Eşitdiyimə görə ilk10.az`da yaxınlarda yeni bir xidmətini istifadəyə verəcək. Bu dəfə xəbər saytlarının reytinqi ölçüləcək. Maraqlı bir alqoritmlə ölçüləcək reytinqdə əsas amil xəbər yayımındakı operativ və daha çox məlumat yaymaq əhəmiyyətli olacaq. Hesablama haqqında daha ətraflı servis fəaliyyətə başlayandan sonra yazaram (birdən dəyişiklik olar). (Ətraflı oxuyun…)
21
2000-09 illərin top 10 hadisəsi
0 Şərh | Yazdı: Shaig Muradov, kateqoriya: Cızmaqara, İnternet
Webby Awards tərəfindən açıqlanan siyahıda son 10 ildə olan (2000-2009) və dünyanın gedişatını dəyişdirən hadisələr yer alıbdı.
Hətta komisya üzvləri ən vacib internet ilinin də hansı olduğuna qərar veriblər. Bu da ən çox hadisənin olduğu ildir. Google`un Youtube`u satın aldığı, Twitter`in qurulduğu, Facebook`un hər kəsə açıq elan olunduğu 2006`cı il son 10 ilin dönüş nöqtəsi olaraq göstərildi. Məncə həqiqətəndə dünyanın texnoloji inkişaf axarına təsir edən amillərdəndir.
İllər və hadisələr isə belədir: (Ətraflı oxuyun…)
Bir neçə gün ərzində Xeberler.az`ın istifadəsində problem yaşanırdı. Belə ki, FireFox və Chrome browserindən daxil olmaq mümkün olmurdu. Artıq bu məhdudiyyət aradan qalxıbdı, sayta giriş mümkündür.
Bəs bu problemin səbəbi nə idi?
(Ətraflı oxuyun…)
Noyabr ayının 5`də Bakutel 2009 çərçivəsində “Telekommunikasiya və informasiya texnologiyaları” konfransı keçirildi.
3 məruzə oldu, bunlardan ikisində iştirak edə bildim (paralel keçirildiyi üçün). İştirak etdiklərim haqqında da fikirlərimi xülasə şəklində qeyd edəcəm. Əvvəla onu deməklə başlayım ki, bu il Bakutel ötən ildəkndən yaxşı keçdi. Adət etmişdim ki Bakutelin ildən ilə keyfiyyəti aşağı düşür. (Ətraflı oxuyun…)
Dünən bir dostumun Day.az`dan göndərdiyi linki gördüm. Guya “Статистика посещаемости новостного портала Day.Az по версии Google Analytics“.
Mənə də maraqlı gəldi. Dedim bir oxuyum görüm nə var nə yox. Yəqin çox oxuyucu bilər. Bilməyənlər üçündə mən deyimki, day.az hələ statistik göstəricilərini açıq formatda heç vaxt təqdim etmir. Bunu nə müştərilər üçün, nə də reklam agentlikləri üçün açmırdı. İndi dedim görüm deyəsən nəsə yeni xəbər oxuyacam. Amma girib baxanda yenə təzə heçnə görmədim. Sadəcə olaraq quru rəqəmlərin sıralanmasından başqa heçnə yox idi. (Ətraflı oxuyun…)
3
“Bakutel`in mətbəxi” və ya “Bakutelin -1`ci günü”
2 Şərh | Yazdı: Sadig Muradov, kateqoriya: Cızmaqara, Texnologiya
Əvvəlcə yazımın gözlədiyimdən daha gec nəşr olduğu üçün oxuculardan üzr istəyirəm. Amma bir Oxatan olaraq sözümün üstündə durub, sizə Bakutel`i qabaqlamağa imkan yaradacam…
Bu gün Oxatanın Bakutel`ə ezam olunmamış yazarı qismində iştirak elədim. Bakutelin pərdə arxasını, belə demək mümkünsə “mətbəxini” görmək imkanım oldu. Düzü mən orda olduğum müddətdə sərgi zalı inşaat ərazisini xatırladırdı. Hamı tələsik sabahkı açılış üçün dekorasiyaları hazırlamağa çalışırdı. Əvvəla onu deyim ki, əgər Bakutel`dən sonra İT həyatımızda nəsə bir sıçrayış olacağı fikri dolaşırsa beyninizdə indidən onu unudun. Bu ilki sərgi də keçən illər verdiyi “töhvə”ni verəcək. Amma hərhalda yeganə texnologiya sərgisi olduğundan və Oxatanın da oxucu profilini nəzər alsaq məncə bu barədə yazmaq olar.
(Ətraflı oxuyun…)








