Nəhayət bu ilki “Milli Net” macərası uğurla sona çatdı. Ona görə uğurla deyirəm ki, müsbətlər, mənfiləri böyük fərqlə üstələdi. Mən burada bacardığım qədər oyektiv şəkildə məsələylə bağlı bəzi məqamları aydınlaşdırmağa çalışcam. Ancaq bu yazılar və fikirlər Təşkilat Komitəsinin ümumi adından deyil, sadəcə olaraq subyektiv cəhətdən fikirlərimdir. 1 oktyabr 2009-cu ildən qeydiyyat prossesi ilə başlayan müsabiqə, cari ilin 18 dekabrında qaliblərə mükafatlarının verilməsi ilə başa çatdı. 583 sayt müraciət etdiyi müsabiqəyə buraxılan 367 sayt, 11 nominasiya üzrə mübarizə aparırdı. Onlardan 63-ü isə 18 dekabrı daha böyük həyəcanla gözləyirdilər. Statistik məlumatlar haqqında buradan+ oxuya bilərsiniz.
İndi isə fikirlərim barədə daha ətraflı…
MilliNetdə çatışmayan bəzi cəhətlər oldu ki, gələn ildən onların müsbətə doğru dəyişməsinə çalışılacaq. Məncə əsas dəyişikliklərdən biri kateqoriyalarla və nominantların sayı ilə bağlı olmalıdır. Bu il göründü ki blog kateqoriyasını ayrı təqdim etmək lazımdır. Nominantların sayını artırmaq gərəkdir. Çünki bəzi saytlar var idi ki, narazılıqlarını bildirirdilər. Hansıki, sadəcə 1 xalları çatmırdı nominantlığa düşməkləri üçün. Mənim belə yadımda qalan Mobiland.az və Kultaz.com olmuşdu. Hər sayt öz kateqoriyasında nominant olmağa layiq idi, ancaq cuzi fərqlə bu baş tutmadı. Bu narazıçılıqlarda müsabiqənin ilk mərhələsinin sona çatan vaxtı 30 noyabrdan sonra baş verdi. Hətta bəziləri qərəzli mövqedə də günahlandırdı TK-ni. Əminliklə deyə bilərəm ki, heç bir qərəzli mövqedən söhbət belə gedə bilməzdi. AİF artıq uzun müddətdir fəaliyyət göstərən, mötəbər bir qurumdur, onun təşkilatçılığı ilə keçirilən bir müsabiqədə də ədalət prinsipləri dəqiqliklə gözlənilir. Azərbaycanda keçirilən alternativ müsabiqələrdə bu qədər şəffaflıq prinsipləri heç vaxt olmayıbdı. Müsabiqədə imkan yaranıbdı ki, hər bir nominant, saytına hansı münsifin nə qədər bal verdiyini görsün. Münsiflərin qərarı ilə razılaşıb razılaşmamaq isə artıq başqa məsələdir. Münsiflərin isə hər biri kifayət qədər öz sahəsində savadlı şəxslərdir. Ancaq vaxt məhdudiyyəti cəhətdən onların verdiyi səslərin uzun təhlildən sonra və ya ilk baxışdan qiymətləndirərək verilməsi müzakirə mövzusu ola bilər. Mən yazını yazan ərəfədə də bloglarda müxtəlif tənqidi yazılar çıxmağa başladı. Bunlar barədə də ətraflı fikir bildirəcəm.
Əvvəl müsabiqənin başlanması haqqında. 18 dekabrda saat 18.00 yazılmışdı dəvətnamələrdə. Ancaq 18.30-da başladı. Bu da bizim hesabladığımız bir hadisə idi. Bəzi sayt sahibləri tələbələr ola bilər. Onlar üçün günün məsuliyyətli vaxtı daha tez başa çatır. Ancaq qonaqlar arasında rəsmi dairələrdə işləyənlər də var idi və normalda işin başa çatma vaxtı 18.00-dur. Düzdü işdən tez çıxıb gələnlərdə var idi amma nə qədər tez çıxılsa da otelin yerləşdiyi bölgədəki tıxaclar səbəbi ilə ancaq gəlib çıxırdılar. Tədbir Ambassador otelin 4-cü mərtəbəsindəki zalda baş tutdu. Tədbiri isə İctimai TV`dən tanınan teleaparıcı Hüsniyyə xanım aparırdı.
