Günü-gündən inkişaf edən texnologiya adamı təəccübləndirməyə davam edir. Hər yeni məlumat oxuduqca, böyük saytların yeniliklərini gördükcə lap mat qoyur. Bu dəfə izlədiyim bloglardan birində oxuduğum yazı üzərində təhlil edib yazacam.
Başlıqdanda göründüyü kimi mövzu internet və google üzərinə olacaq. Belə ki, getdikcə sanki Google özünü tamam başqa bir texnologiya, tamam ayrı bir platforma kimi mövqeləndirməyə başlayır. Bunu deməyimə səbəb yuxarıdakı da daxil olmaqla son vaxtlarda oxuduqlarım, gördüklərim olubdu. Bildiyimiz kimi əvvəlcədən Google Gmail vasitəsilə offline olaraq e-mailləri yoxlamaq imkanı vermişdi. Yəni internet olmadan da e-maillərinizə baxa bilmək imkanı var. İndi də başqa yenilik edibdi. Bu dəfə offline olaraq təkcə e-maillərinizə baxmaqla qalmayacaqsınız, bununla bərabər həmdə fayl alış-verişi edə biləcəksiniz. Yəni əgər Gmailiniz varsa internetə ehtiyac qalmayacaq (qeyd: bu servislərin Azərbaycan üçün aktiv olmadığı sual altındadır).
Üstəlikdə bu sadalananlar bir başlanğıcdır deyəsən. Çünki Google qısa vaxt əvvəl öz internet səyyahı Chrome`u istifadəyə vermişdi. Bununla səyyah məsələsində heç kimdən asılı olmadı. Ondan sonra Chrome OS deyə əməliyyat sistemi istifadəyə verəcəklərini demişdilər, noyabr ayında da onun təqdimatını etdilər. Beləcə əməliyyat sisteminə dair problemləridə aradan qalxır. Mobil platformalar üçün Android daha da inkişaf etdirilir. Eşitdiyimə görə gələn il Google öz telefonunu da çıxaracaqmış. Beləcə getdikcə Google özünü müstəqilləşdirir. Hətta illərdir öyrəşdiyimiz HTTP protokolunu dəyişdirib SPDY ilə əvəz edəcəkmiş. Üstəlikdə Google öz Go dilini istifadəyə veribdi. Hətta gələcəkdə Skype`a rəqib olaraq düşünülən Gizmo5`i aldı. Bu dəyişikliklərlə Google həm mobil platformalarda, həm də web platformalarında öz sistemlərinə malik olacaq. Bütün bunlarla o, həm Microsoft`un, həmdə Apple`ın təkərinə çomaq soxmağa hazırlaşır demək olarki. Çalışırki heç nədən asılı olmayaraqda var ola bilsin. Üstəlikdə servislərinin yüksək keyfiyyəti istər-istəməz hər istifadəçini özünə bağlayır. Əgər Google hər bir servisinə offline olaraq girişə icazə versə bu tamamilə yeni bir dövrün başlanması demək olacaqdı. Çünki Google`un istəyi hər şeyi inretnetə daşımaq və interneti hər kəsə yaxın etməkdi.
Nə qədər müddət bilmirəm amma bəlkə də x qədər gələcəkdə İnternetlə Google ayrı-ayrı platformalar olacaq.







Internet yoxsa Google? http://ff.im/-chbUh
This comment was originally posted on Twitter