürəm. Çünki əvvəla tərəfsizdi, onu aldatmaq olmur (və ya çox çətindir), sayğacı açıq təqdim etmir yalnıs siz istədiyiniz zaman göstərə bilərsiniz, ən nəhayət isə Google məhsuludur. Digər tərəfdən Alexanı hər adam da yükləyə bilmir. Bəzi antiviruslar onu virus kimi qəbul edir. I.E. üçün versiyası isə tamam zaydır.
Alexada hətta bir kompüterdəki toolbarın belə saytın statistikasına olduqca böyük təsiri olur. Biz bir neçə vaxtdırki bir saytın üstündə işləyib test edirik. Əsasən 3 kompüterdən girilibdi sayta. Bu 3 kompüterdən yalnız birində Alexa toolbarı quruludur. Saytda işləyib test edərkən gün ərzində çox refresh edirik deyə saytı daha istifadəyə verməmiş artıq indidən o Alexa reytinqində yüksəlməyə başlayır:
Yəni düşündükdə, əgər biz 3 kompüterdədə Alexa toolbarı qurub saytın üzərində elə işləsə idik bəlkədə artıq 100-lüyə daxil olacaqdı…
P.C. Şəkillərin üzərinə klikləyərək böyük formada görə bilərsiniz.











http://www.qwerty.az 77-ci yerdədi Alexa-ya görə))