Bu gün qogal`a baxanda gördümki bu dəfə də inet`in sayğacı digərlərindən geri qalır. Fikirləşdimki yəqin bu dəfədə nəsə server filan problemidir. Onsuzda belə baxanda Azərbaycandakı reytinq sistemləri azı həftədə bir dəfə nəsə problemlə üzləşir. Nəsə, uzun sözün qısası məndə sayta daxil oldumki görüm nə var nə yox. Sən demə sayğac sistemi yenilənibmiş. Düzdü bunlarda yenilənmədə kataloq.net kimi görünüşü tamamilə dəyişdirməyiblər. Görünüş üzərində bir az dəyişikliklər edərək yenidən işlənibdi. Mənə daha çox rusların web 2 dəsti xəttini xatırlatdı. Ola bilsin bəlkədə elə rusların əl əməyi var.
Səhifə isə yeni stildə, yəni .css ağırlıqlı yığılıbdı. Bu çox yaxşı haldır. Azərbaycan internetində belə saytlar çox deyil. Amma I.E 6 üçün saytı uyğunlaşdırmayıblar. Ola bilsinki bunu lazımsız biliblər. Amma internet istifadəçilərinin heç də az qismi bu səyyahdan istifadə etmir. Məsələn Xazar`ın ziyarətçilərinin təqribi 75%-i saytı I.E ilə ziyarət edir və həmin 75% I.E `dən təqribi 45%-i 6-cı versiyasını istifadə edir. Buna görə də hələ də I.E 6`nı nəzərə almaq lazımdır... Əlavə: Sonradan baxdımki daxili səhifələrdə FireFoxdan baxanda da ora-bura qaçmalar nəzərə çarpır.
Bir neçə müddət əvvəl başlamış Bahooo reklam kompaniyası ayın birində sonlanmış və hansı kompaniyaya məxsusluğu da bilinmişdi. Bu ölkənin aparıcı banklarından olan Unibanka məxsus tizer reklamı idi. Bəzi adamlar reklam davam edən vaxtlarda onun hansısa yahoo bənzəri bir portal filan kimi bir sayt olacağını hesab edirdilər, bəziləri hansısa yeni məhsulun reklamı olacağını düşünürdülər. Amma bu nida sözünün, bank reklamı üçün istifadə olunduğu meydana çıxdı. Hətta kompaniyaya maraqlı sonluq gəldi, vəd edilən mükafatların verilməsi internetdən canlı yayımlandı. Texniki dəstəyi hələ yaranmaqda olan video paylaşım saytı Div.az (
daha tam fəaliyyətə başlamayıbdı, gözləyirik belini dikəldib, fəaliyyətə başlasın onun haqqında da bir-iki kəlmə qaralayaq ) həyata keçiridi. Canlı yayımlanan qalib seçimi deyərdimki Azərbaycanda mənim bildiyim ilk təcrübə idi. Elə ilk olduğuna görədə həm çox uğurlu idi həmdə müəyyən qüsurları gözə dəyirdi... Bəlkədə bu qüsurlar subyektiv fikrin nəticəsidir, ancaq qeyd eləmədən keçmək istəmədim. Məsələn aparıcının danışıq tərzindən və vəziyyətə hakimliyindən naşı olmadığı görsənirdi. Amma elə danışıq tərzindən də nəsə bir qədər bu tip konseptdən daha çox hansısa əyləncəli verlişin aparıcısıymış kimi təsir bağışlayırdı. Belə rolu dildə desəm "ət tökən" aparırdı bir az. Başlanğıcdakı hərəkətləri və telefonda danışığı bunu yazmağıma səbəbdir. Ola bilsinki bu təkcə mənə belə təsir bağışlasın. Digər tərəfdən yayımdan qabaq efir makyajı olmamış kimi görsənirdi. Aparıcının istidən əziyyət çəkdiyi və və üzündə tər damcılarının olduğu hiss olunurdu. Hətta arada əli ilə alnını , üzünü də silirdi.
