İyul 20
London universitetinin xəstəxanasında çalışan alimlər kirləndiyi zaman xəbərdarlıq edən klaviaturaların hazırlanması ideyası ilə çıxış ediblər. Mikrobioloq doktor Peter Vilson klaviaturanın yaradılmasında müstəsna rola malikdir. Çünki onun apardığı araşdırma nəticəsində bəlli olub ki, bir klaviaturadakı mikrobların sayı unitazdakı mikrobların sayından 5 dəfə çoxdur. Bir ofisdə istifadə edilən bilgisayarın klaviaturasından alınan örnəklər götürən Vilson bildirib ki, ofis işçilərinin xəstələnməsinin və ya mədə iltihabı ilə qarşılaşmasının əsas səbəbi klaviaturalardır. Rəhbərliyi altında çalışan həkimlərin və tibb bacılarının müayinədən əvvəl əllərini yumaları üçün xəbərdar etdiyini söyləyən mikrobioloq tibbi personala infeksiyaların klaviaturalardan keçdiyini düşünür. Belə infeksiyalar əllərdən bədənin digər hissələrinə keçir. Buna görə də tibb işçilərindən klaviaturalara toxunduqdan sonra mütləq əllərini yumaq tələb edilir. Mikrobioloqların araşdırmaları 12 saatdan bir təmizlənməyən yeni model klaviaturalarda bakteriya səviyyəsinin "P" (3,14) olduğunu göstərib. İnfeksiyaların yayılmasında klaviaturanın düymələri daha çox rol oynayır. Yeni klaviaturada isə düymələrin altında gizlədilmiş sensorlar var. Amerika şirkəti "Advanced Power Components" tərəfindən istehsal edilən klaviaturada bir-birinə birləşdirilmiş və 3 - 12 saatdan bir xəbərdarlıq siqnalı verən işıqlı xəbərdaredici sistem mövcuddur. Klaviaturanın üstü bakteriyaların inkişafının qarşısını almaq üçün xüsusi hipoallergenik materiallar ilə örtülüb.
İyul 20
Yeni formatda MiniBar

22 iyul, saat 16:00-da “BarKamp Azərbaycan 2008″ qeyri-kofransına hazırlıq çərçivəsində təşkl edilmiş növbəti MiniBar olacaq.
Yeri formatda təşkil edilmiş MiniBar-da BarKamp haqqında məlumatdan başqa hər hansı bir mövzu haqqında seminar olacaq.
Mövzu: Azərbaycanda WAP və inkişafı
Seminarın planı:
* mobil İnternet və wap
* mobil internet istifadəçiləri
* mobil saytlar
* mobil operatorlarda vəziyyət
* azərbaycanda wap-dan qazanc
* dünya praktikası
Məruzəçi: Rəşad Əliyev
Ünvan: “RİA Novosti” agentlyinin zalı (Bəşir Səfəroğlu küç. 195)
Əlaqə:
(+994 50) 6482737
rashad_a@barcamp.az
www.barcamp.az
İyul 15
ilk10.az sayğac sistemi yeniləndi
Yayda boş oturmayanlardan biri də ilk10.az saytı imiş. Bu gün sayta baxanda yeniləndiyini gördüm. Orangestudio tərəfindən saytda yenidənqurma işləri aparılıbdır. Elə rəngdə stduionun rəng çalarlarına oxşayır. Narıncı rəngdən çox istifadə olunubdu. Web 2.0 standartlarından istifadə olunubdu. Saytın ümumi strukturasında elədə köklü dəyişiklik olmayıbdı. Sadəcə son blog yazılırının əsas səhifədə düşməyi adamda ümid yaradırki bəlkə blogları tez-tez yenilənər. Yenilikləri barədə İlk10`nun öz blogundan sitat gətirim.
Uzun zamandır server və dizayn problemləri ilə fəaliyyət göstərən ilk10.az sistemi, bu gün həm yeni dizayn ilə, həm də yeni , sürətli server ilə fəaliyyətini yeni səviyyədə davam etdirir.
Bir sıra yeni funksional imkanlar artıq işə salındı, bir çoxu isə yoldadır :).
Sağlıqla işlədin.
p.s.
