Heç vaxt siyasi məsələlər barədə yazmamışdım Oxatanda. Həmişə yeni çıxan texnologiyalar , yeni yaranan internet saytlar və hazırki texnologiyalar haqqında fikirləri, qeydləri və tənqidləri yazırdım. Bir gün belə başlıqda bir yazı yazacağım isə ağlıma da gəlməzdi. Belə bir başlığa səbəb isə tarixdəki ilkləri göstərən Google və Çin arasında yaşanan krizislə bağlıdır. Xülasəli bir şəkildə məsələ ilə bağlı bir-iki qeyd etməyi düşünürəm. əvvəla məsələdən xəbərdar olmayanlar yerli və xarici saytlardan öyrənə bilərlər – azadlıq, webrazzi, mashable#1 #2 …
(Ətraflı oxuyun…)
CAT | Texnologiya
15
Texnologiya və Siyasət
2 Şərh | Yazdı: Shaig Muradov, kateqoriya: Cızmaqara, Texnologiya, İnternet
2009-cu ili arxada qoyuruq artıq. Bundan əvvəlki illərə nisbətən cari ildə, haqqında yazmalı, müzakirə eləməli kifayət qədər hadisələr oldu. Məndə fikirləşdim ki, tədbirlərin, hadisələrin çox qısa olaraq – xülasə şəklində qeydini aparım. Bu ilin ilk tədbiri Barcam Caspian oldu. Mənim fikrimcə hələki Azərbaycanın internet sahəsində keçirilmiş ən böyük tədbir oldu (tədbir haqqında). Tədbirdə kifayət qədər samballı yerləri təmsil edən 16 ölkədən 60`a yaxın xarici qonaq iştirak etmişdi. (Ətraflı oxuyun…)
3
“Bakutel`in mətbəxi” və ya “Bakutelin -1`ci günü”
2 Şərh | Yazdı: Sadig Muradov, kateqoriya: Cızmaqara, Texnologiya
Əvvəlcə yazımın gözlədiyimdən daha gec nəşr olduğu üçün oxuculardan üzr istəyirəm. Amma bir Oxatan olaraq sözümün üstündə durub, sizə Bakutel`i qabaqlamağa imkan yaradacam…
Bu gün Oxatanın Bakutel`ə ezam olunmamış yazarı qismində iştirak elədim. Bakutelin pərdə arxasını, belə demək mümkünsə “mətbəxini” görmək imkanım oldu. Düzü mən orda olduğum müddətdə sərgi zalı inşaat ərazisini xatırladırdı. Hamı tələsik sabahkı açılış üçün dekorasiyaları hazırlamağa çalışırdı. Əvvəla onu deyim ki, əgər Bakutel`dən sonra İT həyatımızda nəsə bir sıçrayış olacağı fikri dolaşırsa beyninizdə indidən onu unudun. Bu ilki sərgi də keçən illər verdiyi “töhvə”ni verəcək. Amma hərhalda yeganə texnologiya sərgisi olduğundan və Oxatanın da oxucu profilini nəzər alsaq məncə bu barədə yazmaq olar.
(Ətraflı oxuyun…)
10
Salam Blogosfera
6 Şərh | Yazdı: Shaig Muradov, kateqoriya: Cızmaqara, Start-up, Texnologiya, İnternet
Uzun zamandırki Oxatanda yazmağa ara vermişdik. Səbəb yazmağa vaxt qalmadığından idi. İstər Universitetin son kursunda oxumaq , istərsədə Barcamp qarışıq bir sıra işlərin olması blogingə vaxt ayırmağa imkan vermirdi. Ancaq ilk fürsətdən yenidən blogosferaya salam demək qərarına gəldik. İlk əvvəl blogu Wordpress platforması ilə əvəzləşdirdik. Dizayn isə hazır şablondur hələki. Hesab edirəmki yazıları oxumaq üçün ilk başda bu şablonda kifayət edər. İmkan etdikdə yeni şablon da əlavə edəcəyik.
Yeri gəlmişkən Oxatanda 1 ildən xeyli çoxdurki yazırdıq. Həmin arxivə buradan baxa bilərsiniz.