Digər tərəfdən adlarını oxunuşu zamanı telefon nömrəsini tamamilə səsləndirmək də fikrimcə etik cəhətdən düzgün olmaz. Son 4 rəqəmini və ya sadəcə e-mailini səsləndirmək daha düzgün olardı. Ya da adı çəkilən bütün istifadəçilərlə telefon bağlantısı eləmək olardı.
Gördüyüm bu çatışmamazlıqlar xaricində hesab edirəmki uğurlu kompaniya oldu. Ən azından sonunda qaliblərin bu tərzdə, canlı yayımla seçimi gələcək kompaniyalarda iştiraka da inam yaratdı, və daha çox auditoriya cəlb elədi. İndi isə canlı yayımın video yazısına baxın:
Bu günlərdə kataloq.net`dən yeni xəbər eşidildi. Saytın görünüşü bir balaca yeniləndi. Düzdür tam 2.0 formatına keçid olmayıbdı. Sadəcə görünüşdə cuzi dəyişiklik var. Ancaq funksionallıq cəhətdən çox əhəməyyətli bir bölmə əlavə olunubdu. Bu kompass - müəssisə və qurumlar kataloqudur. Kataloqun blogundan sitat:
2006-ci ildən bəri istifadəçilərini yenilikləri ilə sevindirən Kataloq.NET bir yenilik daha. Nəhəng Ümumdünya İnformasiya Sistemi Kompas International standartları üzrə buraxılan KOMPASS AZERBAIJAN və Azərbaycanını Elektron Kataloqu olan Kataloq.NET resurslarını birləşdirib, siz, istifadəçilər üçün misilsiz bir xidmət təqdim edir!
Artıq KOMPASS AZERBAIJAN kataloqunda yer alan 6.500-dən artıq müəssisə Kataloq.NET saytının bazasında yerləşdirilmişdir. Genişləndirilmiş axtarış vasitəsi ilə həmin müəssisələr arasında istədiyinizi asanlıqla tapa bilərsiniz.
Ümumiyyətlə kataloq.net resurs baxımından öz kateqoriyasında liderliyi ilə seçilirdi, bu yenilik isə bir az daha üstünlük yaratdı. Ümid edirəm növbəti dəyişiklik xəritə ilə bağlı olar...
Bu yazını yazaraq klaviaturaya ona görə əziyyət verirəm ki, yeni bir "atıcılıq faktı" üzə çıxarmışam. Düzü əgər sizdə mənim ki "
əhli-aznet"sinizsə bu xəbər o qədər də təəcüblü olmamalıdır. Amma bu dəfə məni təəcübləndirən "milli atıcılıq" ənənələrinə xilaf çıxılmasıdır. Yəni mentalitetimiz hər sahədə olduğu kimi burda da əldən gedir. Artıq atıcılığıma əcnəbiləri də alət edirik. Konkret ad çəkmək istəməsəm də mən oxu atıb yayı gizlədən Oxatan`lardan deyiləm. Söhbət Artemiy`dən su-istifadə olunmasından gedir. Bizim bu kiv.az kiməsə atmaq istəyir. İndi bilmirəm bu atılmaq istənilən mənim kimi "
qara istifadəçidir" yoxsa başqa birisi.. Bir dəfə açılıb bağlanandan sonra yenidən sayt fəaliyyət göstərmək qərarına gəlib deyəsən. Amma bizdə hər şey getdikcə inkişaf eləmək əvəzinə keyfiyyətsizləşdiyi kimi kiv.az da ənənəyə sadiq qalıb. Qurulub bir Wordpress. Həmin bu sözpərəstin də əyninə bir Deluxe Themes`in istehsalı olunan Comfy Magazine şablonu geyindirilib. Bura kimi hər şey aznet ənənələrinə uyğundur. Sözüm onda deyil amma əgər belə bir saytın məşhur dizayn studyası Art Lebedev Studio`ya aid olduğunu iddia eləsən bax olur bu gözünün içinə kimi yalan demək. Çünki hətta mənim belə ağlım kəsir ki, girim həmin studiyanın porotfilo səhifəsinə və yoxlayım görüm orda kiv.az deyilən bir zatdan əsər əlamət varmı? Siz əziyyət çəkib girmədən deyim ki boşuna axtarmayın, yoxdu. Çünki bu adamlar hələ Wordpress`ə şablon geyindirib altından da öz adlarını yazacaq qədər düşməyiblər.
