Oxatan.com | Web 2.0 və Internet

Oxatan nədir?

Oxatan 2008-ci ilin fevral ayından fəaliyyətə başlamış, kritika üzərinə yazıların olduğu blog idi. Gündəlik müxtəlif mövzuda kritik yazılarla ilk əvvəl başlamışdıq blogçuluq fəaliyyətinə. Bir müddət sonra iş sahəsində olan yazıların çoxluğu və blogun ziyarətçiləri bir növ blogun gələcəkdə yayım stilini tapmasında köməkçi oldu. Beləcə İT və internet haqqında olan yazılar daha çox yer almağa başladı. Bundan sonra da eyni istiqamətdə yazılar davam edəcək.

Yazıları Blogda oxumaqdan başqa:

RSS ilə

Twitter ilə

FriendFeed ilə

izləyə bilərsiniz.

Əvvəki oxatandan sitat:

İnternetin atılmışları – Oxatan`da… ( Bütün hüquqları atılıb )
Fikrimcə bu dəqiqə Azəri mühitində atmaq və atılmaq çox aktual bir məsələdir. Kimisi pul atır, kimisi söz atır, kimisi göz atır, kimisi uşağını atır, kimisi ərini atır (gedir Dubaya), kimisi ailəsin atır (gedir Rusyetə), kimisi də “prosta” atır. Mən də bu ata-at`a laqeyid qala bilməzdim. Öz-özümə fikirləşirdim ki, görəsən mən nə ata bilərəm? Bu fikirlə internetdə gəzişirdim ki, birdən diqqətimi o cəlb etdi ki, eyni materialı 4-5 saytda Exclusive adıyla görürəm. Deməli ya mən exclusive sözünün mənasını bilmirəm, yada bu “atanşikliyin” yeni bir növü – Content atışı adlı, müğənnilər demişkən – yeni kateqoriyasıdır. Onda başımın üstündə bir lampa yandı ki, bu əsl mən axtarandır. Dedim ki, “mən də səni alaram
blog açaram, məndə bir bəy olaram :) “. Blogun konseptini düşünəndə fikirləşdim ki, özüm də arada bir bir-iki yazı əlavə edərəm. Real həyatdan artıq təcrübəm var idi ki, mənim fikirlərim bir balaca insanlarda narahatçılıq yaradır, – Ox batmış kimi olurlar. Bu vaxt konsepti də tapdım və başımın üstündə bir lampa da yandı (o vaxtdan artıq işıq pulu vermirik). konsept iki hissləi olacaq – OX təhlil, müzakirə və məlumatlar və ATAN müxətlif yerlərdən götürülmüş kontentlər. Qalmışdı bölmələri fikirləşmək…
Ətraflı…

1 Comment for Oxatan nədir?

NARKOZ | October 11, 2009 at 10:38

Şərh

Leave a comment!

Additional comments powered by BackType

Axtar tap!

Theme Design by devolux.org