Oxatan.com | Web 2.0 və Internet

Dec/09

6

Yumru, MİF, nağıl…

qeydler

Hə,.. nəhayət dırnaqarası I Milli İnternet Forumu başa çatdı. Əvvəlcədən getməyi fikirləşmirdim, amma sonra dostlarla birgə gedib bir baş çəkdik. Əslində ilk əvvəl onu deyimki bu İnternet Forum olaraq birinci deyil, sadəcə Yumru`nun keçirdiyi birinci forumdur. Deyirlər internetin 40 illiyini keçirdirik. Bu ən azı üz qızardan hal olardıki bu boyda illər ərzində birinci internet forumu olsun. Bundan əvvəldə keçirilibdi forumlar. Sadəcə olaraq ola bilsin ya Yumru bunu tanımır. Ya da MİF deyə bir şey formalaşdırmaq istəyirlər və həmin MİF adıyla birinci adı altında keçirdirlər.  Üstəlik adının da bizim AİF`ə oxşar seçiblər. Niyəsini bilmirəm. Hər nəysə indi nə ad verirlər versinlər. Keçək təəssüratlara:

Mən ancaq birinci günü iştirak elədim (ikinci gün iştirak etməyimə səbəb olan təəssürat yaranmadı). 15 təqdimat oldu. Bu təqdimatların 6 +1 dənəsi Rus dilində oldu. Qalanları Azərbaycan dilində. Tədbirdə olan bu qədər təqdimatın heç birini developerlər etmədi. Mənə ən təəccüblü gələn bu qədər təqdimat edən oldu amma heç birində developerlər deyildi. Yəni, bir tədbirinki adı internetlə bağlı ola amma bir dənədə olsun developerin məruzəçi qismində çıxış etməməsi tədbirin keyfiyyətini avtomatik olaraq şübhə altında qoyur.

Çıxışları proqram ardıcıllığı ilə dəyərləndirsək:

Bu salamlamaları filan keçirəm. Onsuzda standart prasedurdu və haqqında çox söz demək lazım gəlmir. HP (rus) ilə başlasaq deyim ki, əsas olaraq məhsul təqdimatı ilə keçdi. İnternet haqqında bir söz demək olmazdı.

Sonra Nokia`nın (rus) təqdimatı oldu. Burada da öz məhsulları haqqında təqdimat keçirildi. İnternet haqqında geniş söz açdı. Pis təqdimat olmadı.

Oracle (rus) təqdimatı da normal keçdi. Microsoft-Azerbaijan təmsilçisi isə əsas olaraq İKT haqqında danışdı, nəyinki internet. Bununla da ilk yarımbaşlıq sona çatdı. Sonra isə suallar və cavablar. Bu sual cavab barədə onu deyim ki, birmənalı olaraq sualları sonda vermək heç düzgün deyil. Sualı isti-isti verərlərki həm daha asan təqdimat yadda qalır və sual verəndə daha rahat sual – cavabda iştirak edir. Həmdə bəlkə elə birinin işi çıxdı, tez getməlidir gərək oturub gözləyə. Bu məsələ heç yaxşı deyildi. Verilən suallara isə moderator öz fikrini bildirib deyirdiki, mövzu ilə əlaqədar suallar olsun (yəni internet haqqında).  Bəs gərək çıxış edən əsas internet haqqında çıxış edəki, sualda ondan olsun. Microsoft şirkətinə proqram təminatı ilə sual verəndə xoşlarına gəlmirdi. Guya o, təqdimatında Bing Azərbaycan haqqında danışdıki o sahədə sual verilsin? Nümayəndə Azərbaycan təhsilindəki proqram təminatları haqqında danışdı, dinləyicilərdə o haqda sual verirdilər. Yeni ilə də ilk hissənin digər məruzəçilərinin heç biri konkret olaraq internet resursla bağlı deyildi.  Sadəcə olaraq interneti çatdırmaq üçün olan vasitələrdir. Bu hissə ola bilərki məlumat almaq cəhətdən kimisə qane etsin, ancaq mövzu cəhətdən heç bir xeyri olmayan hissə idi.

Keçək digər hissəyə:

Delta Telecom`dan çıxış edən Rahid Ələkbərli`nin çıxışını daha yararlı saymaq olardı. Ən azından internetlə əlaqəsi var idi. Həm də yararlı məlumatlar və təkliflər də oldu. Deyərdimki bir tək bundan mən özümə yararlı məlumat aldım internet sahəsində işləyən biri kimi.

