Artıq 2009-cu il sona çatır. 2009`un İT sahəsində baş verənlər haqqında bundan əvvəlki postumda yazmışdım. Bu dəfəki yazıda 2009-un internet yenilikləri barədə ağlıma gələnlər haqqında yazıram. Həmin İT tədbirlərin internetədə təsiri oldu demək olar. İnternetdə bir xeyli canlanma yarandı. Maraqlı saytlar açıldı. Köhnədən açılan saytlar bu il öz imkanlarını təkminləşdirdilər, yeni imkanlar artırdılar. Mənim fikrimcə bu il Azərbaycan internetində Sosial Şəbəkələşmə ili oldu. Həm xarici sosial və mikro sosial şəbəkələrin istifadəsi kifayət qədər artdı, həm də yerli sosial şəbəkələr açılmağa başladı. Düzdür bunlar arasında hələki özünü doğruldan yoxdur. Bir neçə vaxt əvvəl bu sosial şəbəkələr haqqında da yazmışdım. Digər tərəfdən blogçuluq da bu il kifayət qədər inkişaf etdi və bir çox yeni bloglar yarandı. Düzdür Azərbaycanda ilk blog servisi olan Azeriblog.com təəssüfki pullu xidmətə keçdi. Ancaq Blogy.az və Blogda.az kimi yeni blog servisləri fəaliyyətə başladı.
(Ətraflı oxuyun…)
TAG | 2009
Google rəsmi olaraq 2009`un top axtarışları qısa zaman əvvəl açıqlanmışdı. Bu ümumi olaraq axtarılanlar idi. Bəs biz nələr axtarmışıq?!Yazının başlığında ona görə internetdə yazmışamki, Azərbaycan istifadəçilərinin ən çox istifadə etdiyi axtarış motoru Google`dur.
Axtarış topluğuna baxan zaman, il ərzində baş verən hadisələrin axtarışlara necə təsir etdiyini də görmək olar.
Əvvəla il ərzindəki axtarış sözlərinin top10-luğuna nəzər salaq:
- mp3
- video
- nokia







