Bir neçə gün ərzində Xeberler.az`ın istifadəsində problem yaşanırdı. Belə ki, FireFox və Chrome browserindən daxil olmaq mümkün olmurdu. Artıq bu məhdudiyyət aradan qalxıbdı, sayta giriş mümkündür.
Bəs bu problemin səbəbi nə idi?
Bu tip problemlər əsasən saytda komputerlərə zərər verəcək viruslar olduğu vaxt yaranır. FireFox və Chrome kimi internet səyyahları sayta daxil olmağa icazə vermir. Eyni zamanda Google da keçid verərkən sayta, bu xəbərdarlığı edir. Yəni sayt ümumi olaraq black listə düşür. Hər hansı bir directory`sində problemin olmağından asılı olmayaraq sayta giriş məhdudlaşır.
Xeberler.az`ı bu black listə salan hansı amil idi?
Əslində saytda heç bir problem yoxdur. Oraya düşmə səbəbi isə ilk əvəl həqiqətəndə qaranlıq qaldı. Çünki source kodlarına baxanda nəsə görünmürdü. Bir xeyli axtarandan sonra gördüm ki saytın istifadə olunmayan, sınaqlar üçün açılmış bir folderinin index.php`sində keçmişdən qalma iframe virusu qalıbmış. Verdiyim linkdən+ həmin iframe haqqında ətraflı oxuya bilərsiniz. Xeberler.az`da robots.txt olmadığından, bu papkanın nə qədər vacib və aktiv olub-olmadığı Google Bot`lar tərəfindən müəyyən olunmayıbdı. Ona görə də sayt black listə düşübdü. Həmin papkdakı iframe`i də yığışdırıb, Google Webmaster Tools`da göstərilənləri etmək lazımdırki, saytı yenidən yoxlayıb black listdən çıxarsınlar. Bu da çox qısa vaxt çəkmirmiş. Ona görə də sayt bir neçə gün idiki gözləmədə idi.
P.S. əslində məndə elə bu məlumatı bir neçə gün əvvəlcədən (problemi həll etdikdən sonra) yazmışdım. Ancaq gözləyirdimki Sayt normal olaraq FireFox və Chrome`da açılandan sonra post edimki, həmdə bu saytın açılmağı ilə bağlı şad xəbər olsun.








Xeberler.az a firefox ile girende bu saytın görünüşü düzgün işlemir