Oxatan.com | Web 2.0 və Internet

Dec/09

13

2009-da internetdə ən çox nələr axtarmışıq?

gooooogle

Google rəsmi olaraq 2009`un top axtarışları qısa zaman əvvəl açıqlanmışdı.  Bu ümumi olaraq axtarılanlar idi. Bəs biz nələr axtarmışıq?!Yazının başlığında ona görə internetdə yazmışamki, Azərbaycan istifadəçilərinin ən çox istifadə etdiyi axtarış motoru Google`dur.

Axtarış topluğuna baxan zaman, il ərzində baş verən hadisələrin axtarışlara necə təsir etdiyini də görmək olar.

Əvvəla il ərzindəki axtarış sözlərinin top10-luğuna nəzər salaq:

  1. mp3
  2. video
  3. nokia
  4. baku
  5. azerbaijan
  6. azerbaycan
  7. google
  8. foto
  9. игры
  10. mail.ru

Topluqda yenədə musiqi öz yerini qoruyur.  2-ci yer isə daha maraqlıdır. Ötən il axtarışlarda 6-cı yerdə olan video axtarışı, bu il 2-ciliyə qalxıbdı. Bu isə yəqinki bilavasitə il ərzində ADSL`in yayılması ilə əlaqədardır. Artıq sürət videoya baxmağa kifayət edirsə, onu axtarmaqda lazım gələcək. Qalan digər yerlərdə isə o qədərdə qeyri-adi bir ifadə ilə rastlaşmadım. Normal göstəricilərdir.

Artan axtarışlarda isə il ərzində baş verən hadisələrə uyğun olaraq sözlərlə rastlaşmaq olar:

  1. hadise
  2. aysel
  3. host
  4. odnoklassniki.ru
  5. facebook

Artan axtarışlardakı ilk 5-likdə 1-ci yeri Hadisənin axtarldığını müşahidə eləmək olur. Bu da Eurovision`la bağlıdır. 2-ci yerdə isə yenə bizi Eurovisionda təmsil edən Ayseldir. Bu arada 3-cü yerdəki host kəliməsi var. İnanmıramki bu host məsələsi server-host-domain anlayışındakı host olsun. Belə bir musiqi qrupu olmalıdır səhv eləmirəmsə. Həmin o hostdur. 4-cü və 5-ci yerlərdə isə sosial şəbəkələrin adları durubdu. Demək 2009 ili sosial şəbəkələrin də istifadəsinin artdığı il olubdu.

Şəkil axtarışlarına baxdıqda isə  vəziyyət belədir:

  1. roya
  2. nokia
  3. qizlar
  4. aygun
  5. bmw
  6. aysel
  7. sevgi
  8. qiz
  9. girls
  10. girl

Bu axtarışlarada baxdıqda belə bir nəticəyə gəlmək olar ki,  NOKİA Azərbaycan istifadəçiləri üçün çox maraqlı məhsuldur.  Artan axtarışlarda isə:

1.    aysel teymurzade
2.    aysel arash
3.    arash
4.    hadise
5.    aysel

Buradan görünürki sırf 2009-da baş verən Eurovision`un iştirakçılarıdır.

hadise
aysel
host
odnoklassniki.ru

  1. facebook

RSS Feed

1 Comment 2 Tweets

5 Comments for 2009-da internetdə ən çox nələr axtarmışıq?

oxatan_com | December 13, 2009 at 22:08

2009-da internetdə ən çox nələr axtarmışıq? http://ff.im/-cR6ph

This comment was originally posted on Twitter

shaig_m | December 13, 2009 at 22:35

RT: @oxatan_com: 2009-da internetdə ən çox nələr axtarmışıq? http://ff.im/-cR6ph

This comment was originally posted on Twitter

kefkom | December 14, 2009 at 21:17

Maraqlıdır. Yalnız bizim yuzerlərin səviyyəsi belədir yoxsa bütün dünyada belədi?

Shaig Muradov | December 14, 2009 at 22:30

Məncə bütün dünyada da o qədər böyük fərq olmaz. Ən azından belə düşünmək olarkı, heç də hamı ağıllı ola bilməz.

Shaig M | December 27, 2009 at 00:56

Görək gələn il nələr axtaracağıq … (test)

This comment was originally posted on FriendFeed

Leave a comment!

Additional comments powered by BackType

« Yumru, MİF, nağıl…

MilliNet – təhlil, hesabat, trackback (online səsvermə anketi) »

Axtar tap!

Theme Design by devolux.org