Oxatan.com | Web 2.0 və Internet

TAG | millinet.az

mukafatcilarNəhayət bu ilki “Milli Net” macərası uğurla sona çatdı. Ona görə uğurla deyirəm ki, müsbətlər, mənfiləri böyük fərqlə üstələdi. Mən burada bacardığım qədər oyektiv şəkildə məsələylə bağlı bəzi məqamları aydınlaşdırmağa çalışcam. Ancaq bu yazılar və fikirlər Təşkilat Komitəsinin ümumi adından deyil, sadəcə olaraq subyektiv cəhətdən fikirlərimdir.  1 oktyabr 2009-cu ildən qeydiyyat prossesi ilə başlayan müsabiqə, cari ilin 18 dekabrında qaliblərə mükafatlarının verilməsi ilə başa çatdı. 583 sayt müraciət etdiyi müsabiqəyə buraxılan 367 sayt, 11 nominasiya üzrə mübarizə aparırdı. Onlardan 63-ü isə 18 dekabrı daha böyük həyəcanla gözləyirdilər. Statistik məlumatlar haqqında buradan+ oxuya bilərsiniz.

İndi isə fikirlərim barədə daha ətraflı…
(Ətraflı oxuyun…)

, , , Gizli

Oct/09

16

Bu gün AİF`in növbəti toplantısı keçirildi

Bu gün AİF`in toplantısında idik.  Əsas müzakirə mövzumuz Milli Net idi. Müsabiqənin jürilərinə səsvermə prossesi ilə bağlı məlumat verildi. Sistemin  mərhələləri izzah olundu.  Bu barədə millinet.az`da ətraflı məlumat veriləcək.  Mən sadəcə təqdimatı yerləşdirirəm:

, , Gizli

Oct/09

11

MilliNet – Milli internet mükafatı

Oxatanda offline olduğumuz uzun müddət ərzində bir çox yeni saytlar fəaliyyətə başladı. Barcamp silsiləsindən növbəti böyük tədbir həyata keçirildi. Yeniliklər arasında xoş sözə layiq olanlarda, tənqid oxlarına tuş gələnlərdə az olmadı. Ancaq onlar haqqında müxtəlif fikirlər söylənildiyi üçün yenidən onların üstünə qayıtmaq istəmirəm.  Əvəzində müxtəlif araşdırmaları yazmaq daha məqsədəuyğundur deyə düşünürəm.  İndi isə mənim üçün ən aktual məsələlərdən biri Milli Net – internet mükafatıdır.  Bu yazı yayımlana qədər olan statistika:

  • Cəmi saytlar: 189
  • Qəbul edilən saytlar: 129
  • Təsdiq gözləyən saytlar: 8
  • Qəbul edilməyən saytlar: 52

Mükafat haqqında onu deyə bilərəmki şəffaflıq maksimum dərəcədədir. Yekunlardan sonrada bunu aydın görmək olacaq.  Bunu elə ilk başdanda da müşahidə etmək olur. Çünki müsabiqədə imtina edilən saytlara bunun səbəbləri əvvəlcədən aydın yazılır və həmin səbəblər aradan qaldırıldıqdan sonra o müsabiqədə iştirak edə bilər. Ən əsas müsbət xüsusiyyət isə Azərbaycan dili versiyası olmayan saytların iştirak edə bilməməsidir. Müsabiqənin gedişi zamanı yeni və maraqlı olacaq məlumatları Oxatan üzərindən sizə çatdırmağa çalışacam. Düşünürəmki Barcamp`dan sonra bununlada Azərbaycan internetində yeni bir ənənənin başlanğıcı olacaq.

, , , , , , , , Gizli

Axtar tap!

Theme Design by devolux.org