Afərin aznetə.. məndə atanşikəm deyə orda burda öyünürəm.. Adam atanda belə atar..
Son vaxtlarda nəsə yaman mod halını alıbdı ki, xaker hücumlarını PR kimi istifadə eləmək. Hansı pullu sayta bir "tıkk" olur, tez o saat xəbər yayırki bəs biz o qədər "bomba" işləyirik ki, kimlərinsə gözü götürmüyüb hücum eliyiblər. Bununla da özlərinə PR edirlər, mətbuatda məlumat yaymağa çalışırlarki öz adları hallansın. Bunu başlanğıcını day.az qoymuşdu. Axırıncı dəfə isə lap camaatı bisavad yerinə qoyaraq yaydığı məlumatdan sonra gözdən düşdü. ADNA`da törədilən terror zamanı informasiya almaq məqsədilə internet resursların hamsına çoxlu müraciət olunmuşdu. Nəticədə əksər xəbər saytının fəaliyyətində fasilələr yaranmışdı. Səbəbdə aydındırki saytlara müraciətin kəskin artmasına serverlər tab gətirməyib həddindən çox yüklənir və fasilə meydana gəlirdi. Amma day.az bunu da özünə PR kimi istifadə elədi. Guya xakerlər hücum ediblər...
Bir neçə gün əvvəl (
daha dəqiq desəm 6 mayda ) isə mailimə daha bir press-reliz gəlmişdi - "Navigator.az" xakerlərin hücumuna məruz qaldı. Bunlar da deyəsən böyük qardaşlarının izi ilə gedərək, sonuncu yoldan istifə edirlər mətbuatda hallanmaq üçün. Belə xəbərlər yayıb, PR edirlərki bəs guya bunlarda "bomba" saytdır və xakerlər hücum edibdi. Bu xəbəri də götürüb minlərlə reytinqi olan xəbər saytları yazsın, bunlarında adı hallansın. ELə fikirləşirlərki haqqın yolunu tapıblar....
Bəs bu Navigator.az nə olan saytdır: Özlərinin dediyinə görə "Azərbaycanın milli informasiya-məlumat sistemi"dir. Amma adlarına yaraşan bir işləri yoxdur. Deməli belə görsənirki sayt informasiya-məlumat kataloqudur. Bununla belə isə saytda qətiyyən mövzuya dəxli olmayan və mənasız bölmələri də var. Əvvəla başlayaq "lətifələr" bölməsindən. Burdan belə çıxırki informasiya-məlumat kataloquna lətifələrin dəxli var. Bu lətifələrin formalaşdırmaq istədikləri imicə qətiyyən dəxli yoxdu. Digər tərəfdən var "gülməli şəkilər" bölməsi. Bu bölmədə elə lətifələr kimi mövzuya dəxli olmayan tamamilə reytinq xətrinə yaradılmış bölmədi. Çünki inammıram o qədər bisavadlıq olsunki, informasiya-məlumat sözünə bu bölmələrdən hansınınsa aidliyinin olmaması nəzərdən qaçsın. Bundan başqa daha iki bölməsi isə lap mənasızlığın son həddidir. Bölmələrdən biri "tanışlıq"dır. Tanışlığı informasiya kataloqu ilə əlaqələndirmək nə dərəcədə mümkündür, bu təxəyyül necə mövcud ola bilər? Bu həqiqətən maraqlıdır. Burada nəyi demək istəyirlər - "tanış olmaq istəyən insanların kataloqu"?... Bu tanışlıq sistemi standart partnyorluq əsasında qurulmuş sistemdir. Həmin sistemlə pul qazanmaq olur - sistem qurulmuş saytdan hər üzv olan istifadəçi müqabilində müəyyən məbləğ ödənilir. Navigatorda götürüb beş-üç manat qazanmağın dərdindən saytın səviyəsini heç eliyib bu tanışlığı qurubdu. Eyni ilə də "video" bölməsi. Smotri.com`un partnyorluğunu quraraq beş-üç manat qabağa düşmək üçün imicini büküb tullayır qırağa. Əslində elə bu cür məntiqsiz saytdan da elə xaker hücumlarını fəxrlə PR kimi istifadə etməyi gözləmək olardı...
