Oxatan.com | Web 2.0 və Internet

TAG | IT

Əvvəlcə yazımın gözlədiyimdən daha gec nəşr olduğu üçün oxuculardan üzr istəyirəm. Amma bir Oxatan olaraq sözümün üstündə durub, sizə Bakutel`i qabaqlamağa imkan yaradacam…

Bu gün Oxatanın Bakutel`ə ezam olunmamış yazarı qismində iştirak elədim. Bakutelin pərdə arxasını, belə demək mümkünsə “mətbəxini” görmək imkanım oldu. Düzü mən orda olduğum müddətdə sərgi zalı inşaat ərazisini xatırladırdı. Hamı tələsik sabahkı açılış üçün dekorasiyaları hazırlamağa çalışırdı. Əvvəla onu deyim ki, əgər Bakutel`dən sonra İT həyatımızda nəsə bir sıçrayış olacağı fikri dolaşırsa beyninizdə indidən onu unudun. Bu ilki sərgi də keçən illər verdiyi “töhvə”ni verəcək. Amma hərhalda yeganə texnologiya sərgisi olduğundan və Oxatanın da oxucu profilini nəzər alsaq məncə bu barədə yazmaq olar.
(Ətraflı oxuyun…)

, , , , Gizli

Nov/09

2

Blogosferada 2 yeni ad!

yazi_oxatanBlogosferaya iki yeni ad daha gəlir.  İkisi haqqında da bir qədər məlumat vermək istəyirəm. Bilindiyi kimi Oxatanda hər açılan sayt yox əsasən yeni, maraqlı ideyalar və ya tamamilə əksinə olaraq keyfiyyətli kimi özlərini göstərmək istəyib çox zay məhsulla qarşımıza çıxan saytlar haqqında məlumat veririk. Bu dəfəki məlumat da müsbət yöndədir. Bloglardan biri İnternet və informasiya texnologiyaları haqqında olan yazılardan ibarət olacaq toplu blog sistemi, digəri isə marketing və reklam sahələrini hədəf alan tənqidi blogdur. İndi isə onlar haqqında daha ətraflı məlumat verim:
(Ətraflı oxuyun…)

, , , , , , Gizli

Axtar tap!

Theme Design by devolux.org