Bu gün day.az`da bir xəbər oxudum. Xəbərdə Microsofta aid olan MSN.com saytında yerləşdirilmiş hava haqqında məlumatlar bölməsində yalnış yazılmış Azərbaycan bölgəsi ilə əlaqədar danışılırdı. Deməli xəbərdən də keçib oxuyacağınız kimi etiraz edirlərki, niyə səhv adlandırılıbdı. Əvvəla onu deyim ki, burada elə bütün adlar səhv-sühv yazılıbdı. İki cüt-bir tək bölgənin adı yazılıbdı. Biri heç olmayan bölgə, Digərlərinin şrifti də nə bizim istifadə etdiyimiz, nə də ingilis şriftidir, Bakının regionlarını ayırıblar və s. Yəniki başdan ayağa səhifə problemlidir. Tək bir adla baş yormasaq yaxşıdır. Üstəlik Microsoft`un Azərbaycan ofisi var, fikrimcə onlara müraciət eləmək daha yaxşı olar. Birdə mənə əsas maraqlı gələn məqam başqadır, elə bu postu da ona görə yazdım. (Ətraflı oxuyun…)
TAG | Microsoft
15
Texnologiya və Siyasət
2 Şərh | Yazdı: Shaig Muradov, kateqoriya: Cızmaqara, Texnologiya, İnternet
Heç vaxt siyasi məsələlər barədə yazmamışdım Oxatanda. Həmişə yeni çıxan texnologiyalar , yeni yaranan internet saytlar və hazırki texnologiyalar haqqında fikirləri, qeydləri və tənqidləri yazırdım. Bir gün belə başlıqda bir yazı yazacağım isə ağlıma da gəlməzdi. Belə bir başlığa səbəb isə tarixdəki ilkləri göstərən Google və Çin arasında yaşanan krizislə bağlıdır. Xülasəli bir şəkildə məsələ ilə bağlı bir-iki qeyd etməyi düşünürəm. əvvəla məsələdən xəbərdar olmayanlar yerli və xarici saytlardan öyrənə bilərlər – azadlıq, webrazzi, mashable#1 #2 …
(Ətraflı oxuyun…)
Hə,.. nəhayət dırnaqarası I Milli İnternet Forumu başa çatdı. Əvvəlcədən getməyi fikirləşmirdim, amma sonra dostlarla birgə gedib bir baş çəkdik. Əslində ilk əvvəl onu deyimki bu İnternet Forum olaraq birinci deyil, sadəcə Yumru`nun keçirdiyi birinci forumdur. Deyirlər internetin 40 illiyini keçirdirik. Bu ən azı üz qızardan hal olardıki bu boyda illər ərzində birinci internet forumu olsun. Bundan əvvəldə keçirilibdi forumlar. Sadəcə olaraq ola bilsin ya Yumru bunu tanımır. Ya da MİF deyə bir şey formalaşdırmaq istəyirlər və həmin MİF adıyla birinci adı altında keçirdirlər. Üstəlik adının da bizim AİF`ə oxşar seçiblər. Niyəsini bilmirəm. Hər nəysə indi nə ad verirlər versinlər. Keçək təəssüratlara:
Mən ancaq birinci günü iştirak elədim (ikinci gün iştirak etməyimə səbəb olan təəssürat yaranmadı). 15 təqdimat oldu. Bu təqdimatların 6 +1 dənəsi Rus dilində oldu. Qalanları Azərbaycan dilində. Tədbirdə olan bu qədər təqdimatın heç birini developerlər etmədi. Mənə ən təəccüblü gələn bu qədər təqdimat edən oldu amma heç birində developerlər deyildi. Yəni, bir tədbirinki adı internetlə bağlı ola amma bir dənədə olsun developerin məruzəçi qismində çıxış etməməsi tədbirin keyfiyyətini avtomatik olaraq şübhə altında qoyur.
Çıxışları proqram ardıcıllığı ilə dəyərləndirsək:
(Ətraflı oxuyun…)
Günü-gündən inkişaf edən texnologiya adamı təəccübləndirməyə davam edir. Hər yeni məlumat oxuduqca, böyük saytların yeniliklərini gördükcə lap mat qoyur. Bu dəfə izlədiyim bloglardan birində oxuduğum yazı üzərində təhlil edib yazacam.
(Ətraflı oxuyun…)