Ölkənin ikinci böyük mobil operatoru olan Bakcell rebrendinq edərək, özünə yeni imic qazanmağa çalışır. Buna əvvəl tizer reklamlara başlayan Bakcell, kütlədə kifayət qədər maraq oyada bilmişdi. Hamı üçün maraqlı idi Aydanı, Muradı nəyə görə yaxından tanımaq lazımdır. Hətta bir ara elə gəldiki bu hansısa internet saytının ( tanışlıq və sosial şəbəkə ) reklamıdır. Amma qısa zaman sonra aydın olduki bu Bakcell`in reklamlarıdır. rebrendinqi reklam və marketing cəhətdən müzakirə etmək istəmirəm. Sadə istifadəçi kimi deyə bilərəmki hər halda indi Bakcell gözümdə köhnə bakcell deyil. Əgər servislərini daha da yaxşılaşdırsalar geriəd qalmış Azercelldən daha da yaxşı olarlar. Çünki Azercellin yeni kompaniyaları belə kontur tələsidir hamsı. Bakcelldə isə daha az kontur xərcləməklə daha keyfiyyətli rabitə əldə etmək olarsa gələcəkdə ola bilsinki 5 illik Azərcell nömrəsinin yanına Bakcell də əlavə edim. Ancaq bu Bakcell`in bundan sonra daha necə strategiya izləməsindən və keyfiyyətindən asılı olacaq. Təbii ki, Yeni rebrendinq zamanı minusları da var. Bunu marketing forumundan da oxuya bilərsiniz. Mən rebrendinqə uyğun olaraq dəyişilmiş saytlarına baxdım bir az. Bir sıra səhvlərlə yanaşı, gələcəyə ümid verən nələrsədə var idi. Səhvlər əsasən hərf səhvlərində özünü biruzə verir. Görünürki, dizayner və ya kontent meneceri rus dillidir. "Aydan
əm" və ya CİN tarifində İ`nin I kimi yazılması belə düşündürür. Amma ümumiyyətlə saytın web 2.0 stilində yığılması yaxşı haldır. Birdə artıq Bakcell`də də internetdən pulsuz sms yollamanması olacaq. Bu da Bakcell`in ucuz və keyfiyyətsiz imicindən xilas olmaq istəməsindən xəbər verir. Digər tərəfdən saytda reklam personajlarının blogları olacaq deyəsən. Bu isə şirkət blogçuluğunun bir növüdür deyəsən. Əvvəl rastlaşmamışdım amma maraqlıdır.
