Oxatan.com | Web 2.0 və Internet

Jan/10

5

Az büdcə ilə çox reklam ?!

marmakBu yaxınlarda internetdə belə bir aksiya ilə rastlaşdım (Marmax).  Əvvəl bu haqda Mak.az`da oxumuşdum. Sonra isə Lent.az da gördüm reklamını. Deməli linklərdən də oxuya biləcəyiniz kimi reklam kompaniyası bundan ibarətdirki,  250 manat qarşılığında 170.000 göstərim əldə edirsən və bu göstərim haqqı 5 sayt arasında paylaşır. Kompaniya isə yanvar ayı müddətincə keçərlidir. Ümumiyyətlə reklamları göstərim başına vermək, reklamverənlər üçün çox sərfəlidir. Beləcə aylıq reklamlardan canın qutarır və daha sərfəli reklam kompaniyası aparmaq mümkün olur.  Əslində çox sərfəli və gözəl təklifdir. Amma qıraqdan bu qədər ideal görünsə də, çatışmamazlıqları da var.

Siyahıda dediklərinə görə TOP 5 saytda reklam olacaqmış:

5top_marmax

Əvvəla mənə maraqlıdırki bu TOP 5 məsələsini kim, hansı kriteryalara görə təyin edibdi?! Bundan əvvəl də bir xeyli post yazmışam bu reytinq məsələlərinə görə. Postların hərəsində də müxtəlif mövqelərdən yanaşmışam. Bizim saytlar statistikaları açıq təqdim etmirlərki onlar haqqında dəqiq fikir formalaşsın.  Digər tərəfdən, elə ümumi fikirlədə bilmək olar ki, bu saytlardan daha reytinqliləri də var. Məsələn ApaLent.az`ın üzv olduqları ilk10.az statistika sistemindən bunu müşahidə eləmək olar. Ya da ümumi götürdükdə xəbər saytları arasında belə day.az , trend.az kimi rəqibləri var.

Digər tərəfdən, onsuzda reklam göstərim sayınadırsa, reklam verən üçün nə fərqi həmin o saytlar TOP 5 oldu ya TOP 6-10 oldu? İstəyir o siyahıdakı saytın reytinqi gündəlik olsun 1 milyon.  Bunun mənə bir xeyri olmayacaqdı. Çünki mən konkret olaraq reklamın nə qədər göstərilməsini əvvəlcədən bilirəm və seçmişəm. Gündəlik 1 milyon olsa belə mənim reklamım cəmi-cümü onun 170 minindən istifadə edəcək. Yəni buradan belə bir nəticə meydana çıxır ki, burada əsas olan saytın reytinqi deyil.  Normal göstəricilərə malik sayt olmağı kifayətdir.  Yəni əsas mənə lazım olan auditoriyaya xitab edən saytlarda reklamın gösrənməyidir. Mümkündürsə yaş, ölkə/şəhər və s. kimi amillər də nəzərə alınmağını istəyərdim reklam verən biri kimi. Yəni burada əsas etibarı ilə gözə soxulan TOP 5 sayt məsələsi heçdə qabardılması lazımlı bir məsələ deyil.

Keçək digər mərhələyə. Məsələn bu saytlar mənim istədiyim auditoriyadır. Mən xəbər saytlarını gündəlik oxuyan daha çoxluq bir kütləyə məhsulumu göstərmək istəyirəm. Onda diqqət yetirilməsi gərəkən digər məqam da var. Bu saytların harasında mənim reklamım görsənəcək.  Mənim üçün şəxsən əsas maraqlı olan amil budur. Digər tərəfdən adı çəkilən saytların hamsında reklam yerləri həddindən artıq çoxdur.  Bu isə reklamın effektivliyini şübhə altında qoyur. Məsələn yuxarıdakı sıra ilə saytlarda neçə reklam yeri var yazıram. 1-14, 2-13, 3-14, 4-15, 5-21 . Yəni ən az 13 reklam yeri var. Bu isə ümumi standartlara görə həddindən artıq çoxdur.  Yəni mənim bu saytlardan hansısa birinə verəcəyim reklam sadəcə olaraq itib-batacaq. Bəlkə prestij reklamı kimi fikirləşmək olar, effektiv reklam əsla.  Reklamın effektiv olması üçün, səhifədə az reklam yerinin olmağı lazımdırki, reklamlar nəzərə çarpsın. Əsasən bir səhifədə ən çox 4-5 reklam yeri olmalıdır. Hətta Google Adsense belə bir səhifədə 4-5 adsense reklamından artıq yerləşdirilməsinə icazə vermir.  Yəni belə 13 reklam yeri kifayət qədər çoxdur.

Uzun sözün qısası, bu saytların heç birində reklam sərf eləmir… Az büdcə ilə, sərfəsiz reklam.