Azericard`ın nümayəndəsinin çıxışı isə standart quru formada, tanıtım xarakterli idi. Sual-cavabda da qane edən cavablar vermədi. Mən də bir iki sual vermək istəyirdim amma vaxta görə imkan vermədilər.

NETTY`nin (rus) nümayəndəsinin çıxışına növbə gəldi.  Adamın ağlına birinci gələn sual “heç hənanın yeridir” olur. NETTY əvvəla heç vaxt start-uplar üçün uyğun zəmin olmayıbdı. Əlaqəsi yoxdur Netty ilə start-up`ların. Bu arada starttap deyə termin də yoxdur. Elə başlığa baxanda görmək olarki necə meydançadır ora. Həmdə indi aktual olan mükafat da Milli Net`dir. NETTY niyə bilmədim.

Silverkey`dən olan nümayəndənin təqdimatı digərlərindən çox seçilən oldu. İstəkləri və dediklər daha konkret idi. Eelektron ticarət haqqında olan təqdimat mənim üçün maraqlı idi.

Azerfon`dan olan təmsilçi isə 3G haqqında təqdimat elədi. Ammaki 3G`nin hansı xidmətlərlə gəldiyini soruşduqda standart cavab verildiki sürətli mahnı yükləyəcəksiniz sürətli dvd yükləyəcəksiniz və s.  Amma belə sürətli internetdən başqa nə imkanları olacağı haqqında məlumat ala bilmədik.

Bu da ikinci hissənin  yekunu. Deməli Delta ilə internetə qoşula bildik, Azericard və Goldenpay ilə alış-veriş elədik, NETTY ilə mükafat aldıq, Azerfonla mobil internetimiz oldu. Bəs girməyə sayt? Heç bir developer yenə də yoxdur.

Üçüncü hissə:

Yumroo`dan bir nümayəndə Sosial şəbəkələr haqqında danışır və təbii ki Yalli barədə də söz açır. Hətta tədbir zamanı arada bir bu şəbəkənin ilk və tək olduğu barədə vurğular emətəyə çalışıldı. Ancaq fil qulağında yatmadığımız üçün bilirik ki, eyni scriptlə belə bir çox sayt var. Bunlar haqqında yazmışdımda.  Yenədə layihənin developeri danışmırdı. Yoxsa adam suallarını verərdi, müzakirə edərdi. Digər tərəfdən marketing direktorunun nitqi zamanı tənqidi sevmədiyi də açıqca görüldü. Sitat: “1-2 il internet təcrübəsi olanlar bəzən bizi bilən adamlar kimi tənqid edirlər. Biz demək istəyirik ki, onlarda nəsə bir şey ortaya qoysunlar.” Nəsə təqribi belə bir ifadə idi. Tam konkret olaraq belə olmaya bilər. Sadəcə fikir tamamilə ilə belə yöndə idi.  Bu fikirdən görürəmki tənqidi sevmirlər. Tənqid inkişafa səbəb olan amildir. Yəni yumurtanın yaxşı, ya da pis olduğunu bilmək üçün yumurtlamaq şərt deyil. Dadına baxmaq kifayətdir. Madamki tənqidi sevmirlər onda tənqid də etməyək. Ancaq böyük ehtimalla bu proyekt də De və ya Forum gününə düşəcək. Belə  normal olaraq çox yaxşı marketingçi ola bilərlər. ona sözüm yoxdur. Amma internet sahəsi başqa sahədir…

Sonraki təqdimat 1News`un baş redaktoru tərəfindən oldu.  Rus və İngilis dilli saytların inkişafı barədə. Niyə xarici dil olmağına isə arqument olaraq çox gülünc bir səbəb göstərdi: Azərbaycan dilində şrfit problemləri var imiş. Bu zaman artıq sualları gözləməyə hövsələ çatmadı və yerdən çıxışa müdaxiləyə ehtiyac oldu. Əşi bu şrift problemi qalıbdı, ən yaxın halda 4-5 il əvvəldə. İndi əgər hansısa saytın şriftində problem olursa demək developeri ya bilmir , bacarmır yada çox tənbəldir. Əgər təqdimatı edən developer olsa idi adam bir üzünə vurardı o da başın aşağı salardı. Yoxsa jurnalist gəlib internetdən danışırsa ona nə deysəsən. Deyəndə də ki, səhv fikirdi, cavab alırsanki gözümə inanacam sizə yox. Ola bilər görəsən, amma bu problemin həlli yoxdur demək deyil. Çox sadə həll yolu var.