Əsas yeniliklər :
- Şəbəkə alətləri funksionallığı
- Geniş qlobal statistika
- Kontekst yardım sistemi
Ən əsas olaraq ilk10nun serverinin həftədə 7-8 dəfə özündən getməyi düzəlsə əla olar. Əksər hallarda saytlarda qarşılaşdığım o olurdiki, ilk10nun sayğac ikonun açılmırdı. Bu ən çoxda wap saytlarında böyük mənfilik idi. Çünki beləcə çox kontur gedir eyni zamanda saytın açma sürətidə yavaşlayır. Belə hallar ilk10`a istifadəçilərini itirdə bilərdi. Bundan sonra artıq hər şeyin yoluna düşəcəyinə və saytın tam gücü ilə işləyəcəyinə ümid eləyirəm. Xeyirli olsun inşa Allah saytın yenilikləri. Daha çox yenilikləridə gözləyirik. UĞURLAR!!

İyul 14
Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur
Mincom.gov.az `dan belə bir məlumat əldə etdimki dünyanın ən papulyar sosial şəbəkələrindən olan Facebook Azərbaycan dilinə tərcümə olunur. Əvvəla xəbəri oxuyun:
Facebook – ümumdünya sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur.
Bu bərədə məlumat verən, könüllü tərcüməçilərdən biri Turxan Kərimov qeyd edib ki, hazırda bütün saytın tərcümə işləri başa çatmaq üzrədir. Şəbəkənin azərbaycan dilinə tərcüməsi nəticəsində saytda, ingilis dilini bilməyən azərbaycanlı istifadəçilərinin sayı artacaq, 1news yazır. Qeyd edək ki, hazırda Facebook-un dəstəklədiyi dillərin sayı 17-yə çatıb.
2004-cü ildən fəaliyyət göstərən Facebook sosial şəbəkəsi uzun zaman MySpace-dən sonra qlobal şəbəkədə istifadəçi sayına ikinci yerdə olub. Lakin cari ilin aprel ayında hər iki resursun istifadəçi sayı bərabər, yəni 115 milyon istifadəçi təşkil edib.
Ancaq niyəsə xəbər mənə bir az qeyri ciddi təsiri bağışladı. Əvvəla şəbəkənin rus dilli versiyası çox yaxın zamandırki hazır olubdu. Yəni Rusiya kimi, rus dili kimi böyük auditoriyanı belə gec nəzər alan Facebook, Azərbaycan dilini çətin bu tezliklə nəzərə ala. Xəbərdən də görsənirki bunu istifadəçilər tərcümə eləyib yollayacaqlarki saytda yerləşdirsinlər. Ancaq inanılası deyilki Facebook kimi bir şirkət dili redaktə etmədən, mütəxəsislərə göstərmədən saytda yerləşdirsin. Mən də inanmıramki, Azərbaycan dili üzrə onlarda mütəxəsis ola. Yəni yəqinki Facebook`u yaxın zamanlarda Azərbaycan dilində görməyəcəyik.

İyul 12
Sorğunun nəticələri.
Hansı provayderi məsləhət görürsüz ( dial up üçün )
Səs verib: 132 nəfər
Bir neçə vaxt əvvəldən bəri davam elən sorğunu fikirləşdimki başa çatdırım. Əslində bu sorğunun nəticəsi əvvəlcədən bəllid idi. Bizim bu dial-up`la qoşulmağa çalışdığımız internetdən nə sürət gözləmək olarki, Amma yenədə sorğu baş verdi. Bu vaxta kimi də 132 səs qəbul olunubdu. Təbii ki, ən çox səs ən ideal varianta verilibdi: " ADSL almasanız internetə həsrət qalacasınız..." Respondentlərin 24%-i yəni 32 səs alıbdı bu variant. Ümumiyyətlə sorğuya yazdığımız provayderlərdən isə ən çox sürətli hesab olunan Adanet olubdu. İlk üçlüyü bunlardır.
1. Adanet
2. Azeronline
3. Aztelekom
Nəzərinizə çatdırımki 2-ci və 3-cü yerlər muvafiq olaraq hərəyə 12% səs yığıblar. Hər halda son nəticədə belə fikir yaranırki gedin ADSL alın.