Zalda Wi-fi olmaması barədə şikayət aldım. Onu deyim ki, zaldakı internet otelin öz xidmətləri daxilində idi (ödənişlərə daxil). Parolu istəyənlərə verilirdi. Sürət kifayət qədər yüksək idi: 10-12mbps. Mən speedtestlə yoxlamışdım 12 download, 1 isə upload idi. Ancaq zalda internetin necə tutub-tutmamağı barədə bir söz deyə bilmərəm. Məndə 2 dəfə problem yaşandı, sonra düzəldi. Ola bilərki həmin nasazlığada səbəb Wi-fi modemləri olubdu. (Bu internet barədə də dünən kiçik müzakirə etmişdik. #1 #2) Tədbirə yüksək sürətli optik kabel ilə interneti isə Delta vermişdi. Bu sürət zala paylanmırdı. Təkcə canlı yayım üçün istifadə olunurdu. Tədbirin internetdə yayımlanacağı xəbərlərinidə vermişdik. Ancaq 100% baş tutma ehtimalı olmadığı üçün rəsmi olaraq millinet.az -da bu barədə məlumat verilməmişdi. Verilən sözə əməl olundu və tədbir canlı yayımla internetdən yayımlandı. Bu 1-ci müsabiqədə elə ilk dəfədən internetdə yayımlamaq çox müsbət göstəricidir. Burada yazılan kimi yarısından sonra da başlamadı. Tədbirdə iştirak edənlərin yadındadırsa Osman məllim açılış nitqində dedi ki, “Şaiq biz internetdən canlı yayımlanırıqmı” məndə təsdiqlədim. Yəni başlayandan yayımlanırdı yarısından sonra yox (həmin blogdakı yazıya yenidən qayıdacam). İlk 5-7 dəqiqəsi səssiz oldu, bu da mikrofonun xarab olması ilə əlaqəli oldu. Sonradan səsdə bərpa edildi. Sadəcə mənim ürəyimdən olmayan əsas məqam kameranın yerinin yaxşı olmaması idi. Buda texniki məsələ oldu ki, ancaq həmin yerdən mümkün idi. Hər halda internetdən də kifayət qədər baxan oldu (statistika barədə ətraflı). Digər məqam isə aparıcı Hüsniyyənin arada səhvliklə nominasiyaların adını dəyişik deməsi idi (Əyləncə nominasiyasında dyp.gov.az demişdi). Bəzi adamlar buna da irad tutdular müsabiqədən sonra. Anca mən bu iradla qətiyyən razı deyiləm, çünki o öz işinin öhdəsinən gəldi. Nəzərə almaq lazımdır ki, o aparıcıdır və bu müsabiqəni heç bir məşq olmadan apardı. Yəni ümumi məşq başqa məsələdir, ancaq saytların adlarını o da zalda öyrənirdi. Çünki biz heç kimə açıqlamamalı idi nəticələri. Hələdə media nümayəndəsinə. Ona görədə fikrimcə uğurlu apardı. Əksinə kiçik səhvlər belə rəng qatdı. Təqdimat bitəndən sonra bütün iştirakçıları qonaq elədik yeyib-içməyə. Qalanlarda oldu, tələsib gedənlər də. Amma dadlı süfrə idi =).
İndi isə keçim tənqidlərə olan münasibətimə. İlk əvvəl başlayım, Qwerty qrup blogunda olan Farik ləqəbli bloggerin yazısından. Əvvəla tənqidlər üçün təşəkkür edirəm ki, beləcə səhvlərimizi görüb nəticə çıxarmağa fürsət yaranır. Beləcə gələn dəfələrdən mənfi cəhətləri tamamilə aradan qaldırmaq olar. Yazısının əvvəlindəki canlı yayımla bağlı dediyinə münasibət bildirdim. Əlavə edim ki həmin vaxt o özü zalda idi. Və bayaq çəkdiyim sitatı da eşitdi. Zalda olduğundan özü online baxmırdı, canlı baxırdı. Yayımın nə vaxtdan olması ilə bağlı isə 3-cü mənbədən məlumat alaraq yazıbdı. Ancaq Wi-fi`a belə böyük tələbat olduğunu nəzərə alıb gələn dəfə bu haqda gərək müzakirə edək. Ancaq bu Barcamp kimi qeyri-konrans yox, rəsmi tədbirdi. Ona görə Wi-fi məsələsinin nə dərəcədə düzgün olduğu müzakirəyə açıqdı. Münsiflər barədə yazdıqlarına gəldikdə isə, düzü belə yazı gözləməzdim. Əsasən belə bəyənmədiyi mövzularda, bəyənmədiyi detallarda tənqidi yazılar yazırdı. Bu dəfə tənqiddən daha çox emosional yazı olubdu.Elə ilk münsifdən başlayaraq tənqidi təhqirə çeviribdi.
