Bu gün day.az`da bir xəbər oxudum. Xəbərdə Microsofta aid olan MSN.com saytında yerləşdirilmiş hava haqqında məlumatlar bölməsində yalnış yazılmış Azərbaycan bölgəsi ilə əlaqədar danışılırdı. Deməli xəbərdən də keçib oxuyacağınız kimi etiraz edirlərki, niyə səhv adlandırılıbdı. Əvvəla onu deyim ki, burada elə bütün adlar səhv-sühv yazılıbdı. İki cüt-bir tək bölgənin adı yazılıbdı. Biri heç olmayan bölgə, Digərlərinin şrifti də nə bizim istifadə etdiyimiz, nə də ingilis şriftidir, Bakının regionlarını ayırıblar və s. Yəniki başdan ayağa səhifə problemlidir. Tək bir adla baş yormasaq yaxşıdır. Üstəlik Microsoft`un Azərbaycan ofisi var, fikrimcə onlara müraciət eləmək daha yaxşı olar. Birdə mənə əsas maraqlı gələn məqam başqadır, elə bu postu da ona görə yazdım. Bu həmin adlandırma problemi ki vara, bu təzə problem deyil axı. Girirsən Archive.org`a, axtarırsan http://weather.msn.com və elə çox fikirləşmədən ilk nəticəyə baxırsan — Jul 22, 2005. Sonrada oradan keçib yenidən Azərbaycan bölgəsini tapırsan. Budur, eyni şəhər, eyni yazı. Deyəsən biz fil qulağında yatmışıq. Hətta elə yatmışıq ki, Microsoft artıq MSN`dən əlini çəkib, Bing`ə fikir verir. Bingi hər fürsətdə reklam edir. Bu dəqiqə texnologiya dünyasının əsas müzakirə mövzularındandır axtarış sistemləri arasında rəqabətdir. Bu axtarışı da ona görə dilə gətirirəm ki,həmin bu Bing`in birdə xəritəsi var. Hansıki dünya bu dəqiqə ona daha çox fikir verir. Bu xəritədə Azərbaycana baxanda adlar lap qəribə yazılıbdı. Hətta o Shaumyanabad şəhəridə xəritədə öz yerini alıbdı.

Bing`in adın çəkib Google`un adın çəkməsəm sonra Google`un xətrinə dəyər. Ona görə yaxşısı budur bir onu da yad eləyim. Google`un xəritəsində isə Bizim Qarabağ regionundakə bölgələrin adının yanında səhv eləmirəmsə ermənicə nəsə yazılar gördüm. Ümumiyyətlə adlarımızda səliqəli yazılmayıbdı. Ya Azərbaycan dilindəki kimi Azərbaycanca yazılsa, ya da İngilis dilindəki kimi ingiliscə yazılsa yaxşı olardı.

Birbaşa LİNK
Hə, onu da əlavə edim ki, indi bu yazılanlara görə nəticə dəyişəcəkdi guya? Əlbəttə yox (ən azından inanmıram)! Sadəcə xəbəri oxuyandan sonra fikrimi belə bildirdim.







Azərbaycanda hava məlumatı… gecikmiş məlumat http://ff.im/-fjLNW
This comment was originally posted on Twitter