Sonraki çıxış TREND`dən (rus) oldu. Əslində elə çıxış mövzusuna baxanda adama gülməli gəldiki hansı sayt reklamdan danışacaq. Onu deyim ki internetdə çox reklam almaq  heç də reklam sahəsində mütəxəssis olmaq deyil. İnternet reklamın öz ədəb-ərkanı var. Bütün xarici saytlar reklamdan pul qazanır. Amma heç biri bizdəki kimi banner zibilxanasına bənzəmir. Bu çıxış isə lap qısa oldu. Bir-iki statistik məlumat. Elə çıxışdan sonra heç sualada ehtiyac qalmadı.

Sonraki çıxış Milli Məclis (rus) nümayəndəsi tərəfdən oldu. Bu barədə də deməyə sözüm çox deyil. Nəsə vədlər oldu. Əsas reallaşandan sonra nəsə demək olar.

Bu boyda çıxışdan sonra isə axırda APA agentliyinin baş direktoru Vüsalə xanım çıxış elədi. Bundan əvvəlki çıxışlara baxmış həddindən artıq yaxşı çıxış oldu. O haqda heç bir mənfi şərhim yoxdur.

Deməli mövzuya uyğun bütün çıxışlar son bölmədə oldu. Oda yenə developerlər yox sadəcə proyektlərin idarəçiləri idi.

Fikrimcə əgər mövzu İKT olsa idi elədə bir söz demək olmazdı. Amma əgər mövzu internetdirsə burada mütləq Azərbaycan internetində olan ayrı-ayrı proyekt sahibləridə çıxışlarla iştirak etməli idilər. Mən bu forumdan heç bir xeyir görmədim. Bu sadəcə internet saytlarını yaradanların olmadığı bir internet forum oldu.  Damba-durumla reklam edilən “ən yaxşı internet proyekti” yarışması da tam uğursuzluqla yekunlaşdı. Səbəbi isə çox sadədir.  Heç bir ağıllı ideyası olan adam oraya təqdim etməzdi. Baxanda açıq görülürki bu ideya oğurlamaq məqsədindən başqa heç nə deyil. Bunu fikirləşməyə səbəb isə odurki, ideyamın qarşılığında nə alacağıma dair heç bir vəd verilmir. Deyirlərki sizin ideyanız qalib gəlsə qiymətli hədiyyə qazanacaqsınız. Belədə vəd olar heç? Qiymətli sözü subyektiv baxışdır. Onun ideya qarşısında heç bir dəyəri yoxdur. Bəlkə mənim ideyam sayəsində 6 ayda milyon manat gəlir əldə etmək olar. Amma ideyam qalib gəlsə Yumru mənə qiymətli deyə bir televizor verəcək – 300 manat dəyərində. Sonrada yekə-yekə hər yerdə deyəcək ki, müsabiqə eləmişəm. Həmin ideyanı da özü reallaşdıracaq. Bu kimi düşüncə ideya müəllifinə heç vaxt sərf eləməz. Əgər konkret deyilsəydi ki, qalibə filan qədər pul mükafatı və ya ideyanı reallaşdırmaq imkanı, birgə əməkdaşlıq və s. Onda bəlkə kimsə təqdim elərdi.

Başqa bir nüansda varki, nəsə bu Yumru şirkəti özündən əvvəlkiləri tamamilə silib atır kənara. Guya internet və internet saytları ancaq bunlarla birgə gəlibdi internetə. Onlar özlərindən əvvəlki layihələrlə yaxşı keçinmək istəmirlər. Maraqlıdır nəyə görə. Ona görə də etdikləri hər şeyin qarşısını “birinci” nişanını ilişdirirlər. Əgər belə etməsələr daha uğurlu olardılar…

RSS Feed

6 Tweets

19 Comments for Yumru, MİF, nağıl…

oxatan_com | December 6, 2009 at 13:53

Yumru, MİF, nağıl… http://ff.im/-cvvEV

This comment was originally posted on Twitter

shaig_m | December 6, 2009 at 13:57

yumroo`nun forumu haqqında RT: @oxatan_com: Yumru, MİF, nağıl… http://ff.im/-cvvEV #mif #mif2009

