Bu yaxınlarda internetdə belə bir aksiya ilə rastlaşdım (Marmax). Əvvəl bu haqda Mak.az`da oxumuşdum. Sonra isə Lent.az da gördüm reklamını. Deməli linklərdən də oxuya biləcəyiniz kimi reklam kompaniyası bundan ibarətdirki, 250 manat qarşılığında 170.000 göstərim əldə edirsən və bu göstərim haqqı 5 sayt arasında paylaşır. Kompaniya isə yanvar ayı müddətincə keçərlidir. Ümumiyyətlə reklamları göstərim başına vermək, reklamverənlər üçün çox sərfəlidir. Beləcə aylıq reklamlardan canın qutarır və daha sərfəli reklam kompaniyası aparmaq mümkün olur. Əslində çox sərfəli və gözəl təklifdir. Amma qıraqdan bu qədər ideal görünsə də, çatışmamazlıqları da var.
TAG | www.disput.az





