Oxatan.com | Web 2.0 və Internet

CAT | İnternet

Nov/09

27

ilk10.az Xəbər Reytinqi

ilk10Eşitdiyimə görə ilk10.az`da yaxınlarda yeni bir xidmətini istifadəyə verəcək.  Bu dəfə xəbər saytlarının reytinqi ölçüləcək. Maraqlı bir alqoritmlə ölçüləcək reytinqdə əsas amil xəbər yayımındakı operativ və daha çox məlumat yaymaq əhəmiyyətli olacaq. Hesablama haqqında daha ətraflı servis fəaliyyətə başlayandan sonra yazaram (birdən dəyişiklik olar).  (Ətraflı oxuyun…)

, , , , Gizli

Nov/09

21

2000-09 illərin top 10 hadisəsi

top10

Webby Awards tərəfindən açıqlanan siyahıda son 10 ildə olan (2000-2009) və dünyanın gedişatını dəyişdirən hadisələr yer alıbdı.

Hətta komisya üzvləri ən vacib internet ilinin də hansı olduğuna qərar veriblər. Bu da ən çox hadisənin olduğu ildir. Google`un Youtube`u satın aldığı, Twitter`in qurulduğu, Facebook`un hər kəsə açıq elan olunduğu 2006`cı il son 10 ilin dönüş nöqtəsi olaraq göstərildi. Məncə həqiqətəndə dünyanın texnoloji  inkişaf axarına təsir edən amillərdəndir.

İllər və hadisələr isə belədir: (Ətraflı oxuyun…)

, , , , , , , , , , Gizli

Nov/09

4

Quru statistika

dayazDünən bir dostumun Day.az`dan göndərdiyi linki gördüm.  Guya Статистика посещаемости новостного портала Day.Az по версии Google Analytics“.

Mənə də maraqlı gəldi. Dedim bir oxuyum görüm nə var nə yox. Yəqin çox oxuyucu bilər. Bilməyənlər üçündə mən deyimki, day.az hələ statistik göstəricilərini açıq formatda heç vaxt təqdim etmir. Bunu nə müştərilər üçün, nə də reklam agentlikləri üçün açmırdı.  İndi dedim görüm deyəsən nəsə yeni xəbər oxuyacam. Amma girib baxanda yenə təzə heçnə görmədim. Sadəcə olaraq quru rəqəmlərin sıralanmasından başqa heçnə yox idi. (Ətraflı oxuyun…)

, , Gizli

Aparılan bir araşdırmaya görə internet səyyahlarının son zamanlardakı statistik rəqəmləri açıqlanıbdı.

statistik Baxanda aydın görünürki Firefox əməlli-başlı bazarda özünə yer eləyibdi – 34%-dən daha çox olubdu. Bunu çox normal qəbul edirəm. Elə mənimdə ən sevimli browserimdir. İnsanların bu qədər çox istifadəsinə çox səbəb olansa onun addonslarıdır təbii ki. İnternetdən istifadəni daha da rahatlaşdırır.  Statistikada digər diqqət çəkən məqam isə Chrome`un bazar payı faizidir. Artıq Chrome istifadəsi 5%-dir. Üstəlik artan qrafika ilədə davam edir.  Gümanki gələcəkdə daha da artacaq.  Fikirləşəndəki Chrome OS istifadəyə veriləcək və Google Wave`in istifadəsi yayğınlaşacaq onda Chrome istifadəsi çoxalacaq.
(Ətraflı oxuyun…)

, , , , , , , , , , , , , Gizli

Oct/09

23

Düzgün işləməyən Alexa reytinqi

Bu dəfə oxumuzun ünvanı Alexa olacaq.  Fikrimcə ziyarətçilərimizin böyük əksəriyyətinin bu reytinq haqda kifayət qədər xəbəri var. Alexa reytinqinin güvənilməz olduğunu dəfələrlə müzakirələr zamanı qeyd etmişəm.  Onu deyim ki, Alexa`nın ölkələr üzrə reytinq siyahısı var. Buradan da hansı ölkədən ən çox hansı saytları ziyarət ediblər görmək olur. Əsasən ilk 100 saytı verirlər. Bəzi statistik məlumatlarda isə həmin siyahı əsas götürülür. Ancaq bu siyahının Azərbaycan üçün doğruluq payı demək olarki y0x dərəcəsəindədir. Çünki siyahıya düşən saytların reytinqi, həmin saytların istifadəçilərinin internet səyyahında qurulmuş olan Alexa toolbarına uyğun olaraq hesablanır.  Yəni əgər siz hansısa sayta daxil olursunuzsa və sizin Alexa toolbarınız yoxdursa o sizi ziyarətçi kimi qeydə almayacaq. Bu tip statistika ola bilsinki ABŞ, Rusiya, Çin kimi çox əhalisi çox olan ölkələrin statistikasına mənbə kimi göstərilə bilsin. Çünki əhali həddindən çoxdur və faiz nisəbit ilə ümumi öz təsirini göstərir.  Ancaq yenədə düzgün məlumatlar demək olmaz.

Düzdür bu sözləri elə həmişə deyirəm. Bu dəfə isə bir az daha ətraflı araşdırma ilə təqdim etmək istəyirəm. Alexa ilə Google Analytics statistikalarını qarşılaşdıracam:
(Ətraflı oxuyun…)

, , , , , Gizli

Oct/09

19

Mobil bazarımızda inqilab – Mobile Advertising

Mobile Advertising

Mobile Advertising

Yəqin çox internet istifadəçisinə məlumdurki Azərbaycanda internet reklamçılığı demək olarki mövcud deyil. Heç bir online ads sistemimiz yoxdur. Bəzi ölkələrdə hətta bu tip sistemlər bir neçə dənədir. Amma bizim internet bazarında heç biri də yoxdur.  (Yumroo`nunkini heç hesaba qatmıram. O formalnı bir şeydir) . Bu tip adds`lərin olması inkişafa böyük kömək edir. Heç bir marketing və s. əlaqələri olmayan saytlarda bu tip sistemlər vasitəsilə həm reklam tapa bilir, həmdə reklam verənlər belə saytlarla rahat əlaqələr qura bilirlər. Bu sistem bizim bazarda çatışmır, nə vaxtda olacağı sual altındadır.

Digər tərəfdən onu deyə bilərəmki Azərbaycanda ümumi nisbətinə görə mobil saytlar veb saytlardan daha çox gəlir əldə edirlər.  Buna səbəblər müxtəlifdir, telefonların çox yayılması, nəticədə yüksək istifadəçi, bundan əlavə sms satışı, mobile ads və s. Artıq Mobil bazarda yerli fiqurda olacaq. Bu yeni reklam sistemi olan Moxito.az -dır. Əslində bu tip yeni saytlar haqqında özüm yazırdım. Ancaq bu dəfə məlumatı sistemin yaradıcısı Rəşad Əliyev`in özündən aldım.
(Ətraflı oxuyun…)

, , , , , Gizli

« Previous Page« Əvvəlki

Sonrakı »Next Page »

Axtar tap!

Theme Design by devolux.org