This comment was originally posted on Twitter

msadig | December 6, 2009 at 14:08

RT: @shaig_m: yumroo`nun forumu haqqında RT: @oxatan_com: Yumru, MİF, nağıl… http://ff.im/-cvvEV #mif #mif2009

This comment was originally posted on Twitter

msadig | December 6, 2009 at 14:16

Yumru, MİF, nağıl… – Oxatan.com http://ff.im/-cvxKY

This comment was originally posted on Twitter

Elliot | December 6, 2009 at 14:43

Ela yazidir, teshekkur. Fikrimi bildirim:

1. Yumroo-dan nese faydali bir shey gozlemek ozu bir qebahetdir. Temel sehvdir onlarin projesinde, temel. Iddia realiti showsu kechiren adam gerek ele ancaq realiti show kechire, internet onluq deyil.
2.Internetde 1-2 il tecrubesi olan adam deyende goren onlar kimi nezerde tutublar? Vahid beyi? Guluncdur. Her halda siz deyen adamlarin en azindan 1-2 tecrubesi var, sizinse cemi 1 il.:)
3. Mence bele ozunden razi, amma internet haqda hech bir bilgisi olmayan insanlarin teshkil etdiyi toplantilari sadece boykot etmek lazimdir, yene tekrar edirem, o foruma gedenler sehv edib gedibler ora. Qoy ozleri kechirsinler oz “kruqlari” ile, adini da qoysunlar Qafqazda ilk internet forum, dunya internetinin ilk inqilabi toplantisi ve.s.
4. Milli axtarish meselesi haqda da deyim ki, eger zeruret olsa google-la yanashi milli axtarishin olmasina gelecekde, bu mutleq reallashacaq, bu yumroo olmayacaq tebii ki ve mence bunun realizasiyasina yumruya qoyulan puldan 10defelerle az pul lazimdir. bu ishde puldan vacib olan shey var, o da savaddir.
5. yumruya ciddi axtarish portali deyen sahibleri bir girsinler ve orda neyise axtarsinlar Allah xetrine, normal netice verse axtarish onlara mene desinler, soz verirem bir daha google-dan istifade etmeyecem. Meselen Oxatan.com axtaraq yazacaq ki meselen 300 netice tapildi, amma ilk sehifeden 2-ci netice sehifesine kechende yazacaq ki, “Sorghunuza uyghun netice tapilmadi”. ama evvel deyirdi ki, 300 netice tapildi. gorunense 5-6 neticedir. bunu ona gore texmini yaziram ki, deqiq yazmaqcun indi yumruya girdim axtardim ve bu gozel netice ile qarshilashdim:

“The requested URL /yumroo/search.jsp was not found on this server.
Apache/2.2.8 (Ubuntu) mod_jk/1.2.25 mod_python/3.3.1 Python/2.5.2 PHP/5.2.4-2ubuntu5.7 with Suhosin-Patch mod_ssl/2.2.8 OpenSSL/0.9.8g mod_perl/2.0.3 Perl/v5.8.8 Server at axtar.yumroo.az Port 80″

Evvel saytinizi qaydasina salin, sonra forum kechirin. :)

Amidos | December 6, 2009 at 15:17

Ozleri danishdi, ozleri de alqishladi. Nese bir yenilik, fayda gormedim men.

Amidos | December 6, 2009 at 15:17

RT: @shaig_m: yumroo`nun forumu haqqında RT: @oxatan_com: Yumru, MİF, nağıl… http://ff.im/-cvvEV #mif #mif2009

This comment was originally posted on Twitter

Shaig Muradov | December 6, 2009 at 16:17

@Elliot
Yazıların və fikirlərin ilə razıyam. sadəcə bir ikisinə fikir bildirim məndə.
3`cü bənddəki baykot barədə deyimki. Onsuzda baykot edilmiş kimi bir şey idi. Mən məsələn ona görə getmişdim ki, sırf bu blog yazısını detalları ilə yaza biləm. Mən ona görə forum olana kimi heç nə yazmadan gözlədimki, gedib görüm və sübutlarla yazım. Sonra yazanda deməsinlər ki, gəlib görməmiş yazırlar, paxıllıq edirlər və s. Eləcədə birgə getdiyimiz dostlarda eyni fikirlə getmişdik.
5`ci bəndə isə onu deyimki yumru`nu nəyinki ciddi heç qeyri ciddi də axtarış deyil. Ümumiyyətlə nəyinki Azərbaycan dilini nəzərə alaraq axtarmaq heç almadanda axtarmır. Məsələn xazar.com yazıb axtaranda heç saytın özündən link gətirmirdi. Yəni axtarışları lap zaydı.

