Deyirlər pul əl çirkidir. Həm əl pulu çirkləndirir, həmdə pul əli. Amma əl çirki olmayan pullarda var. Bu da elektron pullardır. Azərbaycan internetində təəssüfki bu elektron pullar yayılmayıbdı. Daha doğrusu Azərbaycanın öz elektron pul vahidi çox yayılmayıb desəm yanılmaram. Çünki mən webmoney ilə hər ay filən qədər pul xərcləyirəm. Milli elektron ödəmə vasitəsi isə Goldanpay`dir. Ancaq 1 ilə yaxındır açılan bu ödəmə sistemi haqqında özüm çox söz deyə bilmərəm. Səbəb isə o qədər də məlumat ala bildiyim bir qaynaq yoxdur. Amma təsadüfən Facebookda bir şəkillə Fərid İsmayılzadə ilə bu ödəmə sistemi haqqında müzakirəmiz oldu. Goldenpay logosu olan bir şəklin istifadəçilərdən birinin profile`ında olmağı məni təəccübləndirmişdi və fikrimi bildirmişdim. Sonradan söhbət şəklə comment`dən çevrildi başqa səpgiyə. Həmin dialoqu bölüşmək istəyirəm:
Qeyd: Yazışmaları yayımlamaq üçün icazə almışam. Ancaq bəzi təhriflər olunub, bütün yazışmaları burada göstərməyəcəm. Buna səbəb başqasına aid şəklin commentləri olması və eyni zamanda yazıdakı şrift düzəlişləridir. Söhbət isə yazıdakı şəklin commentlərində gerçəkləşdi.
Bundan başqa heç mən nə bakinterneti ödəyə bilirəm, nə azercelldən özümə kontur yükləyə bilirəm. Heç bir hosting və domain ödəmələri etmək mümkün deyil.
Üstəlik nəsə yenilik etməyi ilə də bağlı az oxumaq olar mətbuatda. Gündəlik 10+ saat internetdə olub ondan çox-çox nadir istifadə edirəmsə, demək müsbət fikrin formalaşmaması təəcüblü deyil.
Hər halda heç yoxdan yaxşıdır. bəlkə gələcəkdə inkişaf edər.
Meselen, qeyd etdiyin azercell, bizi yaxşı bilir amma müəyyən məsələlərə görə qoşulmur.
Digər şirkətlər də eyni ilə. Bu gün GP-ya qoşulmuş 16 sirket var. Bunlardan Bakelektrikşəbəkə, NarMobile, Sinta.az, Mbask.az və s. kimilərini misal gətirmək olar. Gələn həftə Bakcell ve BTRİB-Aztelekom qoşulur. Bu sistemin heç 1 yaşı yoxdur. Odur ki, səbrli olmaq lazımdır. Dediyin webmoney ve paypal da bir gunde indiki kimi olmayıb. İnşallah, 3-5 ilə, GP-ni istifadə etməyən qalmaz… Qalarsa o öz problemidir ki, müştərisinə belə rahat sistemden məhrum edir. Bax belə.
Aydın məsələdrirki sizin sahə b2b`dir və bunu tanıtmaq xidmətdən istifadə edən şirkətlərin öz işidir. Ancaq yenədə qoşulmaq üçün şərtlərin ağırlığı məncə aktualdır. Məndə elə təsəvvür varki GP xırda və orta bizneslə məşğul olanlarla yox sırf böyük şirkətlərlə işləməyi hədəfə alır.
Mən Goldenpayın açılışında da olmuşdum. Ancaq o vaxtdan indiyə kimi nə kimi texniki yeniliklər olduğu barədə yadıma gəlmirki nəsə oxuyam mətbuatda. Məncə yenilik və inkişaf olar yəqin. Goldenpayın saytı da məlumat almaq üçün yetərsizdir. Bu barədə hardasa məlumat almaq olar?
Əgər sistem intensiv inkişaf etsə, və ondan istifadə analoqları kimi asanlaşsa, inşa Allah həqiqətəndə 3-5 ilə hər kəs istifadə edəcək.
Dialoqu da blogda yazacam. Əlavə etmək istədiyin başqa nəsə var ?







F.İ. “… Bizi tanımayan Allaha şükür şirkət yoxdur. Bunu istifadəçiləri arasında tanıtmaq isə şirkətin öz işidir.”
Ş.M. : “… Aydın məsələdrirki sizin sahə b2b`dir və bunu tanıtmaq xidmətdən istifadə edən şirkətlərin öz işidir. …”
Menece bu sehv yanaşmadir. Hetta TetraPak bele birbaşa istihlakçıya satmadığı halda öz mehsulunu KİV-de reklam edir.