Emosiaları başa düşürəm. Ancaq bu tərzdə yazmağı xoş olmayıbdı. Burada əgər kiçik haşiyəyə çıxsaq demək olar ki, Elnur B. öz sahəsində – dizayn üzrə kifayət qədər peşəkardır. Onun işlərinə buradan və buradan baxa bilərsiniz. Onun şərhi barədə də deyim ki, həqiqətəndə bir ara Qwerty`də Azərbaycan dili yığışdırıldı və sonradan bərpa edildi. Hətta əvvəl dil seçimində dilin adı tam yazılırdı sonra qısaldılmış şəkildə. Dizayn cəhətdən isə çox dərinə gedəndə blog Livestreet`in hazır developer skinidir. Yəni bu atalar sözünü yazacaq qədər haqsızlıq olmayıbdı.
Digər münsiflərlə bağlı yazılanlarda da yalnış fikirlər var (düz yazılanlarda var). Əgər ehtiyyac olsa şərhlərdə yazaram. Sadəcə yuxarıdakı ittiham çox ağır idi ona görə buna toxundum. Yazı üçün də bloggerə təşəkkür. Davamlı olsun.
Gələn il çalışacağıq ki, münsiflərdən daha az şikayətlənən olsun. Ancaq yenədə şikayət gələcək. Bu təbii dir. Hər kəs öz saytını daha yaxşı hesab edir. Xüsusi ilə də nəticələrdən sonra daha emosional olurlar. İş o yerə çatırki az qala box.az kimi proyektləridə bəyənməyən tapılır.
Digər bir yazı ilə də bu blogda rastlaşdım. Yazıda belə bir cümlə var idi ki, ”Adam.az-ın hansi kriteriyalara görə bizi qabaqlaması maraqlıdır. ” Onu deyim ki, mən bu nominasiyada qalib ilə tamamilə razıyam. Düzdür irəli sayt kimi yaxşı tərtibata malik olsa da, Adam.az`a bir proyekt kimi uduzur. Bu qədər bioqrafiya arxivi yaratmaq daha alqışalayiq işdir. Yəni bu sayt bir ideya məhsuludur. Məncə İrəlinin saytının üstünlüyü dizaynı idi. Yer tutmağa layiq idi və tutdu da.
Növbəti yazıya isə yenə Qwerty qrup blogunda rast gəldim. Bu Xaricidil.net saytının developerinin yazısıdır. Onun iradlarıda əksərən tədbirin təşkilatı işləri ilə deyil münsiflərlə bağlı idi. Ona görədə ətraflı cavab verməli nəsə yoxdur.
Yuxarıda da qeyd elədiyim kimi, gələn ildən münsiflərlə bağlıda minimum şikayət almağa çalışacağıq.
Bu arada münsiflərdən başqa, internet istifadəçilərinin də fikirləri maraqlı oldu mənə. Ona görə də kiçik bir anket tərtib elədim. Siz nominantlar arasından kimə səs verərdiniz, birinci kim olsun istəyərdiniz?
DİQQƏT!!! Mən də online bir anket düzəltdim. Siyahı ancaq nominantlardan ibarətdir. Sizdə nominantlara 1-5 arası qiymətlər verə bilərsiniz. Amma bir kateqoriya üzrə hər hansı balı ancaq bir dəfə istifadə edin! Məsələn, Dövlət və Bələdiyyə saytlarında siz 5 balı taxes.gov.az`a vermisinizsə, həmin kateqoriyada 5 balı digər nominantlara verməyin! Ancaq bu halda düzgün qəbul ediləcək. Həmin səsvermə ancaq PAROL ilə istifadəçilərə açıqdır. Parolu isə oxatan -dır.
Səsvermə ünvanı - http://url.az/millinet09
P.S. Xahiş edirəm əgər nəticələrindən narazı qaldığınız kateqoriya varsa, öz variantınızı şərhlərdə qeyd edin.
Yenilənmə: Səsvermənin nəticələri – http://weboxu.com/blog/oxatan/234.html








MilliNet – təhlil, hesabat, trackback (online səsvermə anketi) http://ff.im/-d6IMX
This comment was originally posted on Twitter