Oxatan.com | Web 2.0 və Internet

CAT | İnternet


Mən bloggerliyə başlayandan bəri hələki bu Netty haqqında bir xoş söz yaza bilməmişəm. Bilmirəm 2010-da bu tendensiya dəyişəcək ya yox. Amma onu bilirəm ki, may ayına qədər internetdə və bloglarda müəyyən qədər canlanma olacaq. Netty`ni alacağıq əlimizə, dolayacağıq qolumuza, haqqında o ki var yazacağıq. Gah ağına, gah da qarasına.
Yaxşısı ilə pisi ilə Netty ən qocaman internet mükafatıdır. Hər zaman Rus dilli olması qabarıq görsənirdi. Bu il qaydaları oxuyanda Azərbaycan dilinə üstünlük verəcəkləri haqqında bəndlər qarşıma çıxdı. Ən azından bu müsbət cəhətdir amma görək bu praktikada özünü necə doğruldacaqdı. Bunu zamanla görəcəyik. (Ətraflı oxuyun…)

Tag yoxdur Gizli

Feb/10

14

Niyə, nöqtə az`ı online qeydiyyat edə bilmirəm?

noqteazBu nöqtə az domaini mənim heç barışmadığım domainlərdəndir. Düzdür həmin domainlərdə işlədiyim də olubdu, ancaq alıcısı heç vaxt mən olmamışam. Həmişə bu domaindən gen gəzirəm. Elə bu dəfəki oxumu da nöqtə az domaininə uzaqdan atacam. Yəni içəridə nə olur, nə olmur bilmirəm. Sadəcə bu yazdıqlarım mənimçün maraqlı haldır. Deməli hamımız bilirik ki, bu domainləri internetdən çox asan yolla qeydiyyatdan keçirtmək mümkündür. (Ətraflı oxuyun…)

, , , , Gizli

Jan/10

15

Texnologiya və Siyasət

gogle

Heç vaxt siyasi məsələlər barədə yazmamışdım Oxatanda. Həmişə yeni çıxan texnologiyalar , yeni yaranan internet saytlar və hazırki texnologiyalar haqqında fikirləri, qeydləri və tənqidləri yazırdım. Bir gün belə başlıqda bir yazı yazacağım isə ağlıma da gəlməzdi. Belə bir başlığa səbəb isə tarixdəki ilkləri göstərən GoogleÇin arasında yaşanan krizislə bağlıdır.  Xülasəli bir şəkildə məsələ ilə bağlı bir-iki qeyd etməyi düşünürəm. əvvəla məsələdən xəbərdar olmayanlar yerli və xarici saytlardan öyrənə bilərlər – azadlıq, webrazzi, mashable#1 #2
(Ətraflı oxuyun…)

, , , , , , , Gizli

Jan/10

5

Az büdcə ilə çox reklam ?!

marmakBu yaxınlarda internetdə belə bir aksiya ilə rastlaşdım (Marmax).  Əvvəl bu haqda Mak.az`da oxumuşdum. Sonra isə Lent.az da gördüm reklamını. Deməli linklərdən də oxuya biləcəyiniz kimi reklam kompaniyası bundan ibarətdirki,  250 manat qarşılığında 170.000 göstərim əldə edirsən və bu göstərim haqqı 5 sayt arasında paylaşır. Kompaniya isə yanvar ayı müddətincə keçərlidir. Ümumiyyətlə reklamları göstərim başına vermək, reklamverənlər üçün çox sərfəlidir. Beləcə aylıq reklamlardan canın qutarır və daha sərfəli reklam kompaniyası aparmaq mümkün olur.  Əslində çox sərfəli və gözəl təklifdir. Amma qıraqdan bu qədər ideal görünsə də, çatışmamazlıqları da var.

(Ətraflı oxuyun…)

, , , , , , Gizli

Dec/09

13

2009-da internetdə ən çox nələr axtarmışıq?

gooooogle

Google rəsmi olaraq 2009`un top axtarışları qısa zaman əvvəl açıqlanmışdı.  Bu ümumi olaraq axtarılanlar idi. Bəs biz nələr axtarmışıq?!Yazının başlığında ona görə internetdə yazmışamki, Azərbaycan istifadəçilərinin ən çox istifadə etdiyi axtarış motoru Google`dur.

Axtarış topluğuna baxan zaman, il ərzində baş verən hadisələrin axtarışlara necə təsir etdiyini də görmək olar.

Əvvəla il ərzindəki axtarış sözlərinin top10-luğuna nəzər salaq:

  1. mp3
  2. video
  3. nokia
  4. (Ətraflı oxuyun…)

, , Gizli

Dec/09

6

Yumru, MİF, nağıl…

qeydler

Hə,.. nəhayət dırnaqarası I Milli İnternet Forumu başa çatdı. Əvvəlcədən getməyi fikirləşmirdim, amma sonra dostlarla birgə gedib bir baş çəkdik. Əslində ilk əvvəl onu deyimki bu İnternet Forum olaraq birinci deyil, sadəcə Yumru`nun keçirdiyi birinci forumdur. Deyirlər internetin 40 illiyini keçirdirik. Bu ən azı üz qızardan hal olardıki bu boyda illər ərzində birinci internet forumu olsun. Bundan əvvəldə keçirilibdi forumlar. Sadəcə olaraq ola bilsin ya Yumru bunu tanımır. Ya da MİF deyə bir şey formalaşdırmaq istəyirlər və həmin MİF adıyla birinci adı altında keçirdirlər.  Üstəlik adının da bizim AİF`ə oxşar seçiblər. Niyəsini bilmirəm. Hər nəysə indi nə ad verirlər versinlər. Keçək təəssüratlara:

Mən ancaq birinci günü iştirak elədim (ikinci gün iştirak etməyimə səbəb olan təəssürat yaranmadı). 15 təqdimat oldu. Bu təqdimatların 6 +1 dənəsi Rus dilində oldu. Qalanları Azərbaycan dilində. Tədbirdə olan bu qədər təqdimatın heç birini developerlər etmədi. Mənə ən təəccüblü gələn bu qədər təqdimat edən oldu amma heç birində developerlər deyildi. Yəni, bir tədbirinki adı internetlə bağlı ola amma bir dənədə olsun developerin məruzəçi qismində çıxış etməməsi tədbirin keyfiyyətini avtomatik olaraq şübhə altında qoyur.

Çıxışları proqram ardıcıllığı ilə dəyərləndirsək:
(Ətraflı oxuyun…)

, , , , , , , , , , , , , , , , Gizli

« Əvvəlki

Next Page »

Axtar tap!

Theme Design by devolux.org