Oxatan.com | Web 2.0 və Internet

TAG | blog

Dec/09

30

2009`un İnternet üzrə yekunları

web-design

Artıq 2009-cu il sona çatır. 2009`un İT sahəsində baş verənlər haqqında bundan əvvəlki postumda yazmışdım.  Bu dəfəki yazıda 2009-un internet yenilikləri barədə ağlıma gələnlər haqqında yazıram. Həmin İT tədbirlərin internetədə təsiri oldu demək olar. İnternetdə bir xeyli canlanma yarandı. Maraqlı saytlar açıldı. Köhnədən açılan saytlar bu il öz imkanlarını təkminləşdirdilər, yeni imkanlar artırdılar.  Mənim fikrimcə bu il Azərbaycan internetində Sosial Şəbəkələşmə ili oldu. Həm xarici sosial və mikro sosial şəbəkələrin istifadəsi kifayət qədər artdı, həm də yerli sosial şəbəkələr açılmağa başladı. Düzdür bunlar arasında hələki özünü doğruldan yoxdur. Bir neçə vaxt əvvəl bu sosial şəbəkələr haqqında da yazmışdım. Digər tərəfdən blogçuluq da bu il kifayət qədər inkişaf etdi və bir çox yeni bloglar yarandı. Düzdür Azərbaycanda ilk blog servisi olan Azeriblog.com təəssüfki pullu xidmətə keçdi. Ancaq Blogy.azBlogda.az kimi yeni blog servisləri fəaliyyətə başladı.
(Ətraflı oxuyun…)

, , , , Gizli

Nov/09

2

Blogosferada 2 yeni ad!

yazi_oxatanBlogosferaya iki yeni ad daha gəlir.  İkisi haqqında da bir qədər məlumat vermək istəyirəm. Bilindiyi kimi Oxatanda hər açılan sayt yox əsasən yeni, maraqlı ideyalar və ya tamamilə əksinə olaraq keyfiyyətli kimi özlərini göstərmək istəyib çox zay məhsulla qarşımıza çıxan saytlar haqqında məlumat veririk. Bu dəfəki məlumat da müsbət yöndədir. Bloglardan biri İnternet və informasiya texnologiyaları haqqında olan yazılardan ibarət olacaq toplu blog sistemi, digəri isə marketing və reklam sahələrini hədəf alan tənqidi blogdur. İndi isə onlar haqqında daha ətraflı məlumat verim:
(Ətraflı oxuyun…)

, , , , , , Gizli

Oct/09

10

Salam Blogosfera

Uzun zamandırki Oxatanda yazmağa ara vermişdik.  Səbəb yazmağa vaxt qalmadığından idi. İstər Universitetin son kursunda oxumaq , istərsədə Barcamp qarışıq bir sıra işlərin olması blogingə vaxt ayırmağa imkan vermirdi. Ancaq ilk fürsətdən yenidən blogosferaya salam demək qərarına gəldik. İlk əvvəl blogu Wordpress platforması ilə əvəzləşdirdik. Dizayn isə hazır şablondur hələki. Hesab edirəmki yazıları oxumaq üçün ilk başda bu şablonda kifayət edər. İmkan etdikdə yeni şablon da əlavə edəcəyik.

Yeri gəlmişkən Oxatanda 1 ildən xeyli çoxdurki yazırdıq. Həmin arxivə buradan baxa bilərsiniz.

, Gizli

Axtar tap!

Theme Design by devolux.org