Hə, hə!.. səhv yazmamışam başlığı. Bu hansısa əyləncə saytı və ya hansısa social portal deyil. Bu dəfəki oxum gedib dəydi Vergilər Nazirliyinin chatına.
Əvvəla onu deyim ki, bu iradım saytın özünə qəti adiyyatı yoxdu. Çünki indiyə qədər dövlət saytlarının içində ən yaxşı işləyəni, ən gözəl tərtibata malik olanı məhz Vergilər Nazirlyinin saytıdır. Dəfələrlə də bunu təsdiq ediblər. İnternet mükafatlarının qalibi olublar. Xüsusən də online hesabat vermələrə görə minnətdarlıq düşür onlara. İnsanları canlı üsniyyətdən xilas ediblər. Bu da bir çox mənfi halların qarşısını alır. Amma bu gün gördüm ki, necə deyərlər “nobody is perfect” . Dekabr ayında VÖEN açdırmışdım. Ayın sonları idi. Bu gün zəng elədilər ki, gərək keçən ayın sonu olmağına baxmayaraq hesabatı verməlisiniz. Boş hesabat da olsa gərək verilə, yoxsa cərimə olunula bilər. Sağ olsunlar xəbərdarlıq elədilər. Məndə tez internet saytlarına üz tutdum. Birinci dəfədir deyə çox şeydən məlumatım yoxdur. Dedim bir axtarım görüm saytlarında bu barədə nəsə varmı? FAQ bölməsin ədaxil olub elə baxırdımki, sevincək oldum. Dedim bunu göydə axtarırdım yerdə tapdım.
Sözün həqiqi mənasında sevindirdi məni. Çatı görəndə canlı müştəri xidmətlərinin olması çox xoşuma gəldi. Beləcə bütün suallarımı oradan ünvanlayıb işimi tez görə bilərəm. Ancaq bütün sevincim elə bölməyə daxil olana qədər çəkdi. Əvvəla chat hazır scriptdir bunu daxil olanda görmək elədə çətin deyil. Unicode`da dəstəkləmir. Bunlar bir yana əsas məsələ isə belə oldu. Fikirləşirdim ki, daxil olub sualları verib dərhal çıxacam. Ancaq belə olmadı. Əvvəla gördüm ki, içəridə bir neçə adam var. Sual verdim ki burada kimsə var mənə kömək edəcək. Chatdakılardan biri mənə kömək edə biləcəyini dedi. Problemimlə bağlı sual verəndə isə cavabı o olduki, bəs biz köməyi ancaq idarədə edirik. Məndə öz növbəmdə dedimki, bəs ay qardaş, bu mənə sadə bir iki suallara cavab lazımdır. Saytda belə bir link varsa verin, ya sizdə help desk varsa deyin ora müraciət edim. Bir müddət cavab gəlmədi. Yenidən müraciət edəsi oldum ki, bəs mən avara adam deyiləm burada boş boş vaxt keçirəm, cavab vermirsinizcə deyin bilim. Bir kəlmə yazdıki Sağ olun. Chatda tez tez session itdiyinə görə bu yazıların screenshootlarını göstərə bilməyəcəm. Ancaq sonrada yenə daxil olub bir başqa köməyini təklif edənə sualları verdim. Onun şəklini çəkə bilmişəm:
Şəklin üstünə klikləyərək böyük formada oxuya bilərsiniz. Yenə bu az-çox, narazı halda da olsa köməy eləməyə çalışdı. Heç olmasa cavab verdi. Bundan sonra ara yenidən kəsildi . Deyəsən serverləri ilə əlaqə tez-tez itir. Məndə fikirləşdim ki, məsələ isti-isti ikən sizlərlə bölüşüm.
Onu deyim ki, heç cür kömək etmirlər. Ümidlərim boşa çıxdı. Hələ bu harasıdır. Başlıqdan da görsəndiyi kimi, chatda kömək deyil həqiqi chat söhbətləri edib bir-birləri ilə “mırtdaşırlar”. Həmin yazılarında visual görüntülərini sizinlə paylaşacam. Onu deyim ki, orada olanların heç biri Vergilər Nazirlyinin rəsmi işçisi olduğunu təsdiqləmədi. Bəlkədə baxımsızlıqdan bu hala gəlibdi həmin bölmə. Burada bir-birləri ilə tanış olurlar, nömrə alırlar, mms yollayırlar… Hələ bir sual verəndə də reaksiyaları gözlənilməz olur ki, niyə bu gün burda vergi ilə bağlı sual verirlər. Bura söhbət eləmək üçündü. Olubdu əyləncə saytlarının chat alternativi. Ancaq buna diqqətli fikir vermək lazımdır. Belə mötəbər bir qrumun saytında bu cür lağ-lağı bir bölmə olmamalıdır. Xüsusəndə bu qədər yaxşı tərtibatı olan bir saytın belə korlanmasını gözləməzdim. Ümid edirəm qısa zamanda bununla bağlı tədbir görülər və həmin bölmədən həqiqətəndə müştəri xidmətləri kimi istifadə olunar. Beləcə daha bir alqış qazanarlar.
Əvvəla bütöv ölçüdə. URL`a baxmağınız üçün:
MMS alış verişi və komplimentlər…
Söhbətləşirlər, başqa bir müştəri də daxil olur…
Sualdan əsəbləşən də var…
Şikayətlənirlər…
Lazımsız məsləhət verirlər…
Son nəticədə isə mənim vaxtımı alırlar
. Həm kömək axtararkən, həmdə bu postu yazarkən havayı vaxtım itdi.
Ümid varam qısa zamanda rəsmi help desk nümayəndəsi olar və lazımı sualları soruşub öyrənə bilərik.
















Vergilər Nazirliyinin chat`ında “mırtdaşırlar”!! http://ff.im/-ec0NF
This comment was originally posted on Twitter