Netty`nin cari il üçün nominantları bəlli olubdu. Bu gün mailimi yoxlayanda gördümki artıq virtual jurinin səsverməsinin başa çatdığını və nominantların bəlli olduğunu xəbər verən press-reliz var. Düzünü desəm mən Netty`ni artıq uzun müddətdirki ciddi bir mükafat kimi görmürəm. Ötən il elə blogun açılma ərəfəsi Netty yarışının başlaması vaxtına düşmüşdü. Buna görə keçən il yetərincə yazmışdıq. Ona görə təkrarçılığa yol verməmək məqsədilə bu il mövzunu diqqətdə saxlamadıq və sadəcə uzaqdan izləyirdik. Bu ildən isə artıq daha çox insanın yarışmaya soyuq münasibətini görürdüm. Netty`nin indi ən böyük üstünlüyü odurki təkdir. Əsasən yarışmadan bir növ PR kimi istifadə edilir. Məsələn, hər hansı bir yeni bölmə hazırladıqda onu camaatın görməsi üçün Netty`ə üzv edilir. Bu ildə mükafat başlayana kimi bir neçə servisimiz olmuşdu və eyni qayda ilə, camaatın görməsi üçün üzv eləmişdik. Bu dəfə isə baxıram ki, üzv elədiyimiz bölmələrdən biri də ilk 3lüyə - nominantlar arasına düşübdü. Düzü heç inanmıramki bizim sayt orada birinci yer ola. Qısaca onu deyə bilərəmki mükafatın mənası, xeyri, və obyektivliyi çox aşağı səviyyədədir. Keçən il o qədər tənqid etmişdik, bu il heç bir arpa boyu yolda qət olunduğunu görmədim. Bu boyda internet inkişafdadır, amma internetin mükafatı inkişafdan qalıbdı. Nəysə, sadəcə görək bu il necə qutaracaq.
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dəhşətli hadisə baş verdi. Əvvəla bütün həlak olanlara Allah rəhmət eləsin deyirəm. Yaralı olanlara Allah şəfa versin, hadisəni törədən(lər)ə də Allah lənət eləsin deyirəm.
İndi isə keçim mövzuya: Bu gün baş verən hadisə ilə bağlı istifadəçilər müxtəlif xəbər mənbələrindən məlumat almaq istəyir. Bundan əlavədə xarici xəbər agentlikləri filan məsələni dəqiq öyrənmək üçün internet resurslara müraciət edirlər. Buna görə də deyərdimki son günlərdə, hətta nəyinki son günlərdə tarixləri ərzində ən çox istifdəçi eyni anda bu gün xəbər saytlarına daxil olurdular. Buna görə də demək olarki bütün xəbər saytlarının serverlərində problem yaranmışdı, hamsı yüklənirdi. Bu da təbii haldır.Buna hazırlıqlı deyildi heç bir xəbər saytı. Heç terror aktına hazırlıqlı deyildik, qalsınki xəbər saytları belə bir anda onları gözləyən istifadəçi çoxluğuna hazırlıqlı olsunlar. APA, ANS, LENT.AZ, SİA, DAY,AZ və s. olmaqla bütün saytlarda yaşandı bu problem. Bu da o deməkdirki İstifadəçi sıxlığına da saytlarımız hazır deyil. Sora hətta Day.az vəziyyətdən çıxış yolu üçün ən sonuncu yola əl atıbdı, deyirki bəs hacker hücumu olubdu ( DDOS ). Buda lap gülünc səslənir. Gürcüstandakı müharibə vaxtı bəhanə eləmişdilərki bəs guya rus kəşfiyyatı edibdi hücumu indi də bir bəhanədə yoxdurki onun arxasında gizlənələr. Ya bilməməzlikdən belə deyirlər, ya da bundan PR kimi öz lehlərinə istifadə edirlər. Amma server yüklənməyində belə utanılacaq bir şeydə yoxdur heç insafən götürəndə. Hərdən Google addsense`in serveri də , Twitter`in serveri də yüklənir amma onlar elə olduğu kimi deyirlər...
P.S. Təki saytlarda problem istifadəçinin çoxluğu olsun elə ...
