Oxatan.com | Web 2.0 və Internet

Dec/09

30

2009`un İnternet üzrə yekunları

web-design

Artıq 2009-cu il sona çatır. 2009`un İT sahəsində baş verənlər haqqında bundan əvvəlki postumda yazmışdım.  Bu dəfəki yazıda 2009-un internet yenilikləri barədə ağlıma gələnlər haqqında yazıram. Həmin İT tədbirlərin internetədə təsiri oldu demək olar. İnternetdə bir xeyli canlanma yarandı. Maraqlı saytlar açıldı. Köhnədən açılan saytlar bu il öz imkanlarını təkminləşdirdilər, yeni imkanlar artırdılar.  Mənim fikrimcə bu il Azərbaycan internetində Sosial Şəbəkələşmə ili oldu. Həm xarici sosial və mikro sosial şəbəkələrin istifadəsi kifayət qədər artdı, həm də yerli sosial şəbəkələr açılmağa başladı. Düzdür bunlar arasında hələki özünü doğruldan yoxdur. Bir neçə vaxt əvvəl bu sosial şəbəkələr haqqında da yazmışdım. Digər tərəfdən blogçuluq da bu il kifayət qədər inkişaf etdi və bir çox yeni bloglar yarandı. Düzdür Azərbaycanda ilk blog servisi olan Azeriblog.com təəssüfki pullu xidmətə keçdi. Ancaq Blogy.azBlogda.az kimi yeni blog servisləri fəaliyyətə başladı.

Bu il açılan saytlar barədə əsasən mütəmadi olaraq burada+ yazılıb, müzakirə aparılırdı. İndi yazacaqlarım əsasən cari ildə açılan və digərlərindən seçilən saytlar olacaq. Onu qeyd edim ki, saytları nə əlifba sırası, nə açılma tarixi nə də keyfiyyət göstəricilərinə görə sıralamıram. Yadıma düşən ardıcıllıqla sıralayacam. Əslində təbii ki yazacaqlarımdan daha çox saytlar açılıbdı. Sadəcə olaraq mənim qeyd etmək istədiklərim bunlardır.

Əvvəl başlayım URL.az`dan. İlin əvvəlində açılıbdı sayt. Yeri URL qısaltma servisidir. Bildiyimiz kimi Twitter istifadəçilərinə əsasən URL`ləri qısaltmaq çox lazım olur. Son zamanlarda da Twitter`in Azərbaycanda da populyarlaşması bu servisə olan tələbatı da artırır.  2010-cu ildə servisdə dəyişikliklər, yeniliklər və əlavələrdə gözlənilir. Əgər düşünülən yenilikləri reallaşdırmaq fürsəti olsa servis daha da inkişaf edib populyarlaşacaq.  Hətta edilən dəyişiklərlə təkcə Azərbaycanda yox, global olaraqda aktiv istifadə edilən bir servis ola bilər. Yenilikləri də sizə çatdıracağıq.

2009-da açılan bir digər sayt isə Qogal.com oldu.  Bu sayt bizim öz proyektimizdir. Məqsəd musiqiyə ən qısa yoldan çatmaqdır. Hər hansı musiqini axtarmaq və dinləmək.  İndi saytı təmir üçün bağlıdır. Məqsəd daha çox funksiyalar əlavə edərək yenidən açmaqdır. 2010-cu ilin birinci rübündə sayt artıq yenidən fəalliyətə başlayacaq. Sayt fəaliyyəti ilə hər-hansı bir yenilik olsa oxucularla da paylaşacağıq.

Yola saldığımız ilin digər bir saytı isə Tercumet.com oldu. Necə rastlaşdığımı xatırlamıram düzü. Təsadüfən rastlaşmışdım. Fikrimcə bu tip saytların açılması milli internetimiz üçün çox xeyirdi. Sayt barədə elədə ətraflı məlumatım yoxdur. Kontenti daha çox türkdilli`dir. Bir az daha inkişaf etdirilsə daha əla olardı.

Bu il açılan bir başqa sayt isə Sinta.az oldu. Online auksiyon saytıdır bu. Belə saytlar isə gələcəkdə elektron biznesin inkişaf edəcəyinə bir işarədir.

Digər bir sayt isə mobil reklama yönələn sayt Moxito.az`dır. Mobil reklam servisi olan Moxito`nun 2010-cu ildə daha da inkişaf etmək və istifadəçilərini çoxaltmaq planları var. Ümidvaram uğurla reallaşar.

Son olaraq da En2az.net`i qeyd edim. Servis terminlər lüğətidir. Hələki beta (bəlkədə alfa) formadadır. Yəqin ki, gələn il tam işə düşəcəkdir.

Mənim indi ağlıma gələn internet yenilikləri bunlardır. Əgər unutduğum nəsə olsa şərhlərdə qeyd edərsiniz.

RSS Feed

1 Tweet

3 Comments for 2009`un İnternet üzrə yekunları

oxatan_com | December 31, 2009 at 00:56

2009`un İnternet üzrə yekunları http://ff.im/-dyHGe

This comment was originally posted on Twitter

Ilgar Mirza | January 2, 2010 at 04:47

Bəs aftafa.com? :o

Shaig Muradov | January 2, 2010 at 12:58

@Ilgar
ELə blogların inkişafı barədə yazıda Aftafanı da nəzərdə tutmuşdum =). Tək aftafa da yox, bu il qüerty daha fəallaşdı, weboxu da daha çox yazmağa başladıq. Sonra qeyd.az deyə blog yarandı, maraqlı kontenti var. Bundan başqa da bir çox blog yarandı, ancaq təəssüfki yazmağı tərgidənlər də oldu.
Mən burada ancaq start-up tipli saytları qeyd eləmişəm =)

Leave a comment!

Additional comments powered by BackType

« 2009`da baş vermiş IT hadisələr.

Az büdcə ilə çox reklam ?! »

Axtar tap!

Theme Design by devolux.org