Blogosferaya iki yeni ad daha gəlir. İkisi haqqında da bir qədər məlumat vermək istəyirəm. Bilindiyi kimi Oxatanda hər açılan sayt yox əsasən yeni, maraqlı ideyalar və ya tamamilə əksinə olaraq keyfiyyətli kimi özlərini göstərmək istəyib çox zay məhsulla qarşımıza çıxan saytlar haqqında məlumat veririk. Bu dəfəki məlumat da müsbət yöndədir. Bloglardan biri İnternet və informasiya texnologiyaları haqqında olan yazılardan ibarət olacaq toplu blog sistemi, digəri isə marketing və reklam sahələrini hədəf alan tənqidi blogdur. İndi isə onlar haqqında daha ətraflı məlumat verim:
Weboxu.com – İnternet və texnologiya toplu blogudur. Bilindiyi kimi internetdə Azərbaycan dilli məlumat azlığı var. Ələxsusda İT mövzusunda. Elə Oxatanda yazmağa başlama səbəblərimizdən biri də bu idi. Mümkün qədər Azərbaycan dilində çox məlumat ortaya çıxarmaq. Düzdür tam olaraq ideya cəhətdən olmasa da, ancaq bənzər bir sistem var – qwerty.az . Son dövlərdə də kifayət qədər fəallıq hiss
olunur həmin toplu blog sistemində. Yenilikləri barədə də , yazıları barədə də twitterdən xəbərdar oluram. Ancaq buradakı məqalələrin də əksəriyyəti rus dilindədir. Azərbaycan dilində olan maraqlı yazıları da Weboxuda yayımlamaqdır istəyimiz. Weboxuda Azərbaycanın İT sahəsində əhəmiyyətli yer tutan və Azərbaycandakı İT həvəskarlarının maraqlandığı məhsulların blogları var. İstəyən onlara abunə ola və xəbərlərini oxuya bilər. Bu eyni zamanda toplu blog olduğundan istifadəçilərdə öz yazılarını yayımlaya bilərlər.
Blogun gələcəyi üçün çox fərqli ideyalarımız var. Ümid edirik ki, düşündüyüm münbit şərait yaranar, oxucu və yazar kütləsi istənilən səviyyəyə gələr və planlarımız reallaşar.
Tanıtımdakı digər blogu isə ola bilərki bəziləri adına görə birmənalı qarşılamasın. Bu blog Aftafa.com`dur. Blogun əsas ideya müəllifi və ad seçimi İlqar Mirzəyə aiddir. Blog marketing və reklam tənqidi üzərinə qurulubdu. Blog qrup blogu olacaq. Düzdür ideya müəllifi olduğuna görə təbiidirki ilk yazılar hələki İlqarın özünə aiddir. Ancaq burada blogun şərtlərinə uyğun olaraq hər kəs yaza bilər. Belə düşünürəmki blogun ideyasını oxuculara ən yaxşı elə onun müəllifi çatdırar. Ona görə də bunu bizə İlqar`ın özü danışsa yaxşıdır:
Şaiq Muradov: : Deməli İlgar, bu dialoqu, Aftafa blogunun Oxatan tanıtımında yazacam. İş prosessinin başlanğıcından bəri olan praseduradan xəbərim var. Amma oxuculara sənin dilindən çatdırmaq istəyirəm. Ad fikirləşəndə nələr nəzərə alındı?
İlqar Mirzə: Əslində aftafa çoxmənalı bir söz və əşyadır. Təyinatına görə, qədimdə əl-üz yumaq üçün, hətta gülləri və bağı sulamaq üçün də istifadə olunub, lakin dövrümüzə onun yalnız kiçik qardaşı “aftafa” adlandırılır )) Müasir Azərbaycan jarqonunda “Aftafa” bəzən keyfiyyətsiz işlərə də deyilir. Amma, harda olmağından asılı olmayaraq onun vəzifəsi çirki təmizləmək, aydınlıq gətirmək olub.
Bu adı seçməklə, “aftafa” sözünə tam başqa prizmadan baxmışıq, onu təmizlik nişanəsi kimi qəbul etmişik.
Ş.M. : Düzü məndən adı eşidən bəzi insanlar çox bəyənirlər, aftafanı bir növ qulp qoymaq ifadəsi kimi qəbul edirlər, bəzi insanlar isə adını tamamilə qəbul etmirlər, hətta deyirlərki adına görə nə follow eləmək olur, nə də fanı olmaq. Bəzi insanlar isə deyirki adı satirik tənqid üçün nəzərdə tutulub, content isə peşəkar tənqidlə yazılır.
