Webby Awards tərəfindən açıqlanan siyahıda son 10 ildə olan (2000-2009) və dünyanın gedişatını dəyişdirən hadisələr yer alıbdı.
Hətta komisya üzvləri ən vacib internet ilinin də hansı olduğuna qərar veriblər. Bu da ən çox hadisənin olduğu ildir. Google`un Youtube`u satın aldığı, Twitter`in qurulduğu, Facebook`un hər kəsə açıq elan olunduğu 2006`cı il son 10 ilin dönüş nöqtəsi olaraq göstərildi. Məncə həqiqətəndə dünyanın texnoloji inkişaf axarına təsir edən amillərdəndir.
İllər və hadisələr isə belədir:
2000-ci il:
Craigslistin San Fransisconun xaricində də xidmət etməyə başlamağı
Google AdWords sisteminin fəaliyyətə başlamağı.
2001-ci il
Online ensiklopediya Wikipedianın açılması
Fayl paylaşma tətbiqi Napsterin bağlanılması
2004-cü il
Google`un birjada xalqa açılmağı
2006-cı il – internetdə çevriliş ili.
Google`un YouTube`u satın almağı və internetdə video paylaşmı inqilabının başlamağı
Facebook`un yalnız şagirdlərə deyil, hər kəsin istifadəsinə açılmağı.
Mikro blog saydı Twitter`in açılmağı.
2007-ci il
Apple iPhone`nun bazara çıxmağı.
2008-ci il
ABŞ seçkilərində Barak Obamanın kampaniyasında interneti təsirli bir şəkildə istifadə etməyi.
2009-cu il.
İran seçkilərində nəticəyə etiraz edən etirazçıların Twitter`i istifadə etməkləri.
Deməli yuxarıdakı seçilən hadisələrdən 3-ü Google`un adı ilə bağlıdır. Bu da onu göstərirki internetdə Google`un yeri əvəzolunmazdır. Ürək istərdiki bunlar arasında Azərbaycanında adı nəyləsə çəkilsin, amma bu hələki qəşəng xəyaldır. Ümidvaramki olar. Ancaq mənə maraqlıdır. Azərbaycanda 2000-2009 illəri nəzərdən keçirsək interneti müsbət yöndə nələr dəyişdiribdi. 10-luğu necə sıralamaq olardı…


















