Noyabr ayının 5`də Bakutel 2009 çərçivəsində “Telekommunikasiya və informasiya texnologiyaları” konfransı keçirildi.
3 məruzə oldu, bunlardan ikisində iştirak edə bildim (paralel keçirildiyi üçün). İştirak etdiklərim haqqında da fikirlərimi xülasə şəklində qeyd edəcəm. Əvvəla onu deməklə başlayım ki, bu il Bakutel ötən ildəkndən yaxşı keçdi. Adət etmişdim ki Bakutelin ildən ilə keyfiyyəti aşağı düşür. Ancaq bu il daha yaxşı idi. Ola bilsin ötən il ən bərbad halında olubdur deyə, bu il keyfiyyəti qaldırmaq üçün çox iş görülübdü. Ancaq ötən ilkilərdən yaxşı demək, heç də ideal demək deyildi. Konfransdakı çıxışlar çox sadə idi. Konfransda olduğumuz müddətdə Twitterdən də paylaşırdım fikirləri. Adama elə gəlirdiki sanki İT konfransı deyil, biznes konfransdır. Çünki əsasən iqtisadi statistikalardan söhbət elədilər ilk əvvəl. Bu əsasən yerli mühazirəçilərin çıxışlarında öz əksini tapırdı. Belə görsənirdiki buna səbəb yazılı olaraq üzündən oxumaqları idi. Deyəsən tədbirin ab-havası çox ciddi gəlmişdi onlar üçün. Hətta RİSK`dən olan nümayəndə danışanda mən onun danışığını eşidib bir növ yadırğadım. Çünki danışan “EDMS Software Development Team Manager” idi. Yəni ondan daha texnolojik danışıq gözləyirdim, statistik oldu. Bu da oxuduğu material ucbatından idi. Ancaq verilən sualları çox təmkinli, aydın və özünəməxsus cavablandırdı:). Bax onda hiss olundurki hə, bu RİSK`in nümayəndəsidir. Deyəsən konfransın üslubu o idiki ancaq statistik məlumatlardan danışılsın. Çünki Ultra`nın nümayəndəsi Elektron imza barədə bir az ətraflı məlumat vermək istədi, ona da irad tutdularki, bəs fəaliyyətiniz haqda statistik məlumatları deyin. Tam imkan vermədilər sona qədər danışsın. Belə düşünürəmki bu tədbirlər statistik məlumatlar üçün olmamalıdır. Bunları biz sadə press-relizlərdən də oxuya bilərik. Burada daha yaxşı olarki yeniliklər haqqında danışılsın. Yeni xidmətlər barədə məlumat verilsin. Yoxsa texnologiya tədbiri üçün ötən ildə hansı şirkətin nə qədəır vergi ödəməyi inanmıram kiməsə maraqlı olsun. Hə ola bilərdiki həmin qazancı hansı yolla əldə edibdi. Hansı üstünlükləri ilə buna nail olubdu. Onlardan məlumat versə idi bu başqa məsələ. Lap statistik məlumatlarda olsun. Ancaq iqtisadi rəqəmlərdənsə, istifadəçilər aylara görə artım nisbəti, ötən illərlə müqayisə filan. İlk hissədə ancaq yerli mütəxəssislərimiz danışdığı üçün, mənə maraqlı və ya yeni heç nə olmadı…
İkinci hissədə isə vəziyyət bir qədər dəyişdi. Bu zaman həqiqətəndə İT konfransda olduğumu hiss elədim. Çünki məruzəçilər əcnəbi qonaqlarımız idi. Mövzu “Mobile and fixed sector development” idi. Burada “Nokia-Siemens Networks”dən, “Türk Telecom”dan, “Ericsson Telecommunication”dan və “Qualcom”dan nümayəndələr çıxış edirdilər. Mövzu mobil olduğundan əsas danışılanda son zamanların aktual mövzularından biri olan 3G idi. Onuda qeyd edimki bizim yerli mühazirəçilərdən fərqli olaraq burada İT statistikalarda verilirdi. Mühazirələr zamanı 3G`nin operatorlara gətirdiyi iqtisadi yüksəliş qeyd olundu. Hətta Türk Telecom nümayəndəsi Azərbaycana aid statistikalarla çıxış etdi:
Umumiyyətlə Bakutel vaxtı bəzi nüanslar diqqətimi çəkdi. Deməli o boyda texbologiya sərgisində bir dənədə olsun internet saytı iştirak etmirdi. Düzdü bəzi saytların maddi imkanı olmasada, bəziləridə iştirak etmədi ümumiyyətlə. Üstəlik çıxışlarda da yerli məruzəçilərdən heç biri interneti vurğulamadı. Sanki bu boyda kompüter boşuna istehsal olunur, bu boyda əlaqələr internet üzərindən aparılmırmış kimi. İnternet saytları yada salan ancaq 2-ci mühazirələr vaxtı xarici məruzəçilər oldu. 3G texnologiyalarının tədbiqi zamanı statistik məlumatlarda açıqca göstərilirdiki bu servisin əsas istifadəçiləri internet useləridir. Yəni gərək internet saytı olsunki ona da girib baxanlar olsun. Düzdür razıyamki onsuzda xarici internet saytları var və bunlarlada yetinmək olar. Amma bu internet biznesinə göz yummaq üçün əsas vermir. Məsələn belə sadə bir misal deyim: 3G`ni əsas olaraq yüksək sürətinə görə istifadə edirlər. Bu sürət isə video share saytlarına baxmaq üçün daha çox lazım olur. Türkiyədə, Turkcell öz 3G`nin reklamınıda məhz internetdə edir. Ən əsas yerli video saytlarında bunu edir. Yəni konkret hədəf kütləyə. Azərbaycanda isə belə bir sayt yoxdurki orada reklam edəsən…
Ümumiyyətlə deyə bilmərəmki Bakutel pis oldu bu il. Ancaq mənim görmək istədiklərim olmadı. Belə deyimki daha çox avadanlıqlara üstünlük verilmiş bir sərgi kimi gəldi mənə. İnternet sahəsində fəaliyyət göstərən bir developer kimi mən bir qramda xeyir oldu deyə bilmərəm. Bəlkədə kimlərinsə xeyrinə olacaqdır. Tam narazı qaldım demirəm, amma razı da qalmadım…









Əslində İnternet məsələsini biz yəni BarKamp bu il gündəmə gətirmişdik, amma təəssüf olsun ki, vaxt azlığından ideyamızı reallaşdırmağı çatdırmadıq…