Heç vaxt siyasi məsələlər barədə yazmamışdım Oxatanda. Həmişə yeni çıxan texnologiyalar , yeni yaranan internet saytlar və hazırki texnologiyalar haqqında fikirləri, qeydləri və tənqidləri yazırdım. Bir gün belə başlıqda bir yazı yazacağım isə ağlıma da gəlməzdi. Belə bir başlığa səbəb isə tarixdəki ilkləri göstərən Google və Çin arasında yaşanan krizislə bağlıdır. Xülasəli bir şəkildə məsələ ilə bağlı bir-iki qeyd etməyi düşünürəm. əvvəla məsələdən xəbərdar olmayanlar yerli və xarici saytlardan öyrənə bilərlər – azadlıq, webrazzi, mashable#1 #2 …
İndi isə keçim öz fikirlərimə. Necəki bu blogda siyasətlə bağlı bir başlıq yazacağım mənim ağlıma gəlməmişdi, eləcə də heç kimin bir internet saytının böyük bir ölkəyə nota göndərəcəyi ağıllara gəlməmişdi. Nota`nın səbəbi isə Gmail`ə edilən hücumlardır. Açıqlamara görə Google`a hücumlar Çin Xalq Respublikasının höküməti tərəfindən edilmişdi. Onlar e-mail hesablarına məhdud şəkildə girə bilmişdilər. Sadəcə gördükləri e-maillərin subject`ləri və tarixləri idi. Bundan sonra da qəzəblənən Google rəsmi şəkildə bəyanatlar etdi, Çinə nota göndərdi və http://`ni https:// ilə dəyişdirdi. Hətta Çini ölkə bazarından getməklə də şantaj elədi. Bu belə qıraqdan sadə şantaj kimi görünə bilər. Ancaq Google Çin bazarında Baidu`nun arxasından 42%`lə ən çox istifadə edilən axtarış sistemidir. Google filterləmə sistemi ilə işləmək istəmədiyini bildiribdi. Hətta deyilənlərə görə bu krizisindən sonra axtarışlar zamanı nəticələrdə filtirlənməyi gərəkli olan məlumatlar da çıxırdı. Google `un ardından Yahoo da Çini şantaj edərək filtirləmə sisteminin əlehinə olduğunu deyib və onlarda ölkə bazarını tərk etməklə şantaj ediblər. Bunun Çin üçün mənfi cəhəti isə əlbəttə pul itgisidir. Təkcə Google Çin bazarında axtarışdan 600 milyon dollardan çox gəlir əldə edir. Bunun vergisi filan hesablananda təbii ki Çin üçün sərfəli bir sərmayədir.
Google edilən hücumları iDefense deyə bir təhlükəsizlik şirkəti araşdırırdı. Onlar da açıqlamalarında hücumların Çindən gəldyini təsdiqlədi. Beləcə bu hadisə tarixdə ilklər sırasında öz yerini aldı. İlk dəfə bir dövlət ilə bir internet saytı arasında belə bir söz-söhbət oldu. İlk dəfə belə böyük bir dövlət bir internet saytını ciddi qəbul edərək XİN səviyyəsində rəsmi açıqlama etdilər. Yəni artıq dünya texnologiyanın əlindədir. Artıq dövlətlər istəməsələrdə texnologiya, internet ilə hesablaşmalı olurlar. Nə qədər filtrlər nə qədər qadağalar etsələr onlar interneti ciddi qəbul etməyə məcburdurlar. Nəzərə alsaq ki Google da artıq özünün DNS servisini də istifadəyə veribdi.
Amerikada isə vəziyyət bir qədər başqa cürdür. Googlü`un ən böyük rəqiblərindən Microsoft Google`a dəstək vermir. Şirkət CEO`su Steve Ballmer bunu rəsmi şəkildə elan edibdi: “Belə bir hərəkətin bizə ya da Çinə necə bir köməyi olacağını bilmirəm. Ayrıca Googlenin bu etdiyinin heç bir mövzuda nəticə əldə edəcəyini də hesab etmirəm“. Yəni onun düşüncəsinə görə Google Çin bazarından çəkilməklə düzgün addım atmaz. Digər tərəfdən Yahoo da Çini şantaj edir. Bu da o deməkdir ki, Microsoft`un ürəyindən olardı hər iki rəqibinin Çindən çəkilməyi. Beləcə Bing Çində lazımi liderliyə yüksələ bilər.
Hətta bu məsələyə Ağ ev də müdaxilə edibdi. Ağ ev`in iqtisadiyyat mütəxəssisi Lawrence Summers verdiyi bəyanatda, hökumət olaraq hadisəyə qarışmaları üçün artıq çox gec olduğunu bildiribdi. ABŞ böhranın alacağı hala görə tutumunu təyin edəcək. Amerika bu şəkildə üstü bağlı olaraq Çin hökumətini də şantaj etmiş oldu.
Beləcə texnologiya iki ölkə arasında müharibəyə belə səbəb olacaq hala gəlibdi. Əvvəllər buna səbəb torpaq olurdu. Nəticə etibarı ilə isə son səbəb puldur. Deməli indi texnologiya torpaqdan daha dəyərli hala gəlibdi…
Yeniləmə: Gün rəzində Çin tərəfindən göstərilmiş statistikalara nəzər salmağa çalışdım. Çinin araşdırma şirkətləri isə deyir ki, Çindəkə axtarış servisləri arasında Google`un bazar payı 10%`dir.








Texnologiya və Siyasət http://ff.im/-ekRUX
This comment was originally posted on Twitter