Dünən bir dostumun Day.az`dan göndərdiyi linki gördüm. Guya “Статистика посещаемости новостного портала Day.Az по версии Google Analytics“.
Mənə də maraqlı gəldi. Dedim bir oxuyum görüm nə var nə yox. Yəqin çox oxuyucu bilər. Bilməyənlər üçündə mən deyimki, day.az hələ statistik göstəricilərini açıq formatda heç vaxt təqdim etmir. Bunu nə müştərilər üçün, nə də reklam agentlikləri üçün açmırdı. İndi dedim görüm deyəsən nəsə yeni xəbər oxuyacam. Amma girib baxanda yenə təzə heçnə görmədim. Sadəcə olaraq quru rəqəmlərin sıralanmasından başqa heçnə yox idi. Saytın statistikası əsasən reklam verənlərə maraqlı olur. Burada sırf statistik rəqəmlərdən başqa onun targeting məsələsi də var. Bu ziyarətçilərin neçə faizinin haradan daxil olduğu, günün hansı saatlarında daha çox ziyarətçi gəldiyi və saytın hansı səhifələrini daha çox gəzdiyi. Düzdür indi bunların hamsını bir xəbərdə göstərməyinidə elə çox gözləmirdim. Ancaq bu qədər quru və yararsız informasiyada heç lazım deyildi. Əgər statistik məlumatlar verirlirsə, həmdə Google`dan. Onda bunu daha effektiv çatdırmağın yolu da var. Həmin səhifənin screenshoot`unu xəbərdə yelərşdirin. Bu o qədər çətin bir şey deyilki. İndi tənbəllik yaransada amma kataloq.net bunu edirdi. Öz blogunda ayın yekunlarını yazırdı, onun ekran görüntüsünü yerləşdirirdi. Baxanda görünürdüki ziyarətçisi nə qədərdi və hansı ölkələrdəndir. Əgər bu fasonda reytinqi təqdim olunursa onda yazılsın. Yoxsa mənasız rəqəmlərin heç bir əhəmiyyəti yoxdur. Bilmirəm indi bununla nəyə nail olacaq, ancaq normal istifadəçi üçün bunun heç bir əhəmiyyəti yoxdur.
Reytinq demişkən, aşağıda Mail.ru`nun reklamını da gördüm:
Day.az`dan fərqli olaraq mən şəkli də yerləşdirirəmki havayı yazı olmasın. Mənə bu da maraqlı gəldi. Bir zamanlar bəs bu Mail.ru ilə reytinq davası var idi Day.az`ın. Guya onları reytinqdən atıb, filan bəşməkan. Hətta mən də bu haqda yazmışdım. İndi nə yaxşı barışıblar. Maraqlı gəldi mənə…








Mail.ru-nun reklam məsələsi mənimdə diqqətimi çəkmişdi. blogda yazmışdım da.