RSS Feed

3 Tweets

14 Comments for Az büdcə ilə çox reklam ?!

oxatan_com | January 5, 2010 at 20:41

Az büdcə ilə çox reklam ?! http://ff.im/-dPnfa

This comment was originally posted on Twitter

shaig_m | January 5, 2010 at 20:48

RT: @oxatan_com: Az büdcə ilə çox reklam ?! http://ff.im/-dPnfa

This comment was originally posted on Twitter

Khanim | January 5, 2010 at 20:46

Ay Shaiq, ne uzun yazirsan uje postlari??? :( ( adamin sebri qalmir ee oxuyana kimi :( ( Senki bele deyildin :P
Amma umumilikde yeri var! yene kulturni cirpmisan yere :P

Shaig Muradov | January 5, 2010 at 20:51

@Khanim
Artıq qısa fikirləri http://www.weboxu.com`a, uzun araşdırmaları, təhlil və rəyləri, müqayisəli yazıları da Oxatana yazıram =). Ona görə uzun alınır yazılar.
Bəyəndiyin üçün də təşəkkür ).

Ilgar Mirza | January 6, 2010 at 00:12

ucuz ətin şorbası )) Tərəvəz şorbası hazırlamaq lazımdır pul olmayanda, ucuz ət şorbası yox.

Maybach | January 6, 2010 at 09:28

Şaiq,
çox maraqlı meseleye toxunmusan.
Mən mak.az-da elanı görenden sonra özlüyümde bunu araşdırdım, çünki, ilk olaraq teklif mene cazibeli geldi. Yazdığın meqamlarla razıyam, xüsusile onunla ki, saytlarda reklam bannerlerinin sayı çoxdur. Odur ki, men tereddüd edirem, real olaraq 1 heftelik yerleşdirilen reklam ne qeder effektli olar? Peşekar marketoloqların fikrini de bilmek maraqlı olardı.

Kiçik düzelişler edesi olarsam ise:
- reklam yeri 4 sayt arasında paylanır (25% efir)
- disput.az da 11 reklam yeri var, 8 şaquli, 3 üfüqi, mənə gönderdikleri price listdə ele gösterilib.

msadig | January 6, 2010 at 11:50

RT @oxatan_com: Az büdcə ilə çox reklam ?! http://ff.im/-dPnfa

This comment was originally posted on Twitter

Shaig Muradov | January 6, 2010 at 12:17

@Maybach
Təşəkkür,
Onu qeyd edim ki, burada onsuzda zaman anlayışı olmayacaqdı. Yəni verilən 170.000 göstərim haqqı lap 3 günədə bitə bilər, 2 həftəyədə. Belə göstərim başına alınan reklamlarda da reklam verəni maraqlandıran əsas məsələ, onun gözə batan yerdə olması, və effektiv olmasıdır.
Digər tərəfdən, price listdə necə veriblər deyə bilmərəm, ancaq mən belə baxıb sayaraq gördümki, şaquli reklamlar 10 dənədir. Reklam yerləri isə 5 sayt arasında paylanır. Amma bu o demək deyil ki, 170min göstərim 5ə bölünərək hər sayt arasında müəyyən göstərim sayə düşür. Göstərimlə olan reklamlarda əsas odurki, hansı saytın ziyarətçisi çoxdursa, və o reklamın göstəriminin böyük bölümünü göstərir.

Maybach | January 6, 2010 at 14:56

Şaiq,
bir məqamı anlamadım, reklam yeri niyə 5 sayt arasında paylanılır, 4 deyil?

Shaig Muradov | January 6, 2010 at 15:35

@Maybach
Çünki onlar aksiya çərçivəsində reklamların göstəriləcək saytların sayını 5 ədəd göstəriblər. Guya həmin 5 sayt da TOP 5 saytdır.
1 http://www.1news.az
2 http://www.disput.az
3 http://www.turbo.az
4 http://www.lent.az
5 http://www.apa.az

Maybach | January 8, 2010 at 00:57

Hə, sorry, mən səni səhv anladım.
Aha, bu 5 sayt arasında, ama reklamverən istərsə 2,3 və ya 4 sayt da seçə bilər, qiymət daha ucuz olur təbii ki. Ama, uyğun olmayan bir məqam da 1 bannerdə 4 saytın reklam edilməsidir.

Emin Huseynov | January 19, 2010 at 14:53

Ay millət TOP 5 yazmayıblar axı… özüdə bu reklam ingiliscə deyil… azərbaycan dilində isə “top” tam başqa mənadadır..
Adam deyir ki, “5 Top {kimi} saytlarda reklam”. Məncə heç bir ziddiyat yoxdur :)

Shaig Muradov | January 19, 2010 at 16:17

@Emin
=)) əslində elə bu cür lağ-lağı yanaşılacaq kampaniyadır ).
İstəyir 5 dənə top kimi sayt olsun, istəyir 5 top sayt olsun, istəyir də top 5 sayt olsun, reklam göstərim sayına olandan sonra heç bir mənası qalmır.

Elshan Mammadov | February 25, 2010 at 11:08

Maraqlıdı. Çox xoşuma gəldi. Düz qeyd etmisən.

Leave a comment!

Additional comments powered by BackType

« 2009`un İnternet üzrə yekunları

Vergilər Nazirliyinin chat`ında “mırtdaşırlar”!! »

Axtar tap!

Theme Design by devolux.org