İ.M. :Bəli, bəli. Söhbət də bundan gedir. Vərdiş etdiyimiz əşyalara və ya sözlərə tam başqa prizmadan baxmaq. Kimsə aftafa kimi vacib əşyanı follov eləməyi ayıb hesab edirsə, o bizim saytı oxumaya da bilər. Qeyd edim ki, bizim bloq mütəxəssislər üçün nəzərdə tutulmuş bloqdur və kimə lazımdırsa, adından asılı olmayaraq girib oxuyacaq.
Ş.M. :Bəs ancaq tənqid olacaq? Belə deyimdə, məsələn tənqid olunan “N” şirkəti sonradan öz ayıblarını düzəltsə bu qeyd olunacaq ?
İ.M. :Hal-hazırda istiqamətimiz şirkətlərimizin marketinq, PR, İnternet, korporativ yanaşlamar, məhsul keyfiyyəti və ən istehlakçı hüquqları kimi məsələlərində olan problemlərini işıqlandırmaqdır.
Həmin şirkətlər də yazılarımıza şərh verməklə öz mövqelərini, düzəliş və ya digər fikirlərini bütün oxucularla bölüşə bilərlər.
Gələcəkdə saytımızın inkişafı hansı istiqamət tutacaq, bunu zaman göstərər, amma oxucuların marağı bizim üçün ən əsas məsələdir.
Ş.M. :Səni Azərbaycan internetində əsasən Barcamp Azərbaycanın layihə meneceri kimi tanıyırlar. Bəlkədə çoxlarının xəbəri yoxdur, oxuculara deyimki İlqar Azərbaycanın kifayət qədər tanınmış şirkətlərində marketing və PR işləri ilə məşğul olubdu.
Əgər sənin işlədiyin şirkətin reklam tənqidini Aftafada görsən nə edərdin?
İ.M. :İnsan psixologiyası elədir ki, təbii olaraq çox vaxt tənqidi qəbul etmir, lakin obyektiv tənqid işin xeyrinədir, çünki o sizin işinizə digər nəzərdən baxmağa kömək edir.
Heç kim öz ayranına turş deməz, amma özünü mütəxəssis hesab edən şəxs tənqidə soyuq başla qiymət verməlidir.
Əgər mənim şirkətim haqqında yazılıbsa, o zaman ilk növbədə bir mütəxəssis kimi öz mövqeyimi və məsələyə bu və ya digər formada aydınlıq gətirməyə çalışardım. Təbii ki, Hər bir işin müəyyən səbəbləri var.
Öz şəxsi təcrübəmdən bilirəm ki, Azərbaycanda marketinq və biznes xətalarının böyük bir qisminin səbəbi müdirlər olur. Əgər mənim də işimə səbəb müdirsirsə, bu yazını onun diqqətinə çatdırardım və öz xeyrimə arqument kimi istifadə edərdim.
Ş.M :Yəni istənilən halda bu və ya digər şəkildə haqqında tənqid yazılan şirkət xeyir götürəcək.
İ.M :Təbii ki, ən yaxşısı işdə kobud xətalara yol verməməkdir. Amma, səhv olan yerdə sağlam tənqid işin xeyrinədir.
Ş.M. :Ümidvaram uzun ömürlü olar. Həmdə Azərbaycanda peşəkar blogçuluğa bir töhvə olar. Əlavə etmək istədiyin nəsə var?
İ.M. :Əlavə olaraq demək istəyirəm ki, aftafa.com mənim şəxsi bloqum deyil, kollektiv tipli bloqdur və hər hansı bir mütəxəssis öz qələmini aftafada sınamaq istəyirsə bizə qoşula bilər.
Ş.M. :Təşəkkürlər İlgar, yəqinki Bundan sonrada arada gedişatla bağlı səndən xəbər alacağıq
İ.M. :Sən də sağ ol, həm bu yazıya, həm də aftafadakı Marrybrown yazısına görə.







Aftafa.com-la bu yaxınlarda tanış oldum. Xoşum gəldi. Marketing sahəsinin mütəxəssisi olmasam da müəyyən məlumatlarım var və ona görə də məmə maraqlı gəldi. İlgar tənqidlə bağlı fikirlərinizlə isə razıyam.