İndi isə növbəti bir sorğu tərtib elədik. Buyurun iştirak edin.
| Adanet - 28 (21%) |
|
|
| Azeronline - 16 (12%) |
|
|
| Aztelekom - 16 (12%) |
|
|
| AvirTel - 7 (5%) |
|
|
| Uninet - 7 (5%) |
|
|
| Bakinternet - 5 (4%) |
|
|
| Intrans - 8 (6%) |
|
|
| Connect - 10 (8%) |
|
|
| LiderKart - 2 (2%) |
|
|
| Oxygen - 1 (1%) |
|
|
| Extranet - 0 (0%) |
|
|
| ADSL almasanız internetə həsrət qalacaqsınız... - 32 (24%) |
|
|
Bir neçə vaxt əvvəldən bəri davam elən sorğunu fikirləşdimki başa çatdırım. Əslində bu sorğunun nəticəsi əvvəlcədən bəllid idi. Bizim bu dial-up`la qoşulmağa çalışdığımız internetdən nə sürət gözləmək olarki, Amma yenədə sorğu baş verdi. Bu vaxta kimi də 132 səs qəbul olunubdu. Təbii ki, ən çox səs ən ideal varianta verilibdi: " ADSL almasanız internetə həsrət qalacasınız..." Respondentlərin 24%-i yəni 32 səs alıbdı bu variant. Ümumiyyətlə sorğuya yazdığımız provayderlərdən isə ən çox sürətli hesab olunan Adanet olubdu. İlk üçlüyü bunlardır.
1. Adanet
2. Azeronline
3. Aztelekom
Nəzərinizə çatdırımki 2-ci və 3-cü yerlər muvafiq olaraq hərəyə 12% səs yığıblar. Hər halda son nəticədə belə fikir yaranırki gedin ADSL alın.
İndi isə növbəti bir sorğu tərtib elədik. Buyurun iştirak edin.
İyul 10
Google`dan yeni xəbərlər.
Google üçölçülü sosial şəbəkə istifadəyə verib.Google axtarış sisteminin rəsmi bloqunda, şirkətin personajları hərəkət edən, üçölçülü sosial şəbəkənin istifadəyə verməsi haqda deyilir. Yeni məhsul Lively adlanır və bir çox cəhəti ilə Second Life oynunu xatırladır. Lakin oyundan fərqli olaraq, müvafiq plaqini qurduqdan sonra o, brauzerdə birbaşa işə düşür.
Lively istifadəçilərinə özlərinin üçölçülü hərəkət edən personajlarını yaratmağa təklif olunur. Personajın cinsini, üz cizgilərini, saç düzümünü və geyimini seçmək olar. Personajı seçdikdən sonra, adi sosial şəbəkə səhifəsinin analoqu olan özünüzün virtual otağınızı tərtib etməlisiniz.
Otaq üçün, müxtəlif növ interyer əşyalarını əlavə etməyə mümkün olan bir neçə şablon nəzərdə tutulub. Məsələn YouTube videogörüntüsünü göstərən televizor, mebel və ya fotoşəkilli çərçəvələr.
Kataloqun köməyi ilə, müxtəlif iştirakçıların otaqlarını gəzmək mümkündür. Otaqların içində ünsiyyət zamanı, hər bir dialoq iştirakçısının yanında komikslərdə olduğu kimi, şərhli “qabarcıq” peyda olur.
İstənilən sosial şəbəkədə olduğu kimi, Lively şəbəkəsindədə dost tapmaq olar. Bundan ötrü istifadəçiləri öz otağınıza dəvət etmək kifayətdir. Lively yaradıcıları, üçölçülü hərəkətli sosial şəbəkənin – “iş vaxtınızın 20%-ni şəxsi layihələrinizə xərcləyə bilərsiniz” – şüarını əsas tutan, Google şirkətinin fəaliyyət prinsipləri sayəsində, onların şəxsi təşəbbüslərilə hazırlandığını qeyd ediblər. Hazırda Lively sosial şəbəkəsini ancaq Microsoft Internet Explorer və Mozilla Firefox brauzerləri dəstəkləyirlər.
Google XML dilinin əvəzedicisini təklif edib.
InformationWeek nəşrinin yazdığına görə, 7 iyul tarixində Google şirkəti bütün istəyənlərə, hamı tərəfindən qəbul olunmuş XML əvəzinə, verilənləri daha effektiv təsvir edən Protocol Buffers dilindən istifadə etməyə təklif edib. Protocol Buffers formatındakı məlumatlar faylı, XML fayllarından 3-10 dəfə kiçikdir və məlumatların çeşidlənməsi 20-100 dəfə sürətli olur.XML-dən fərqli olaraq, Protocol Buffer formatı istifadəçi tərəfindən oxunmaq üçün nəzərdə tutulmayıb. Bundan əlavə, verilənlərin anlaşılması üçün .proto-fayl lazımdır. Protocol Buffers formatı 2001-ci ildə hazırlanılıb və praktiki olaraq Google tərəfindən, strukturlaşdırılmış informasiyanın saxlanılması lazım olan hər yerdə istifadə olunur. Öncə o, axtarış indeksinin yerləşdiyi serverlərin sorğu və cavablarının formalaşdırılması üçün hazırlanmışdır.