rstml | December 6, 2009 at 16:53

RT @shaig_m: yumroo`nun forumu haqqında RT: @oxatan_com: Yumru, MİF, nağıl… http://ff.im/-cvvEV #mif2009

This comment was originally posted on Twitter

Sadig Muradov | December 6, 2009 at 17:38

Yazılan şərhlərdə və yazının özündə artıq çox şeylər aydınlaşıb. Sadəcə yazıda bir məqam barədə fikir bildirmək istəyirəm ki, Yumroo öz PR-nı əvvəldən səhv qurub. Çünki indiyə kimi elənənləri inkar eləmək və ancaq özünün nəsə edə biləcəyini iddia eləmək və elə başladığı ilk gündən bunu necə zəif texniki göstəricilərlə etməyə çalışmaq məndə bu fikri yaradıb. Əminəm ki, onlar rusdilli saytları çox yaxşı izləyirlər. Bir misal çəkim ki, Mail.ru`nun 10 yaşı tamam olanda onu ən təntənəli təbrik edənlərdən biri Rambler olmuşdu. Öz saytında bannerlər yerləşdirərək filan. Halbuki ikisi də eyni seqmentdədirlər və ikisi portal olaraq mövqələniblər. İndiki vaxtda da hər şey sosiallaşdığı bi vaxtda bütün internetin paylaşım fəlsəfəsi üzərinə qurulduğu bir vaxtda “mənəm mənəm”lik o qədər də böyük nəticə verməyəcək məncə..
Amma hərhalda vaxt özü göstərəcək….

Vahid | December 6, 2009 at 22:16

Milli İnternetin talehine bigane qalmayanların bütün tədbirlərdə inkişaf etməsi yazımdır. Başqa məsələ ki, təşkilatçılar ancaq sərf edən insanları dəvət edib, digərlərə qarşə saymamazlıq göstərirlər. O onların günahıdır.

Özüm forumda iştirak edə bilmədim, işlərim varıydı. İndi görürəm ki, yaxşı da ki iştirak etmədim, yoxsa qan çıxardı :)

Allah İnternetimizin axrını xeyir eləsin.

Shaig Muradov | December 7, 2009 at 01:40

@Vahid
Məllim, Forumda iştirak edə bilməməklə heç nə itirməmisiniz. Hətta vaxtdan qazanmış oldunuz.

Pervız | December 8, 2009 at 01:18

Şaiq yazıya ve hemçinin diger yazılara göre teşekkürler. Qatılabılmedıyım maraqlı(maraqsız) tedbır yazıların gören gözumuz oldu.

Shaig Muradov | December 8, 2009 at 10:16

@Perviz
Sağ ol Pərviz, çalışdığımız qədər hamsı haqqında yazacağıq.

RAUFRAY | December 9, 2009 at 09:59

Hemin Forumda men de ishtirak etdim. Yazilanlarin choxu ile raziyam.

Maraqlananlar MIF barede menim yazimi da oxuya biler.

http://raufray.wordpress.com/2009/12/08/milli-internet-forum-2009/

Shaig Muradov | December 9, 2009 at 13:13

@Raufray
həmin blogdakı yazını da oxumuşam. Belə fikirləşirəmki, görünür MİF heç kimi tam qane etməyibdi…

Makla | December 13, 2009 at 20:45

Mən də tədbiri yarımçıq tərk edənlərdən idim. Ardı maraqlı qalmışdı mənim üçün. Sağol Şaiq, deməli tədbirin ardıda maraqsız keçibmiş.

Shaig Muradov | December 13, 2009 at 21:26

@Makla
Hə Rafiq, davamıda əvvəlindən müsbət olaraq fərqlənmədi.
İkinci günü heç gedən olub-olmayıb bilmirəm.

uteticairup | June 2, 2011 at 20:33

Leave a comment!

Additional comments powered by BackType

« Internet yoxsa Google?

2009-da internetdə ən çox nələr axtarmışıq? »

Axtar tap!

Theme Design by devolux.org