Bu dəfə oxumuzun ünvanı Alexa olacaq. Fikrimcə ziyarətçilərimizin böyük əksəriyyətinin bu reytinq haqda kifayət qədər xəbəri var. Alexa reytinqinin güvənilməz olduğunu dəfələrlə müzakirələr zamanı qeyd etmişəm. Onu deyim ki, Alexa`nın ölkələr üzrə reytinq siyahısı var. Buradan da hansı ölkədən ən çox hansı saytları ziyarət ediblər görmək olur. Əsasən ilk 100 saytı verirlər. Bəzi statistik məlumatlarda isə həmin siyahı əsas götürülür. Ancaq bu siyahının Azərbaycan üçün doğruluq payı demək olarki y0x dərəcəsəindədir. Çünki siyahıya düşən saytların reytinqi, həmin saytların istifadəçilərinin internet səyyahında qurulmuş olan Alexa toolbarına uyğun olaraq hesablanır. Yəni əgər siz hansısa sayta daxil olursunuzsa və sizin Alexa toolbarınız yoxdursa o sizi ziyarətçi kimi qeydə almayacaq. Bu tip statistika ola bilsinki ABŞ, Rusiya, Çin kimi çox əhalisi çox olan ölkələrin statistikasına mənbə kimi göstərilə bilsin. Çünki əhali həddindən çoxdur və faiz nisəbit ilə ümumi öz təsirini göstərir. Ancaq yenədə düzgün məlumatlar demək olmaz.
Düzdür bu sözləri elə həmişə deyirəm. Bu dəfə isə bir az daha ətraflı araşdırma ilə təqdim etmək istəyirəm. Alexa ilə Google Analytics statistikalarını qarşılaşdıracam:
(Ətraflı oxuyun…)