Google əməkdaşlarının özəl məlumatlarını itirib.
Goolge şirkətinin hüquqşünası Levis Siqal tərəfindən baş prokuror Nyu-Gemprişə ünvanlanmış məktubuna əsaslanaraq InformationWeek nəşri, Google internet-şirkətinin əməkdaşları haqda məlumatların ötən ay itirilməsi barədə xəbər verib. Axtarış-sistemi əməkdaşlarına məxsus şəxsi informasiyalar, personalın idarə olunmasında Google-a xidmət göstərən Colt Express Outsourcing Services şirkətinin ofisindən oğurlanmış kompüterlərdə saxlanılırdı.Oxşar məktubu axtarış-sisteminin zərər çəkmiş əməkdaşlarıda alıblar. Colt Express Outsourcing Services şirkətinə məxsus kompüterlərin yaddaşında, əməkdaşın adı, soy adı və doğum tarixi, sosial sığorta kartının nömrəsi, sürücü vəsiqəsi və bank kartının nömrəsi kimi məlumatlar saxlanılıb.
Google nümayəndələri qeyd edirlər ki, hələki ziyankarlar tərəfindən oğurlanmış məlumatlar istifadə olunmayıb. Oğurlanmış kompüterlərdə saxlanılan məlumatlar, Google şirkətinin 31 dekabr 2005-ci ilə dək bütün keçmiş və işə qəbul olunmuş indiki əməkdaşlarına aiddir.
Kompüterlər Express Outsourcing Services şirkətinin, Kaliforniyanın Uolnat Krik şəhərində yerləşən ofisindən 26 may tarixində oğurlanılıb. Google əməkdaşlarına məxsus məlumatlardan əlavə, oğurlanmış kompüterlərdə Avant Corp, Bebe, CBS, CNET Networks, Ebara Technologies və Punahou School kimi şirkətlərin işçilərinə aid informasiyalar da olub.
İyul 10
Planetimizin ən populyar əməliyyat sistemləri
Təhqiqatlar aparan Net Applications şirkəti maraqlı məlumatlar təqdim edib. Sən demə, hamı tərəfindən yaxşı tanınan Windows Vista əməliyyat sistemi, bütün dünya kompüterlərinin 16.14 faizində qurlaşdırılıb.
Bu göstərici yeni istifadəyə verilmiş əməliyyat sistemi üçün heç də pis deyil. Lakin bu rəqəm, sözügedən əməliyyat sisteminin yayılması üçün şirkətin göstərdiyi səylər qarşısında müqaisə edilməz dərəcədə azdır. Özünüz müqaisə edin – liderliyi hamı tərəfindən sevilmiş, planetimizin 71.2% kompüterlərini əsarəti altında saxlayan Windows XP əməliyyat sistemi edir.
Çoxlarının unutduğu, 2.11% kompüterin əməliyyat sistemi olan Windows 2000 hələdə mövcudluğunu davam etdirir. Softver nəhəngi ilə apardığı mübarizəyə baxmayaraq, Linux əməliyyat sistemi sevənlərin sayı 1 faizə çatmır. Onların miqdarı çox sadə – 0.88% rəqəmi ilə kifayətlənir. Gözlənilməz olsa da, lakin faktdır ki – Aplle tərəfindən hazırlanan əməliyyat sistemlərinin populyarlığı artmaqda davam edir. İndi bu göstərici ümumi bazarın 7.94 faizini təşkil edir.

Ümumdünya internet-fəəlakətin qarşısı alındı
ZDNet yazır ki, bir neçə iri İT-korporasiyaları, həmçinin Microsoft, Sun və Cisco, əlaqəli olaraq, domen adları internet-ünvanının uyğun olmasına cavab verən DNS sistemdə aşkar olunan ciddi zəifliyi aradan qaldıran patç hazırlayıblar. Zəiflikdən istifadə edən ziyankarlar, trafiki istənilən veb-ünvandan öz serverlərinə yönəldə bilərdilər.
DNS-də mövcud olan səhfi, yarım il bundan öncə, IOActive şirkətinin təhlükəsizlik üzrə mütəxəssisi Den Kaminski açkar edib. O, bu barədə informasiyanı birbaşa olaraq aidiyyatı olan şirkətlərə ötürmək qərarına gəlib və müzakirə zamanı sinxron olaraq patç hazırlamağa xahiş edib.
