Oxatan.com | Web 2.0 və Internet

CAT | Start-up

Oct/09

19

Mobil bazarımızda inqilab – Mobile Advertising

Mobile Advertising

Mobile Advertising

Yəqin çox internet istifadəçisinə məlumdurki Azərbaycanda internet reklamçılığı demək olarki mövcud deyil. Heç bir online ads sistemimiz yoxdur. Bəzi ölkələrdə hətta bu tip sistemlər bir neçə dənədir. Amma bizim internet bazarında heç biri də yoxdur.  (Yumroo`nunkini heç hesaba qatmıram. O formalnı bir şeydir) . Bu tip adds`lərin olması inkişafa böyük kömək edir. Heç bir marketing və s. əlaqələri olmayan saytlarda bu tip sistemlər vasitəsilə həm reklam tapa bilir, həmdə reklam verənlər belə saytlarla rahat əlaqələr qura bilirlər. Bu sistem bizim bazarda çatışmır, nə vaxtda olacağı sual altındadır.

Digər tərəfdən onu deyə bilərəmki Azərbaycanda ümumi nisbətinə görə mobil saytlar veb saytlardan daha çox gəlir əldə edirlər.  Buna səbəblər müxtəlifdir, telefonların çox yayılması, nəticədə yüksək istifadəçi, bundan əlavə sms satışı, mobile ads və s. Artıq Mobil bazarda yerli fiqurda olacaq. Bu yeni reklam sistemi olan Moxito.az -dır. Əslində bu tip yeni saytlar haqqında özüm yazırdım. Ancaq bu dəfə məlumatı sistemin yaradıcısı Rəşad Əliyev`in özündən aldım.
(Ətraflı oxuyun…)

, , , , , Gizli

Oct/09

10

Salam Blogosfera

Uzun zamandırki Oxatanda yazmağa ara vermişdik.  Səbəb yazmağa vaxt qalmadığından idi. İstər Universitetin son kursunda oxumaq , istərsədə Barcamp qarışıq bir sıra işlərin olması blogingə vaxt ayırmağa imkan vermirdi. Ancaq ilk fürsətdən yenidən blogosferaya salam demək qərarına gəldik. İlk əvvəl blogu Wordpress platforması ilə əvəzləşdirdik. Dizayn isə hazır şablondur hələki. Hesab edirəmki yazıları oxumaq üçün ilk başda bu şablonda kifayət edər. İmkan etdikdə yeni şablon da əlavə edəcəyik.

Yeri gəlmişkən Oxatanda 1 ildən xeyli çoxdurki yazırdıq. Həmin arxivə buradan baxa bilərsiniz.

, Gizli

Axtar tap!

Theme Design by devolux.org