Hörmətli istifadəçilər,
yeni blog yazılarını artıq http://www.weboxu.com/blog/oxatan/ bu adressdən oxuya bilərsiniz. Hazırki sayt isə arxivləri səbəbi ilə qalacaq.
Hörmətlə
Hörmətli istifadəçilər,
yeni blog yazılarını artıq http://www.weboxu.com/blog/oxatan/ bu adressdən oxuya bilərsiniz. Hazırki sayt isə arxivləri səbəbi ilə qalacaq.
Hörmətlə
11
0 Şərh | Yazdı: Shaig Muradov, kateqoriya: Cızmaqara, İnternet
Oxatanda offline olduğumuz uzun müddət ərzində bir çox yeni saytlar fəaliyyətə başladı. Barcamp silsiləsindən növbəti böyük tədbir həyata keçirildi. Yeniliklər arasında xoş sözə layiq olanlarda, tənqid oxlarına tuş gələnlərdə az olmadı. Ancaq onlar haqqında müxtəlif fikirlər söylənildiyi üçün yenidən onların üstünə qayıtmaq istəmirəm. Əvəzində müxtəlif araşdırmaları yazmaq daha məqsədəuyğundur deyə düşünürəm. İndi isə mənim üçün ən aktual məsələlərdən biri Milli Net – internet mükafatıdır. Bu yazı yayımlana qədər olan statistika:
Mükafat haqqında onu deyə bilərəmki şəffaflıq maksimum dərəcədədir. Yekunlardan sonrada bunu aydın görmək olacaq. Bunu elə ilk başdanda da müşahidə etmək olur. Çünki müsabiqədə imtina edilən saytlara bunun səbəbləri əvvəlcədən aydın yazılır və həmin səbəblər aradan qaldırıldıqdan sonra o müsabiqədə iştirak edə bilər. Ən əsas müsbət xüsusiyyət isə Azərbaycan dili versiyası olmayan saytların iştirak edə bilməməsidir. Müsabiqənin gedişi zamanı yeni və maraqlı olacaq məlumatları Oxatan üzərindən sizə çatdırmağa çalışacam. Düşünürəmki Barcamp`dan sonra bununlada Azərbaycan internetində yeni bir ənənənin başlanğıcı olacaq.
10
6 Şərh | Yazdı: Shaig Muradov, kateqoriya: Cızmaqara, Start-up, Texnologiya, İnternet
Uzun zamandırki Oxatanda yazmağa ara vermişdik. Səbəb yazmağa vaxt qalmadığından idi. İstər Universitetin son kursunda oxumaq , istərsədə Barcamp qarışıq bir sıra işlərin olması blogingə vaxt ayırmağa imkan vermirdi. Ancaq ilk fürsətdən yenidən blogosferaya salam demək qərarına gəldik. İlk əvvəl blogu Wordpress platforması ilə əvəzləşdirdik. Dizayn isə hazır şablondur hələki. Hesab edirəmki yazıları oxumaq üçün ilk başda bu şablonda kifayət edər. İmkan etdikdə yeni şablon da əlavə edəcəyik.
Yeri gəlmişkən Oxatanda 1 ildən xeyli çoxdurki yazırdıq. Həmin arxivə buradan baxa bilərsiniz.