Bu günün Aznet üçün maraqlı və sensasiyalı xəbərini sabah qalxdıqda twitter`dən öyrəndim. Elə oxuduqdan sonra da dərhal nə baş verdiyini öyrənmək üçün saytı ziyarət etdim. Sayta baxdıqda artıq burada Azərbaycanın mobil internet bazarında lider mövqe tutan Wap.Xana.az saytının "satılır" elanının yerləşdirildiyini gördüm. Xatırladımki ötən il saytın 30%`nin satıldığı ilə əlaqədar xəbər vermişdik. İndi isə elanda saytın tam satışı olacağı deyilir. Yəni belə deyimki ötən ilki satış gəlir məqsədli satış idi. Layihənin daha da böyüməsi üçün atılan addım idi. Ancaq bu dəfəki daha çox layinənin əldən çıxarılmağı üçün edilən satışdır. Layihə rəhbərinin də dediyi kimi bu proyektləri sataraq yeni bir startup üçün maliyyə əldə etməkdir məqsəd. Həmdə elandakı sətirlərdən belə ehtimal etmək olarki satışa səbə bir növ yerli bazara küskünlükdür də. Elandan sitat:
Digər tərəfdən də, ölkənin bəzi mobil operatorları belə bir layihəyə nədənsə biganə yanaşır, nəticədə saytın rəhbərliyi Azərbaycanın Wap bazarında qalıb işlemək və saytı daha da inkişaf etdirmək istəyinden vaz keçmək məcburiyyətinde qalır. Bu səbəbdən, rəhbərlik bu layihəni satmaq fikrindədir.
Çoxdandır oxatanda yazmırdım. Mütəmadi yazarlıq üçün hələki vaxt eliyə bilmirəm. Bəs bu yazını yazmağıma səbəb nə oldu? Bu yazıda onsuzda mənə vaxt itkisinə başa gəlmiş bir hadisə haqqında yazıb ürəyimi boşaltmaq istədim. Onsuzda vaxtımı kifayət qədər aldığına görə yazının bacardığım qədər qısa olmasına çalışacam ki, dəyərli vaxtımı yenə boşuna xərcləməyim...
Yazım tam şəxsi müşahidələrimdən ibarət olacağı üçün tədbiri mənim gözümdən görəcəksiniz. Oxların ucunun şiş və va kor olması yenə də mənim emosionallığımdan asılı olacağı üçün yazımın nə qədər obyektiv olduğunu şübhəli qarşılaya bilərsiniz. Amma bu yazını yazıram ki, mənim kimi o festivalda iştirak edənlər oldusa bəlkə yazıya verəcəkləri şərhlərində mənim pessimest olduğumu və hər şeyin o qədər də pis olmadığını deyələr..
Başlayaq ən başından.. Mən necə olduki bu “CRYSTAL BATIRDILAR” reklam festivalından xəbər tutdum. Günlərin bir günü mənə zəng gəldi ki, bəs biz festival edəcəyik belə filan.. partnyorlarımız arasında belə “
zırpı” təşkilatlar var. Tədbirin tanıtım konfransı “
blatnoy” yerdə olub.. nəsə .. uzun sözün qısası bəlkə sizdə bu tanıtım işinin bir qulpundan tutasınız.. Görünür adamların işi reklam sahəsilə əlaqədar olduğu üçün və mənim də bu sahədə naşılığımdan deyilənlər mənə təsir elədi və mən razılıq verdim.. Aylar keçdi il dolandı.. hərdən izlədiyim qədəriylə tədbir elan elədilər .. Amma həmin vaxtda olmadı.. Sonra həvəsdən düşmədilər və yenə elan elədilər.. Yenə alınmadı.. Sonra yenə elan elədilər.. və sairə və ilaxır.. Bu proseslərin fonunda arabir bizə də zəng edirdilər. Zəng elədilər ki, “bəs festivalda stendlər olmalıdır və stendlərdə partnyorların logosun çap etdirmək istəyirik, bəs bunun üçün 60 AZN lazımdır. Elə həmin məbləği götürəndə sizin tədbirə dəvətnamələrinizi də verərik”. Əslində mən də bu işlərdə naşıyam amma onu bilirəmki nəsə pul istəyəndə telefondan istəməzlər. Hansısa görüş olar və pulu istəmənin səbəbləri əyani şəkildə izzah olunar... Tədbirin vaxtı dəyişildi və yenidən zəng - eyni ssenari. Bu dəfə qiymətdə “endirim” oldu (
