Oxatan.com | Web 2.0 və Internet

TAG | goldenpay

Feb/10

14

Niyə, nöqtə az`ı online qeydiyyat edə bilmirəm?

noqteazBu nöqtə az domaini mənim heç barışmadığım domainlərdəndir. Düzdür həmin domainlərdə işlədiyim də olubdu, ancaq alıcısı heç vaxt mən olmamışam. Həmişə bu domaindən gen gəzirəm. Elə bu dəfəki oxumu da nöqtə az domaininə uzaqdan atacam. Yəni içəridə nə olur, nə olmur bilmirəm. Sadəcə bu yazdıqlarım mənimçün maraqlı haldır. Deməli hamımız bilirik ki, bu domainləri internetdən çox asan yolla qeydiyyatdan keçirtmək mümkündür. (Ətraflı oxuyun…)

, , , , Gizli

Dec/09

6

Yumru, MİF, nağıl…

qeydler

Hə,.. nəhayət dırnaqarası I Milli İnternet Forumu başa çatdı. Əvvəlcədən getməyi fikirləşmirdim, amma sonra dostlarla birgə gedib bir baş çəkdik. Əslində ilk əvvəl onu deyimki bu İnternet Forum olaraq birinci deyil, sadəcə Yumru`nun keçirdiyi birinci forumdur. Deyirlər internetin 40 illiyini keçirdirik. Bu ən azı üz qızardan hal olardıki bu boyda illər ərzində birinci internet forumu olsun. Bundan əvvəldə keçirilibdi forumlar. Sadəcə olaraq ola bilsin ya Yumru bunu tanımır. Ya da MİF deyə bir şey formalaşdırmaq istəyirlər və həmin MİF adıyla birinci adı altında keçirdirlər.  Üstəlik adının da bizim AİF`ə oxşar seçiblər. Niyəsini bilmirəm. Hər nəysə indi nə ad verirlər versinlər. Keçək təəssüratlara:

Mən ancaq birinci günü iştirak elədim (ikinci gün iştirak etməyimə səbəb olan təəssürat yaranmadı). 15 təqdimat oldu. Bu təqdimatların 6 +1 dənəsi Rus dilində oldu. Qalanları Azərbaycan dilində. Tədbirdə olan bu qədər təqdimatın heç birini developerlər etmədi. Mənə ən təəccüblü gələn bu qədər təqdimat edən oldu amma heç birində developerlər deyildi. Yəni, bir tədbirinki adı internetlə bağlı ola amma bir dənədə olsun developerin məruzəçi qismində çıxış etməməsi tədbirin keyfiyyətini avtomatik olaraq şübhə altında qoyur.

Çıxışları proqram ardıcıllığı ilə dəyərləndirsək:
(Ətraflı oxuyun…)

, , , , , , , , , , , , , , , , Gizli

Oct/09

28

Əl çirkləndirməyən pullar…

goldanpayDeyirlər pul əl çirkidir.  Həm əl pulu çirkləndirir, həmdə pul əli. Amma əl çirki olmayan pullarda var. Bu da elektron pullardır. Azərbaycan internetində təəssüfki bu elektron pullar yayılmayıbdı. Daha doğrusu Azərbaycanın öz elektron pul vahidi çox yayılmayıb desəm yanılmaram. Çünki mən webmoney ilə hər ay filən qədər pul xərcləyirəm.  Milli elektron ödəmə vasitəsi isə Goldanpay`dir. Ancaq 1 ilə yaxındır açılan bu ödəmə sistemi haqqında özüm çox söz deyə bilmərəm. Səbəb isə o qədər də məlumat ala bildiyim bir qaynaq yoxdur. Amma təsadüfən Facebookda bir şəkillə Fərid İsmayılzadə ilə bu ödəmə sistemi haqqında müzakirəmiz oldu. Goldenpay logosu olan bir şəklin istifadəçilərdən birinin profile`ında olmağı məni təəccübləndirmişdi və fikrimi bildirmişdim.  Sonradan söhbət şəklə comment`dən çevrildi başqa səpgiyə.  Həmin dialoqu bölüşmək istəyirəm:
(Ətraflı oxuyun…)

, , , , , Gizli

Axtar tap!

Theme Design by devolux.org