Kaminskinin sözlərinə görə, ziyankar, 0-65000-ə dək olan təsadüfi identifikasiyalaşdırılmış nömrəni tapa bilər və serverin cavabını saxtalaşdıra bilər. Məsələn, bu halda istifadəçi bankın və ya internet-mağazanın saxta serverinə düşür.
Düzəlişdən sonra idendifikasiyalaşmış nömrəni demək olar ki, tapmaq mümkün olmayacaq. Öz DNS-serverinizi, DNS Cache Poisoning adını almış zəifliyin olub-olmamasına görə doxpara.com ünvanında yoxlaya bilərsiniz. Fərdi kompüterlərin çoxsunun, DNS Cache Poisoning zəifliyindən 30 gün ərzində avtomatik qorunması gözlənilir.

İyul 09
Porno saytları mediaya artıq tez-tez çıxmağa başlayır
Son zamanlarda porno sektoru haqqında xüsusilədə uşaq pornosu haqqında çox danışılır. Əslində çox gec danışmağa başlayıblar. AzNetdə sıx rast gəlinməsədə amma Azərbaycanın wap saytlarının əksəriyyətində 18+ və ya xxx club və ya nə bilim buna bənzər bölmələri görmək çox adi hal alıbdı. Reytinq`i qaldırmağın çox asan yolunu seçən sayt sahibləri istəklərinədə nail olurlar. Bu mövzuya bundan əvvəl bir ox atmışdıq. Elə ona görə də bu dəfə sözümü çox uzatmayacam. Əvvəla ötən yazımıza baxmaq fikrimizi çatdırmağa kifayət elər. Sonrada indiki yazımızın səbəbini deyim ki, xəbər saytlarından birində qarşıma çıxan bir yazını sizin də nəzərinizə çatdırmaq istəyirəm.
Ölkədə idarə olunan porno saytların sayı 1000-ə çatıb.
"Gənc Liderlər" Uşaq Təşkilatının İdarə Heyətinin növbəti toplantısı keçirilib. İclasda çıxış edən təşkilatın sədri Fərid Şahbazlı Azərbaycan gənclərinin və uşaqların mənəviyyatının ciddi təhlükə altında olduğunu diqqətə çatdırıb. Bildirib ki, təşkilatın apardığı araşdırmalar zamanı son bir ildə ölkəmizdə idarə olunan porno saytların sayı 1000-ə çatıb. Son vaxtlar bu cür saytların "vap" internet proqramı vasitəsilə mobil telefonlara da yol açmasını daha ciddi problem sayan Fərid Şahbazlı bütün bunları nəzərə alaraq bu cür saytların heç bir maneəsiz fəaliyyətinə virtual məkanda sərbəstliyin olması kimi bəhanələrlə son verilməməsini qətiyyətlə pisləyib. Təşkilat sədri nazirlikdən uşaq pornoqrafiyasını, zorakı porno görüntüləri yayımlayan saytları ləğv etməyi tələb edib.

İyul 08
Firefox 3 Ginnessin rekordlar kitabına düşüb
Mozilla Firefox brauzeri 24 saat ərzində 8 milyon 2 530 dəfə yüklənilib.
Mozilla Firefox 3 bruzeri, buraxılmasından sonra sutka ərzində proqramın yükləmə sayına görə dünya rekordunu müəyyən edib. Bu brauzer 24 saat ərzində 8 002 530 dəfə yüklənilib. Bu göstərici Ginnessin rekordlar kitabında qeyd olunub.
Ginnessin rekordlar kitabını təmsil edənlər, yükləmə miqdarını iki üsulla sayıblar. Birincisi, onlar Mozilla-nın statistikasından məlumat alıblar. İkincisi isə, yükləmələrin qeyd olunduğu serverlərdən götürülən məlumatları əsas tutublar.
Son məlumata görə, Mozilla Firefox 3 brauzeri 28 milyon dəfə yüklənilib. Mozilla Firefox brauzerinin əvvəlki versiyası çıxışından sonra birinci sutka ərzində cəmi 1.6 milyon dəfə yüklənilmişdi. Mozilla Firefox 3 üzərində çalışmalar 2006-cı ilin sonunda başlanılıb və brauzerin koduna 15 mindən çox dəyişiklik edilib. Ötən versiya ilə müqaisədə təzə versiya onlarla yeni funksiyaya malikdir.