bəlkədə qayimə tələb etdiyimiz üçün), 50 AZN. Bu dəfə isə vədd olunan 200-dən çox şirkətin iştirakçı və tədbirin sonunda kokteyl idi..Hətta “bizə göstərdiyiniz dəstəyə görə sizi də təltif etmək istəyirik”dedi.. qulağa xoş gəlirdi.. Hələ mən bilmirəm ki, bu sözlər qulağa xoş gəldiyi kimi təşkilatçılar da mənə “gəlir”mişlər. Festivaldan çıxandan sonra öyrənəckdim ki, sən demə münsiflər heyyətinə dəvət etdikləri bəzi adamlara dəvətnamə belə göndərməyiblər. Nəinki dəvətnamə hətta zəng belə olunmayıb ki, festivalda iştirak etsinlər. Yəqin ki, bizim dəvətnamə alma səbəbimiz 50AZN olubdur...
Beləliklə, 16 aprel.. saat 17:00... Flarmoniya... İçəriyə girirəm.. Qonaqlar üçün ayrılmış qeydiyyat bölməsində özümü qeydiyyata salandan sonra tədbirin başlaması üçün gözləyirəm. Ətrafda reklam sahəsindən olduğunu ehtimal etdiyim insanlar söhbətləşir və tədbirin başlaması üçün gözləyirəm. Hətta bir-iki tanış sima da gördüm, BarcampCaspian`dan tanıdığım. Gözləyirik tədbir başlasın.... gözləyirik.. gözləyirik.. Artıq media da gəlib və hamı gözləyir.. Salonda yerimizi tapıb gözləyirik.. Səhnədə tək bir mikrafon və reklamları nümayiş etdirməli olduğuna ehtimal verdiyimiz proyektorun işıqlandırdığı bir pərdə səhnənin yanında asılıb.. gözləyirik.. gözləyirik.. və gözləyə gözləyə də fikirləşirəm ki, niyə mən söz verilən stendi və bannerləri görə bilmirəm.. sonra yenə gözləyirəm.. yenə gözləyirəm.. gözləyirəm.. Dostumla söhbətləşirik.. gözləyirik.. gözləyirik.. sonra birdən səhnədə əlində mikrafon bir qız peyda olur. Bir-iki saniyə fonoqramanı qovandan sonra axırki ona çatır və oxumağa başlayır.. Deyəsən əvvəl bizi salamlamaq istədi amma mikrafon işləmirdi, fondan fonoqrama da “ağzından vuranda” isə artıq bu fikrindən daşındı. Bir iki mahnı oxudu və tədbirin aparıcısı ortaya gəldi və baş verən gecikməyə görə üzr istəməyə başladı. Sonra bir iki şablon sözdən sonra təşkilatçıları çağırmağa başladı. Bir cavan oğlan gəlib məhlə uşaqları ilə söhbət elədi.. Yəni əgər ümumi bir çıxış eləsəydi yəqin ki, daha səlist və düzgün danışardı. Amma öz-özümə dedim ki yəqin səmimi atmosfer yaratmaq istəyib. Ard-arda insanlar çıxış eləməyə başladı.. Dəstək verənlərin nitqi əsnasında öyrəndik ki, gözümüzün bannerləri axtarması əbəsdir və iqtisadi böhran bu festivala da təsirsiz ötüşməyib. Hətta kimliyi yadımda qalmayıb amma çıxış edənlərdən biri dedi ki, bu qədər diqqəti özləri də gözləmirmiş. Artıq anlayıram ki, gözləntilərim boşdur. Tamaşaçılardan kimsə zala girir bəziləri çıxır.. Tam “səmimi” atmosferdir və hamı istədiyi kimi hərəkət edir. Aparıcı yenə sözü alır və elan edir ki, 8 nominasiyadan 2-də iştirak olmayıb.. bunlardan biri də internet reklamıdır. Bax bu isə məni təəccübləndirmir. Nə başınızı ağrıdım. Növbə nominant reklamlara gələndə isə ard-arda bir neçə nəfəri çağırdılar. Yer tutan reklamlar gecikə-gecikə bayaq qeyd elədiyim pərdədə göründülər..
