Oxatan.com | Web 2.0 və Internet

Oct/09

27

İnternet səyyahı və əməliyyat sistemlərinin statistikası

Aparılan bir araşdırmaya görə internet səyyahlarının son zamanlardakı statistik rəqəmləri açıqlanıbdı.

statistik Baxanda aydın görünürki Firefox əməlli-başlı bazarda özünə yer eləyibdi – 34%-dən daha çox olubdu. Bunu çox normal qəbul edirəm. Elə mənimdə ən sevimli browserimdir. İnsanların bu qədər çox istifadəsinə çox səbəb olansa onun addonslarıdır təbii ki. İnternetdən istifadəni daha da rahatlaşdırır.  Statistikada digər diqqət çəkən məqam isə Chrome`un bazar payı faizidir. Artıq Chrome istifadəsi 5%-dir. Üstəlik artan qrafika ilədə davam edir.  Gümanki gələcəkdə daha da artacaq.  Fikirləşəndəki Chrome OS istifadəyə veriləcək və Google Wave`in istifadəsi yayğınlaşacaq onda Chrome istifadəsi çoxalacaq.

Digər açıqlanan statistika isə əməliyyat sistemlərinin olubdu. Burada isə birmənalı şəkildə Windows`un üstünlüyü var. O 82%`dən artıq bazar payına malikdir.

os_statistika

Onun ən yaxın izləyicisi ilə arasındakı fərq 7-8 dəfə çoxdur. Yəqinki bu üstünlüyü hələ bir müddət saxlayacaq. Ancaq qrafikasına baxdıqda onun inkişaf tempinin azalan xətt üzrə getdiyini görürük.qrafika_windows

Bəlkədə Chrome OS gəldikdə, Google`un dəstəyi ilə ona rəqib ola bilsin. Hələlik isə onun izləyicisi Mac`ın qrafik göstəriciləri artan templə davam edir:

qrafika_mac

Mənim diqqətimi çəkən əsas məqam isə internetdən istifadəyə görə 3-cü yerdə olan mobil platforma oldu. Bu o deməkdirki 3G yayılması ilə mobil platformalardan istifadə daha da çoxalacaq. Bu isə mobil marketingin də daha çox inkişaf etməsi deməkdir. Üstəlik qrafikaya görə istifadə artan templə davam edir:

qrafika_mobil

Bəs dünyadakı statistikalar bir yana, Azərbaycandakı statistik məlumatlar nə yerdədi, bizdə üstünlük kimin əlindədir?

Azərbaycanda bunları ölçən, bu statistikalarla məşğul olan hər hansı bir qurum, şirkət əlbəttə yoxdur. Məndə bunu əlimdəki imkanlarla analiz etməyə çalışacam. Dəqiq rəqəmlər olmasada doğruya ən yaxınları olacaq düşüncəsindəyəm. Milli saytlarımızın ən çox istifadə etdiyi sayğac sistemi ilk10`dur. Buna görədə kömək üçün ilk10`a müraciət edəcəm. Statistika sistemində olan saytlara cəmi hansı internet səyyahları və əməliyyat sistemlərindən daxil olunub nəzər yetirək. Bunun üçün son vaxtlarda ən çox ziyarətçi qeydə alınmış günlərin statistikasına baxaq.  Ən çoxu 24 oktyabrda olubdur.

Həmin günə nəzər yetirək:

ilk10_24_oktyabr_bro

Azərbaycanda da ilk yeri Internet Explorer tutur. İkincilik isə tamamilə dünyadakı statistik göstəricilərdən fərqlidir. Çünki FireFoxla Opera ikinci yeri bölüşdürürlər demək olar.  Düzdür şəkildən ikinci Firefox, üçüncü Opera kimi görsənə bilər. Ancaq bu çox cuzi üstünlükdür. Növbəti – 25 oktyabr gününün göstəriciləridə bunu təsdiq edir, Firefoxla opera yerlərini dəyişirlər. Azərbaycanda operanın bu qədər üstün olma səbəbidə aydındır yəqinki. çünki wml ilə kodlaşdırılmış wap saytlar üstünlük təşkil etdiyindən, kompüter istifadəçiləri Operadan çox istifadə edirlər. Ancaq təəssüfki bu statistikada Chrome görsənmir.  Böyük ehtimalla Safari `nin altında görsənir həmin statistikalar. Çünki Chrome ilə Safari eyni baza – Webkit`lər üzərində qurulubdur. Ona görədə Chrome haqqında ətraflı məlumat almağımız qəliz məsələdir. Amma əlimizin altındakı saytlardan məlumat təqdim edə bilərəm.

Xazar`ın göstəriciləri.

statistik_xazar

Buradan görsənirki Chrome 1%`ədə yaxınlaşmır heç. Ancaq bu rəqəm əlbəttəki ümumi Azərbaycan interneti üçün keçərli deyil sadəcə bir saytın statistikası üzərindədir. Üstəlik bu rəqəmlər saytın auditoriyasından asılı olaraqda dəyişir. Məsələn Oxatan`ın statistikasında tamam başqa mənzərə ilə rastlaşmaq mümkündür:

statistik_oxatan

Burada isə üstünlük Firefox`dadır. Chrome isə 11%`dir.  Bu iki saytın göstəricilərini nəzərə alaraq ehtimal etmək olarki Safari Chrome`dan daha az istifadə olunur. Orta hesabla Chrome Safaridən bəlkədə deyərdimki yarım dəfə çox istifadə olunur. İndi isə yenidən yuxarıda ilk10`dan götürülmüş statistikaya baxaq. Burada Safari 4cü yerdə idi. Bu isə sərf Safarinin yığdığı rəqəm deyil. Onu Chrome ilə Safari arasında nəticəyə gəldiyimiz məntiqlə bölüşdürsək:  Chrome – 27.000 , Safari – 19.000 edər. Bu isə Chrome`un 4-cü yerə olmağı deməkdir. Yəni dünyada olduğu kimi Azərbaycanda da Chrome öz yerini möhkəmlədir. Dünyadakı statistika ilə əsas fərqimiz Opera ilə Safarinin yerləridir. Bunun ilk səbəbi wap saytlara görə Operanın çox geniş yayılmasıdır. İkinci səbəbini isə əməliyyat sistemlərinin statistikasına baxanda görmək olar:

statistik_os

Buarada da Mac`ın yerini uduzduğunu görürük. İkinci yerdə Mobil platformalardır. Mac geniş yayılmadığına görə Safari çox istifadə olunmur.  Yəqin buda Apple Azərbaycanın yaxşı işləmədiyinə işarədir :) .

Əməliyyat sistemlərinə baxanda Azərbaycanda mobil auditoriyanın və mobil saytların nə qədər geniş yayıldığınında şahidi oluruq.

Beləcə öz gözümlə Azərbaycanda istifadə olunan İnternet səyyahları və əməliyyat sistemlərinin statistikasına baxdım…

RSS Feed

Hələ şərh yoxdur.

Leave a comment!

Additional comments powered by BackType

« Düzgün işləməyən Alexa reytinqi

Əl çirkləndirməyən pullar… »

Axtar tap!

Theme Design by devolux.org