Gələk mənim üçün ən vacib ana. Elan olundu ki partnyorlar səhnəyə buyursunlar. Məndə keçdim səhnə arxasına. Burda partnyorların çox az qismi var idi. Səhnəyə çıxdıq və təşkilatçı bizi “diplomla təltif elədi”. Diplomun keyfiyyətindən filan danışmayacam, dəyməz... Maraqlı olan isə o idi ki, diplomları verərkən elə səhnədəcə səhnəyə çağrılmışların hansı qurumu təmsil etdiyini soruşub əlindəki diplomlar toplusundan axtarmağa başladı.. Günahı isə gəlməyən partnyorların üzərinə atdı.. (
belə olacağını bilsəydim məndə getməzdim) Görəsən başqa cür etmək olmazdımı.. Əgər yazımın əvvəlində yazdığım yadınızdadırsa kimlərin hansı qurumu təmsil etdiyini öyrənmək üçün qeydiyyatdan keçmişdik. Onsuzda səhnə arxasında o qədər də qızğın iş getmirdi.. həmin siyahı ilə kimlərin gəldiyini müəyyən edib gələnlərin diplomların ayırd etmək olmazdımı? İndi isə bu yazının yazılmasına səbəb olan həmin andan danışım. Diplomların təltiifi zamanı deyəsən hər partnyora bir tanıtım uydurulmağa çalışılmışdı ki, bizə söylənilən də o oldu ki, “guya biz bu festival barədə eşidəndə özümüz axtarıb tapıb əməkdaşlıq təklif eləmişik”.. Yazımın əvvəlində isə mənim bu festival barədə necə eşitdiyimi ətraflı nəzərinizə çatdırdım.. Məşədi İbad demişkən “mənə meymun dediyin bəs deyil hələ bir diplom da verirsən?”..
Bu təltif bitər-bitməz səhnədən enən kimi tədbiri tərk etdim.. Sonra nə olub olmaması kokteylin baş tutub-tutmamasını bilmədim.. Yol boyu isə fikirləşdiyim o oldu ki, bu festivalda öz reklamını “yarışdırmaq” istəyənlər “giriş haqqı” ödəməli idi. Parnyorlardan da olmayan banner üçün pul istənilib. Yəqin ki, festivala dəstək olan qurumlardan da (
orada adı çəkilənlərdən yadımda qalanlardan biri “İrəli”) maddi dəstək alınıb bəs bu festival hanı? Hətta festivaldan sonra media nümayəndələridə məlumatlandırılmadı nəticələr barədə - heç bir press–reliz yayımlanmadı.
Yəni ki, reklam festivalını batırdılar.. Batırdılar reklam festivalını.....
Qeyd edimki, tədbirin partnyorları arasında Mak.az`da var idi (
çox uğurlu və hörmətə layiq proyektlərdən biri ). Mak.az`dan Məmməd Kərimov Tədbir zamanı təşkilatçılara kömək etmək üçün də xeyli əziyyət çəkdi. Ancaq bir nəfər nə qədər zəhmət çəksədə bu böyük tədbir üçün kifayət etmir. Fikrimcə bu tip bir tədbiri təkcə Mak.az etsə idi bundan qat-qat daha yaxşı və maraqlı alınardı. Sonda isə tədbirdə tək maraqlı məqamın video yazısını yerləşdirirəm.